Azərbaycan Resbuplikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Üniversiteti Fizika və Elektroenergetika Fakültəsi



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə3/5
tarix26.11.2023
ölçüsü1,22 Mb.
#135272
1   2   3   4   5
pedaqogika serbest iş

idrak n
əzəriyyəsi 
t
əşkil edir. İdrak
dünyanın insan şüurunda əks olunmasının mürəkkəb prosesidir. Dünyanın dərk
olunması hissi idrakdan - duyğu və qavrayışlardan başlayır. Bu yolla əldə olunan faktiki
materiallar m
əntiqi idrak pilləsində mücərrəd təfəkkürdə təhlil olunur, ümumiləşdirilir və
n
əticə çıxarılır. Çıxarılan nəticə praktikada yoxlanılır. Bütün qanunauyğunluqlar bu yolla
öyrənilir və bu əsasda elm qanunları müəyyən edilir. Elmi idrakın pillələrini sxematik
olaraq bel
ə göstərmək olar: 
İdrak yolu: canlı müşahidə → mücərrəd təfəkkür → praktika. 
T
əlim prosesi də idrak fəaliyyətinin bir növüdür. O, idrakın digər növləri (elm, incəsənət,
oyun, 
əmək) ilə birlikdə ətraf aləmin dərk olunmasına kömək edir. Şagirdin (tələbənin)
öyrənmə yolu bir çox cəhətdən idrak yoluna əsaslanır. Bunu sxematik olaraq belə ifadə
etm
ək olar: 
T
əlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə. 
Göründüyü kimi, şagirdin (tələbənin) öyrənmə yolu idrak yoluna müvafiqdir: qavrama
idrak yolundakı canlı müşahidə ilə, anlama - mücərrəd təfəkkürlə, tətbiqetmə isə
praktika il
ə bağlıdır. Lakin öyrənmə prosesi elmi idrak prosesi ilə eyni deyildir. Öyrənmə
prosesi öz məqsədi, təşkili qaydası, müddəti, praktikanın rolu, möhkəmlətmə ehtiyacı,
müəllimin rəhbərliyinin zəruriliyi ilə elmi idrak prosesindən fərqlənir. 
T
əlim prosesində müəllim şagirdlərin idrak fəaliyyətini təşkil edərkən bu xüsusiyyətləri
n
əzərə almalı, onun tədricən elmi idraka yaxınlaşması üçün şərait yaratmalıdır. Təlim
el
ə təşkil edilməlidir ki, şagird (tələbə) müşahidələr aparsın, faktlar toplasın, onları
mücərrəd təfəkkürdə təhlil etsin, fikri əməliyyatlar aparsın, problemləri həll etsin, nəzəri
bilikl
ərini həyata və çalışmalara tətbiq etsin, müstəqil, yaradıcı düşünmək və işləmək
bacarıqlarına yiyələnsin. Bir sözlə, təlim prosesində canlı müşahidə, mücərrəd təfəkkür
v
ə praktikanın vəhdəti təmin edilməlidir. 
Öyrənmə prosesinin təbii-elmi əsasını ali sinir fəaliyyəti haqqında təlim təşkil edir
(İ.M.Seçenov, İ.P.Pavlov). Bu təlimə görə, beynin işinin əsasında refleks, yəni
orqanizmin müxtəlif qıcıqlara (əşyalara, sözlərə) cavab reaksiyası durur. Belə cavab
reaksiyaları şərtsiz (anadangəlmə) və şərti (həyatda qazanılma) reflekslərdən ibarətdir.
16 


