XUDO KİMİ BARMAĞINI DİKƏLDİB QAN SALMA Əvvəllər Keştəh kəndində çox qansızlığ oluf. Qəvirsannıxları hax, nahax ölənnərnən doluymuş. Bir cərgə öz əjəliynən ölənnəri, bir cərgə vurub öldürənnəri basdırıfmışdar. Deellər, buna da səvəv Xudo addı kişinin natarazdığı oluf. Keştəhdə deellər, camaatdarası davada ağaşnan vuruf bı Xudonu barmaan sındırıflar. Barmağı sağalsa da, yaxşı işdəmədiyinnən Xudo topal qalıf. Nooruz bayramıymış. Bayramdı də, evdə aş bişiriflər. Xudonun arvadı da uşaxların yığıf başına, hamıya aş çəkif. Baxıf ki, Xudo yemir. Deef, a kişi, niyə yemirsən? Bayram aşıdı. Xudo sırfadan aşı itəliyir ki, barmaam var, aş yəəm? Barmağın dih tutuf ku, məəm bir qeyrətdi oğlum olmadı ki, qisasımı ala. Xudonun oğlannarı bu tənəni götümür. Elə həmin gün – Nooruz bayramında gedif atalarının barmaan sındıran adamın əlin daşın üsdə qoyuf xıncım-xıncım eliyillər. Əli dağılan kişi də evinə gəlif qohum-qardaşın başına yığır, Xudonun üsdünə cumullar. Bulların arasında möhkəm savaş düşür. Xudonun iki oğlu ölür, o biri tərəfdən də biri ölür, biri yaralanır. Bu qannıçılıx camaatı belə qarışdırır. Odu ki, bir dava-dalaş düşəndə el arasında dellər ki, “Xudo kimi barmağını qaldırıf qan salma”.