Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


Biri – qəhrəmanın xaotik qüvvələr tərəfindən oğur­lan­mış sevgilisinin ardınca o biri dünyaya səfəri; O biri



Yüklə 2,29 Mb.
səhifə50/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   46   47   48   49   50   51   52   53   ...   269
Biri – qəhrəmanın xaotik qüvvələr tərəfindən oğur­lan­mış sevgilisinin ardınca o biri dünyaya səfəri;

O biri – şamanın xaotik qüvvələr tərəfindən oğurlanmış xəstə ruhunun ardınca o biri dünyaya səfəri.

“Kərəmin xaosa səfəri” zahiri planda qəhrəmanın xaotik qüv­vələr tərəfindən oğurlanmış sevgilisinin ardınca o biri dün­yaya səfəri modelinə uyğundur. Çünki Kərəm də xaosa sev­gilisinin ardınca gedir. Lakin “Kərəmin səfəri” zahiri fərq­lə­rə baxmayaraq, öz “təfərrüatlarına” görə, şamanın xaotik qüvvə­lər tərəfindən oğurlanmış xəstə ruhunun ardınca o biri dün­­yaya səfəri modelinə də uyğundur. Hər iki modelin eyni kos­moloji sxemi inikas etdiyini və ümumiyyətlə, vahid mo­del­də qovuşduğunu nəzərə alsaq, “Kərəmin səfəri” şaman-qəh­rəman paradiqmalarını özündə qovuşduran qiymətli, nadir “sə­fər təfərrüatıdır”. Eyni səfər modelləri üzərində qurulmuş di­gər məhəbbət dastanlarında “şaman” paradiqması “aşiq-qəh­rəman” paradiqmasının altında qalaraq, demək olar ki, gö­rün­məz olmuşdur. “Kərəmin səfəri” isə “qara şamanın səfəri” mo­delinə dair unikal faktlarla zəngindir.

Digər tərəfdən, “Kitabi-Dədə Qorqud”un “Salur Qa­za­nın evinin yağmalanması” adlanan ikinci boyunda Salur Qa­za­nın xaos dünyasında istifadə etdiyi qam-şaman informativ kom­munikasiya modellərinin (xəbərləşmə formullarının) “Əs­li-Kərəm” dastanında Kərəmin xaos dünyasında istifadə etdiyi xə­bərləşmə formulları ilə eyni olması faktı107 “Kərəmin sə­fə­ri” modelini “şamanın səfəri” modeli müstəvisində də­yərlən­dir­məyə imkan verir.

Daha bir yanaşma “Əslinin oğurlanması” motivinin kos­mo­loji müstəvidə dəyərləndirilmə imkanıdır. Keşiş – xaosun funk­sioneridir. Onun “Qara” adı Keşişi birbaşa xaosa aid edir. O, Əslini öz dünyasına – qara dünyaya, xaosa aparır. Xaosa di­ri statusunda adlamaq olmaz. Demək, Əsli də xaosa ruh (ölü) statusunda adlayır. Keşişin Ziyad xandan istədiyi “üç ay­lıq” müddət Əslinin inisiasiya ritualından keçərək, mü­vəq­qə­ti ölməsi, ruh-ölü statusu alması deməkdir. Göründüyü ki­mi, Keşiş Əslinin özünü yox, ruhunu oğurlayaraq xaosa apa­rır. Demək, Kərəmin Əslinin ardınca xaosa səfəri onun elə Əs­linin ruhunun ardınca səfəri deməkdir. Bu da öz növ­bə­sin­də Kərəmin ruh ardınca o biri dünyaya səfərini şamanın ruh ar­dınca o biri dünyaya səfəri ilə eyniləşdirir.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin