Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 8. Toyda oğurluq xaosyaradıcı ritual mexanizmi kimi



Yüklə 2,29 Mb.
səhifə44/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   40   41   42   43   44   45   46   47   ...   269
§ 8. Toyda oğurluq xaosyaradıcı ritual mexanizmi kimi
Kosmoloji (ritual-mifoloji) sxemə görə, inisiasiya (ər­gənlik) mərasimindən keçən subyekt bir davranış fazasından digərinə adlayaraq yeni status alır. Lakin bu, hələlik ritual sta­tu­sudur. Ritualın verdiyi status öz növbəsində cəmiyyət tə­rə­fin­dən təsdiqlənməli və fərd cəmiyyətin strukturunda öz sta­tu­su­na uyğun mövqe tutmalıdır. Başqa sözlə, ritual status ger­çək et­no­kosmik statusa çevrilməlidir. Fərd ritual vasitəsilə ger­­­çək (pro­fan) dünyadan qoparılaraq (ayrılaraq) sakral aləmə ad­­layır, bu­rada o, yenidən qurularaq təkrar cəmiyyətə dönür. Cə­miyyət profan dünya kimi sakral dünyanın strukturunu pro­yeksi­yalan­dırır. Fərdin strukturu sakral dünyada dəyiş­diri­lir­sə, bu dəyişiklik profan dünyada da (cəmiyyətdə) uyğun də­yiş­mələrə gətirməlidir. Çünki hər bir fərdin cəmiyyətdəki ye­ri, mövqeyi və statusu sakral dünya (göylər) tərəfindən mü­əyyən­ləşdirilir. Göylərin iradəsi yerlər (profan dünya) üçün qa­nundur. Bu cə­hət­dən cəmiyyət ölüb-dirilmə ritualı vasitəsi ilə sakral dünyaya gedən və oradan yeni statusla cəmiyyətə qa­yıdan yeni(ləşmiş) fərdə cəmiyyətin strukturunda onun qa­zan­dığı sakral statusa uyğun yer, mövqe və hüquq verməlidir. Baş­qa sözlə, cəmiyyət toplum halında sakral aləmdən qa­yı­danı qarşılayır, onun statusunu kollektiv şəkildə təsdiqləyir. Bu qarşılama və təsdiqləmə cəmiyyətin bütün struktur sə­viyyə­lərini əhatə edən mərasimdir və həmin mərasim oğuz­lar­da toy adlanır.

Bu gün Azərbaycan dilində iki gəncin evlənmə mə­ra­si­mi­ni bildirən toy semantemi oğuz mətnlərində (oğuz­na­mə­lər­də) ümumiyyətlə mərasim, yığıncaq, el məclisi, qonaqlıq, eh­san və s. mənalarda işlənmişdir. Qədim oğuzlarda toy janr, for­mat, funksiya baxımından müxtəlif olmuşdur. “Dədə Qor­qud”da həm “toy”, həm də “ulu toy” (böyük toy) se­man­tem­lə­ri var. Məsələn, Bayındır xanın ildə bir dəfə ağ, qırmızı və qa­ra çadırlar qurduraraq keçirdiyi “qonaqlıq” mərasimi toy ad­lanır: “Xanlar xanı xan Bayındır yildə bir kərrə toy edib, Oğuz bəglərin qonaqlardı”88.



Yaxud övladı olmayan Dirsə xanın Allahdan hacət (is­tək) diləmək məqsədi ilə verdiyi ümumxalq ehsanı ulu toy ad­lanır: “Dirsə xan dişi əhlinin sözilə ulu toy elədi, hacət di­lə­di”89.

“Toy” semanteminin el, tayfa, oba və s. başçılarının iş­ti­ra­kı ilə keçirilən ümumxalq formatı qurultay adlanır.

“Toy” semanteminin evlənmə paradiqması bu gün dili­miz­də həm “toy”, həm də “toy-düyün” şəkillərində qal­mış­dır. Borçalı mahalının Qarayazı elində (Sərtçala-Muğanlı kən­din­­də) çərşənbə axşamı qızların bir yerə yığışaraq çalıb-oxu­du­ğu məclis də toy adlanır.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin