Keçid məkanları – Dağ, Nurani kişi, Xəstələnmə, Qəbristan. 7-ci mərhələ Qəbristanda ağlayan Qızla xəbərləşmə ilə tamamlanır. Süjetüstündə həmin qız Əsliyə bənzədilməsə də, onun Kərəmə keçid məkanında (qəbristanda) rast gəlməsi, qəribə/xaotik (kar qız) davranışları, ən başlıcası Həqiqi Əsli olmaması bu qızı ritm/mərhələni tamamlayan Yalançı Əsli kimi bərpa etməyə imkan verir.
Kərəm – Dağ/Keçid – Bulaq/Keçid – Yalançı Əsli ilə x.
Keçid məkanları – Dağ, Bulaq. Qeyd edək ki, 8-ci mərhələdə ritmdaxili elementlərin azlığı onu 7-ci mərhələnin tərkibində götürməyə də imkan verərdi. Lakin belə hesab edirik ki, burada transformasiyalar zamanı mərhələdaxili elementlərin itməsindən danışmaq daha doğru olar. 7-ci mərhələ Qəbristan və Nişanlısının qəbri üstündə ağlayan və qəfildən “karlaşan” Qızla tamamlanır. Qəbristan, Qəbir, Nişanlı, Qız vahid identifikasiya kompleksinin tərkib hissələridir. Onların birgəliyi 7-ci ritm/mərhələni tamamlayır. Digər tərəfdən, təhlil zamanı gördük ki, Şaman/Qəhrəman Xaosun mərkəzinə doğru yaxınlaşdıqca kosmoloji dövriyyənin ritmi sürətlənir və bu, ritmdaxili elementlərin azalması hesabına baş verir.
Kərəm yolun 9-cu mərhələsini də Dağda keçidlə başlayır. Bu mərhələ Həqiqi Əsli ilə tamamlanır: