Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 7. “Eşq xəstəliyi” formulu “şaman



Yüklə 2,29 Mb.
səhifə33/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   29   30   31   32   33   34   35   36   ...   269
§ 7. “Eşq xəstəliyi” formulu “şaman

xəstəliyi” arxetipinin epik paradiqması kimi
“Əsli-Kərəm” süjetinin növbəti kosmoloji struktur for­mu­­lunu funksional məzmun və mahiyyəti baxımından “Kərə­min xəstəliyi” adlandırmaq olar. Bu formul üç cəhəti ilə əla­mət­dardır:

1. Formulun məhəbbət dastanları üçün xarakterik olan epik dünya modelinin struktur sxemini inikas etməsilə;

2. Formulun mifoloji dünya modelinin struktur sxemini ini­kas etməsilə;

3. Formulun şaman dünya modelinin ritual arxetipini ini­kas etməsilə.



Bu dediklərimizin əsaslandırılması üçün öncə formulu onun mövcud olduğu motiv sərhədləri daxilində nəzərdən ke­çi­rək. Əsli ilə onun bağçasında əhd-peyman, halal-himmət edən Kərəm evinə qayıdaraq otağına qapanır:

“Öz mənzilində “Əsli” deyib gizli-gizli ağlamaqda ol­sun, sizə deyim Ziyad xandan. Ziyad xana xəbər çatdı ki, oğ­lun xəs­­tələnib, neçə gündü ki, mənzilinnən bayıra çıxmır. Ha­­man saat Ziyad xan qalxıb, oğunun yanına gəldi. Xəbər aldı:

– Oğlum, dərdin nədi?

Kərəm dedi:

– Ata, izn ver, dərdimi saz ilə deyim, dilnən desəm, di­lim alışıb yanar.

Ziyad xan izn verdi. Aldı Kərəm, görək atasına nə dedi:
Keşiş bağçasında bir gözəl gördüm,

Ağlımı başımnan aldı, nə çarə?

Darayıb zülfünü, töküb üzünə,

Sərimi sövdayə saldı, nə çarə?...


...Söz tamam oldu, Ziyad xan dedi:

– Oğul, sənin dediklərindən mən bir şey başa düşmədim. Əyər aşıqsan (aşiqsən – S.R.), de görüm, kimi istəyirsən, sə­nin üçün alım.

Kərəm üç yaşında uşaq kimi başladı ağlamağa. Ziyad xan oğlunun yanından çıxıb, birbaş divana gəldi, taxtına çıxıb əmr verdi ki, hər kim mənim oğlumun dərdini bilə, mən onu dünya malından qəni elərəm.

Şəhərdə təbib qalmadı gəlməmiş ola, amma heç kim Kərəmin dərdindən bir şey anlaya bilmədi.

Bir gün Kərəm oturmuşdu bağda, özü də çox damaq­sız­dı. Bir qarı eşitdi ki, Ziyad xanın oğlu xəstədi, heç kim də onun dərdini tapa bilmir, dedi:

– Hər nə olursa-olsun gərək mən Kərəmin dərdinə çarə tapım, bəlkə, Ziyad xan mənə bir qırmızı donluq verə.

Qarı əsasını əlinə alıb, özünü yetirdi Ziyad xanın bağına, gördü, Kərəm çox qəmgin oturub, gözləri yol çəkir, dedi:

– Oğul, şəhərin gəlinləri, qızları, oğlanları Gülşən bağı­na seyrə çıxıblar, sən nə üçün burada tək-tənha oturubsan?

Kərəm dedi:

– Qarı nənə, sənnən bir söz soruşacağam. Ancaq bu söz ikimizin arasında qalmalıdı.

Qarı dedi:

– Oğul, qarı ki var, bir ovuc darıdı. Hara səpələrsən, elə orada qalar. Sən sözünü de.

Kərəm dedi:

– Nənə, o qızların içində keşişin də qızı olacaqmı?

Qarı dedi:

– Olacaq.

Kərəm dərinnən bir ah çəkdi. Qarı işi başa düşdü, bildi ki, Kərəm Məryama aşıqdı. Balağını qatlayıb, özünü Ziyad xa­­na yetirdi, dedi:

– Ziyad xan, oğluvun dərdini bilmişəm.

Ziyad xan soruşdu:

– Oğlumun dərdi nədi?

Qarı dedi:

– Oğlun keşiş qızı Məryama aşıq olub”78.

“Kərəmin xəstəliyi” adlandırdığımız bu motivin arxe­ti­pik semantikasının izahına keçməzdən əvvəl motivi funksio­nal struktur element və mexanizmləri baxımından tərkib his­sə­lərinə parçalayaraq öyrənmək lazımdır. İndiki halda moti­vin aşağıdakı tərkib hissələri üzə çıxır:


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin