Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə36/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   32   33   34   35   36   37   38   39   ...   269
1. Bölünmə (s e p a r a t i o n):

Bu birinci faza bir şəxsin, yaxud bütöv bir qrupun sosial struk­turda əvvəl tutduğu yerdən və müəyyən mədəni durum­lar­dan qopmasını/ayrılmasını nəzərdə tutur.



2. Hüdud (m a r q o / l i m e n):

“Liminal” dövr olan ikinci faza ara mərhələdir. Bu mər­hələdə “keçid edən” subyekt ikili cizgi əldə edir.



3. Bərpa (r e a g g r e g a t i o n):

Bərpaedici üçüncü faza keçidi tamamlayır. “Keçid edən” bu mərhələdə yenidən sabit durum əldə edir və bunun sa­yə­sin­də “struktur” tipi olma hüququ və vəzifələrini əldə edir79.

Beləliklə:

– Fərd (subyekt) keçid ritualının birinci mərhələsində əvvəlki durumundan (statusundan) ayrılır;

– Fərd ikinci mərhələdə aralıq vəziyyətə düşür: ikili sta­­­tusda olur. Burada o, əvvəlki halından (statusundan) yeni ha­­la (statusa) keçir. Lakin bu mərhələ aralıq (keçid) mərhə­lə­si­­dir: nə yeni, nə köhnə haldır, bunları birləşdirən, qovuşdu­ran ikili haldır. Bu baxımdan, fərd nə köhnə statusundan tam ayrılmayıb, nə də yeni statusuna tam şəkildə qovuşmayıb. Bu, hər iki (köhnə və yeni) statusun xassələrini dinamik qarşılıqlı təsirdə qovuşduran ikili status halıdır. Bu hal (aralıq vəziyyət) ikinci fazanın sonuna qədər davam edir;

– Fərd üçüncü fazada ritual halından adi həyat halına bərpa olunur. Lakin o, öz əvvəlki həyatına yeni statusda, bu statusun ona verdiyi bütün sosial-mədəni, siyasi-ideoloji hü­quq və vəzifələri qazanaraq qayıdır. Onun yeni statusu yeni ad­la təsbit olunur.

Ritual nəzəriyyəsinin formalaşmasına A.Qennepin bö­yük təsiri olmuş V.Terner ritual prosesində aralıq mərhələ sa­yı­lan ikin­ci fazanın A.Qennep tərəfindən “liminal” mərhələ ad­lan­dı­rılmasına toxunaraq yazır ki, “limen” latınca “astana” de­­məkdir. Müəllif daha sonra bu mərhələdə olan subyektlər haqqında göstərir ki, liminal varlıqlar nə burda, nə ordadır, nə bu, nə odur; onlar qanun, adət, şərait və mərasim tərəfindən ya­­zılmış və müəyyənləşdirilmiş durumların ortasındakı ara­lıq­­dadır. Bundan dolayı onların ikimənalı və qeyri-müəyyən xü­susiyyətləri sosial və mədəni keçidləri rituallaşdıran çox cə­­miyyətlərdə simvolların böyük rəngarəngliyi ilə ifadə olu­nur. Belə ki, liminallıq tez-tez ölümə, bətndaxili həyata, gö­rünməzliyə, qaranlığa, ikicinsliyə, boşluğa, gün, ya da ay tu­tul­masına bənzədilir80.

Bu deyilənlər bütün dünya keçid mərasimlərinin ümumi struktur sxemini, o cümlədən məhəbbət dastanlarındakı buta­vermə keçid ritualının funksional struktur sxemini özündə ini­kas edir. Mərhum M.Cəfərli bu ümumi struktur sxemini əsas götürərək, butavermə ritualının ümumi prosessual strukturunu modelləşdirmişdir. O, qəhrəmanların butanı yuxuda alma­la­rını qabardaraq yazır ki, qəhrəmanlardan heç biri butanı ayıq vəziyyətdə almır. Onlar yuxulu vəziyyətdə olurlar. Yuxu türk mə­dəniyyətində ölümün simvollarından sayılır. Bunu «Kitabi-Dədə Qorqud» oğuzlarının yuxunu «kiçik ölüm» adlandırma­ları özündə dəqiq əks etdirir. Bu «ölüm» adi ölüm deyil. Bu «ölüm» – yuxu prosesində qəhrəman (öz – S.R.) yeni duru­mu­­­na transformasiya edir: ona aşiqlik, şairlik, saz çalmaq qa­bi­­liyyətləri buta verilir. Sonra qəhrəman yuxudan – ölümdən ayı­lır. Və bu vəziyyətdə o, artıq köhnə adam deyil. O, indi bu­ta almış, haqq yolunun yolçusu olan «haqq aşığıdır». Belə­lik­lə, butavermə çox aydın olaraq üç mərhələdən keçir:

1) qəhrəmanın əvvəlki vəziyyəti;

2) simvolik ölüm – yuxuda buta alması vəziyyəti;

3) qəhrəmanın yeni vəziyyəti.

Bu üç vəziyyət – keçid mərhələsi butavermədə o qədər ay­dındır ki, onları struktur-semantik bərpa yolu ilə üzə çıxar­mağa ehtiyac olmur. Sadəcə, təsvir kifayətdir. Butavermənin bu üç mərhələsi inisiasiya mərasimlərinin üç mərhələsi ilə struktur baxımdan eynidir:





Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin