Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu səDNİk paşa pirsultanli


XIX-XX əsrlərdə təcnis yaradıcılığı



Yüklə 1,35 Mb.
səhifə34/41
tarix10.01.2022
ölçüsü1,35 Mb.
#110529
1   ...   30   31   32   33   34   35   36   37   ...   41
XIX-XX əsrlərdə təcnis yaradıcılığı
a) Aşıq Şəmşir yaradıcılığında təcnis
Aşıq Şəmşirin (1893-1980) yaradıcı­lığında da təcnislər mühüm yer tutur. O, dilimizin əlvan boyalarından, bayatılardakı zəngin cinaslardan məharətlə istifadə edərək mükəmməl təcnislər yaratmışdır:

Gül gülü çağırır, çiçək çiçəyi,

Topla yasəməndən yara, dər indi.

Fərhad qayalarda Şirin eşqinə,

Çapardı daşlardan yara dər indi.

***


Çox çətindir ölüm adı, qan adı,

Səməndərin odda yandı qanadı,

Yetişməmiş neştər vurdu qanadı,

Təbibim naşıdır, yara dərindir.

***

Yolum uzaq, mən piyada, yar atdı,



Müjgan oxun sinəm üstə yar atdı,

Şəmşiri yaradan bir yol yaratdı,

Birdəmi təzədən yaradar indi?!1
Aşıq Şəmşir cinas-bayatılara yaxşı bələd olduğundan təcnis binalarını asanlıqla və mükəmməl qura bilir. Ən maraqlısı odur ki, hər təcnisində bir mətləb işıq üzü görür. “Məni” adlı təcnisində bizim üçün yenilik olan bir misra var: “Sən çiçəkdə şirin balsan, mən - arı”:

Şəmşirəm, sevirəm mərdi, mən əri,

Gözləyirəm namus, qeyrət, mən arı.

Sən çiçəkdə şirin balsan, mən – arı,

Qondur yanağına, ya xala məni.1
Aşağıdakı “Yaralı dağlar” təcnisində dağla, maralla əlaqədar təbii bir lövhə yaradır:
Yaxşı saxla, qaçıb ovçu əlindən,

Sənə bir maralım yaralı, dağlar.

Təbib hanı, gəlib eləsin dərman,

Sızıldar, ah çəkər yaralı dağlar.2


“Ay yarım ola” təcnisində bir gözəlin niqabın altından ay kimi çıxıb üzünü göstərdiyini, bədii bir dillə, cinas sözlərlə, gözəlliyi diqqətə çəkən bədii bir lövhə yaradır:
Niqabından aya oxşar üz açdın,

Taledən uzaşdın, məndən uzaşdın,

Şəmşir yaxınlaşdı, sənsə uzaşdın,

Demişdim: vəfalı ay yarım ola.1


Aşıq Şəmşir gözəlləri təsvir və tərənnüm etməkdən usanmır. O bilir ki, ürəyində məhəbbət odu olmayan şair yazıb-yarada bilməz. Onun şeirlərinin ilham mənbəyi el gözəlləridir. Onları görüb eşqə düşməmək olmaz. O yazır:
Qaşın qələm, boyun tərlan təhəri,

Dedim gözəllikdə beləsən, gözəl.

Məhəbbət eşqinə düşəndən bəri,

Mənəm yarpaq kimi bil əsən, gözəl.2


Aşıq Şəmşir təzadlı bir təcnis yaradır. Təcnisin mövzusu və bu mövzunun bədii cəhətdən həlli bizi düşündürməkdədir:
Bir barı çəkmişəm sözdən, şeirdən,

Köməkdar ol, qoyma qala yarımçıq!

Görüm deyərsənmi başa çatmasın,

Qıyarsanmı belə qala – yarımçıq?3


Aşıq Şəmşir cinaslı bayatı-bağlamalarını və qoşma şəkilli qıfılbəndini də məharətlə yaradır. Biz bundan əvvəl Sarı Aşığın və Aşıq Şəmşirin açılmamış bayatı-bağlamalarından nümunələr vermişik. Eyni zamanda, Xəstə Qasım və Aşıq Ələsgər kimi Aşıq Şəmşir də öz kitabında açılmamış qıfılbəndlər vermişdir. Mən onun açılmamış 5 bəndlik təcnis-qıfılbəndindən üç bəndini nümunə verirəm:

İki min gülü var iki kök üstə,

Altından biri sər-beş arasında.

Sən kamil aşıqsan, gəl öyrət məni,

Qalmışam bu çətin iş arasında.

***


Doxsan dörd min səcdə qılır birinə,

Otuz mini ikram edir pirinə,

On ikisi tac qoyubdur sərinə,

Altısı gəşt edir qaş arasında.

***

Kəndim Ağdabandır, yaylağım Murov,



Sözümdə məharət, qılıncımda sov!

Şəmşir bu şikarda tapıbdır bir ov,

Bir milyard iki yüz yaş arasında.1



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin