Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


Don – milli geyim sistemində qadın paltarıdır. Lakin don məhsuldarlıq mərasimlərində yenidən doğuluşun



Yüklə 2,29 Mb.
səhifə40/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   36   37   38   39   40   41   42   43   ...   269
Don – milli geyim sistemində qadın paltarıdır. Lakin don məhsuldarlıq mərasimlərində yenidən doğuluşun sim­vo­lu və vasitəsidir. Azərbaycanda ta qədimlərdən mövcud olan, əsas ri­tual forması kəndlərdə bu gün də qorunan övlad­lı­ğa gö­tür­mə adəti var. Uşağı olmayan ailə başqasının uşağını öv­lad­lı­­ğa gö­tü­rər­kən yeni (ögey) ana uşağı öz donunun boğa­zından sa­lıb ətə­yin­dən çıxardır. Bu hərəkət açıqdan-açığa do­ğuluşu bil­dirir. Baş­qa sözlə, insanlar inanırlar ki, uşaq köy­nəkdən ke­çi­rilməklə yenidən doğulur. Bu ritual formulu ilə uşağın yeni ana­sı, yeni ata­sı, yeni ailəsi də sanksiyalaşaraq, mövcud sis­te­min strukturu­nun üzvi tərkib hissəsinə çevrilir. Kərəmin ritual pro­sesində olduğunu, ölüb-dirilmə (ölmə və ye­nidən do­ğul­ma) mexanizmi ilə gerçəkləşdirilən inisiasiya mə­rasiminin ara­lıq fazasında oldu­ğunu, o cümlədən bu aralıq dünyasından mən­sub olduğu dünya­ya yenidən doğuluş mexa­nizmi ilə qa­yıt­malı olduğunu nəzərə alsaq, onda buradakı “qırmızı don” sa­dəcə geyim əşyası yox, ritual mexanizmidir. Başqa sözlə, məişətdə işlənən hər bir əşya ritual kontekstinə daxil olmaqla mərasimi semantika qazanır.

Qırmızı – ritual-mifoloji düşüncə modelində dünyanın his­sələrini işarələyən üç əsas rəngdən biri olub, qadınlarla bağ­lı­­dır. Mifdə ağ rəng – kosmosu və kişi başlanğıcını, qara rəng – xaosu və ölümü, qırmızı rəng – kosmosla xaos arasın­dakı ara­lıq dünyanı (təmas sahəsini) və qadın başlanğıcını bil­dirir. Bu, “Də­­də Qorqud”dakı ağ, qırmızı, qara çadır obraz-kompleksi ilə də təsdiq olunur. Bu halda “qırmızı don” obra­zında “qırmızı” və “don” işarələrinin mənaları bir-birini ta­mam­lamaqla yeni­dən doğuluşu bildirir. Don – yenidən do­ğuluş mexanizmi (alə­­ti, aparatı), qırmızı – həmin mexa­nizmin mənsub ol­du­ğu kos­moloji sahəni təyin edən işa­rə­dir. Başqa sözlə, qırmızı don bir tərəfdən doğuluş vasitəsi­dirsə, o biri tərəfdən dünyadə­yiş­mənin (mediasiyanın) sim­vo­ludur. Yada salaq ki, Azərbay­can nağılla­rında birini edam et­dirmək istəyən şah qırmızı paltar ge­yib meydana çıxırdı. Edam mərasimində şahın qırmızı paltar gey­məsi əski “çar-jreç” (“qam-ğan”) institutu ilə bağlıdır. “Çar” – şah, “jreç” – kahin (“qam” – şaman, “ğan” – xan) de­mək­­­­­dir. İb­ti­dai cəmiy­yətlərdə sekulyar-siyasi hakimiyyətlə (güc ilə) mis­tik-sakral hakimiyyət (güc) bir şəxsdə – qəbilənin baş­­çısında mərkəz­lə­şirdi. Başqa sözlə, qəbilə başçısı həm pro­fan, həm də sakral dünyanı özündə qovuşduran mediator idi. Bu cəhətdən o, tək­cə tayfa başçısı yox, həm də mərasim başçısı idi. Heç bir ri­tual, o cümlədən keçid ritualları onsuz baş tuta bil­məzdi. O, mərasim zamanı qırmızı paltar geyirdi. Qırmızı pal­tar – iki dün­ya (kosmos və xaos) arasında mediasiyanın həm simvolu, həm də vasitəsi idi. Mərasim məhz qırmızı rəngli pal­tar va­sitəsilə öldürülənin bu dünyadan o biri dünyaya gedişini (ke­çidini) təmin edən kontinuuma (mərasimi məkan-zaman sis­teminə) çevrilirdi. Bu cəhətdən nağıllarda şahların edam za­ma­nı geydiyi qırmızı paltar əski “çar-jreç”lərin (“qam-ğan”­la­rın//“şaman-xan”ların) ölənin o biri dünyaya göndərilməsi mə­ra­si­min­də geydiyi “qırmızı don”un (arxetipin) nağıl para­diq­masıdır.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin