1. “Toy” – ritual;
2. “Oğurluq” – mediasiya formulu (mexanizmi);
3. “Ölüm” – funksiya.
Bu üç semantemin birləşməsi bizə kosmoloji sxemin sintaqmatik strukturunu belə bərpa etməyə imkan verir: toyda oğurluq formulu həm də xaos (ölüm) yaradıcı funksiya daşıyır: kosmik ünsürün xaotik ünsürlər tərəfindən oğurlanması mediasiya aktıdır. Kosmik element ritual ölüm yaradıcı mexanizm olan oğurlanma formulu vasitəsi ilə ölüm dünyasına – xaosa adlayır.
Göründüyü kimi, toyda oğurluq kosmos və xaos dünyaları arasında keçidi gerçəkləşdirən mediasiya mexanizmidir. Bu mexanizmin faydalı iş əmsalı ondan istifadə edənlərin etnokosmik kimliyinə (identifikasiya göstəricilərinə) bağlıdır: əgər oğurlayanlar öz identifikasiya əlamətlərinə görə kosmosu təmsil edirlərsə, bu halda oğurluq – kosmosyaradıcı, xaosu təmsil edirlərsə – xaosyaradıcı funksiya daşıyır. Gəlingətirmə mərasimində oğlan evinin qız evindən oğurluq etməsi – kosmosyaradıcı, Qara Keşişin Əslini oğurlaması – xaosyaradıcı funksiyadır. Çünki oğlan evi – kosmosu, Qara Keşiş – xaosu təmsil edir.
Beləliklə, Qara Keşiş Əslini təyin olunmuş toydan oğurlamaqla onu özünün “qara dünyasına – xaosa – ölüm məkanına” aparır. Kosmoloji sxemə görə, Kərəmin onun dalınca qürbətə yollanması onun xaosa – ölüm dünyasına səfəridir. Belə ki, qürbət (qəriblik) təsəvvüfi işarə-obraz kimi xaos (ölüm) semanteminin kosmoloji metaforasıdır.
Dostları ilə paylaş: |