Bizim h
əyati təcrübələrimiz, adətlərimiz məhz şərti reflekslərdən ibarətdir. 
Ali sinir f
əaliyyətinin bir çox qanunauyğunluqları - baş beyin qabığında oyanma və
l
əngimə proseslərinin qarşılıqlı əlaqəsi, I və II siqnal sistemlərinin vəhdəti, sinir
prosesl
ərinin sistemi (dinamik stereotip), beynin nəzarətedici və tənzimləyici funksiyası
haqqında biliklər təlim-tərbiyə prosesini düzgün təşkil etməyə, mənimsəmənin
s
əmərəsini yüksəltməyə kömək göstərir. İ.M.Seçenova görə, mənimsəmə başqalarının
t
əcrübəsinin insanın öz şəxsi göstəriciləri ilə qovuşmasıdır. Bu o deməkdir ki, şagirdin
şəxsi təcrübəsindən keçməyən, həmin təcrübəyə istinad etməyən məlumat tam
m
ənimsənilə bilməz. 
T
əlim prosesində fizioloji qanunauyğunluqlarla yanaşı, müəyyən psixoloji
qanunauyğunluqlar da özünü göstərir. 
Bilikl
ərin mənimsənilməsi prosesini yaxşı başa düşmək üçün onun daxili mexanizmini,
quruluşunu (tərkib hissələrini), başqa sözlə, psixoloji xarakteristikasını bilmək lazımdır.
T
əlimdə şagirdin öyrənmə yolu qavrama, anlama, möhkəmlətmə və tətbiqetmə
prosesl
ərindən keçir. 
Qavrama 
t
əlim prosesində əşya və hadisələr haqqında, onların
əlamət və xüsusiyyətləri ilə bağlı şagirdlərin məlumat əldə etməsidir. Qavrama həm
bilavasit
ə (müşahidə yolu ilə), həm də bilavasitə (müəllimin danışığı və kitabla) ola bilər.
T
əlim prosesində hər iki qavrama növü vəhdətdə tətbiq edilməlidir. Qavramanın
s
əmərəli olması üçün şagirdlərin həyat təcrübələrinə (müşahidələrinə, mövcud
t
əsəvvürlərinə) istinad etmək lazımdır. 
Anlama m
ənimsəmənin əsas şərtidir. O, təfəkkürlə müşayiət olunur. Anlayışın dolğun və
tam formalaşması üçün şagirdləri təfəkkür əməliyyatları aparmağa (təhlil-tərkib,
müqayisə, ümumiləşdirmə, nəticə çıxarmaq və s.) geniş cəlb etmək vacibdir. Bu halda
t
əlim materialı daha yaxşı dərk olunur. 
Möhkəmlətmə 
m
ənimsəmənin zəruri ünsürlərindən biridir. O, qazanılmış biliklərin
hafiz
ədə uzun müddət saxlanması və daha da dərinləşməsini təmin edir. Əks halda
keçilən biliklər unudular, təlim səmərəsiz bir işə çevrilər. Möhkəmləndirmənin səmərəsi
üçün mexaniki və məntiqi yaddasaxlamanı uzlaşdırmaq, uzun müddətə yaddasaxlama
ustanovkası yaratmaq, keçilən və yeni biliyi əlaqələndirmək, təkrarla tətbiqetməni
uzlaşdırmaq, şagirdlərin fəallıq və müstəqilliyini artırmaq lazımdır. 
 

17 


T
ətbiqetmə 
t
əlimin çox mühüm ünsürü olub, nəzəri biliyi həyata, çalışmalara tətbiq
etm
ək bacarıqları aşılamağa kömək edir. Tətbiqetmə sayəsində şagird bilikləri şüurlu və
möhkəm mənimsəyir; biliyə inamı və marağı artır; nəzəri biliklər onun üçün həyati məna
k
əsb edir; zəruri bacarıq və vərdişlər formalaşır. Bu mənada "tətbiqetmə biliyin anasıdır"
fikrin
ə haqq qazandırmaq lazım gəlir. 
M
ənimsəmənin ünsürləri vəhdətdə həyata keçirilməlidir; öyrənmə zamanı bu ünsürlər
bir-birin
ə nüfuz etməlidir: qavrama prosesində ilkin anlamanı təmin etmək, anlama
prosesind
ə qavrama və möhkəmlətmə vəzifələrini, tətbiqetmə zamanı isə anlama
v
əzifəsini həyata keçirmək səmərəli nəticə verir. 
M
əktəb təcrübəsində mənimsəmə ünsürlərinin qarşılıqlı əlaqəsinə laqeydlik halları
müşahidə olunur. Bəzən müəllim yeni biliyi şərh edir və ya kitabdan oxutdurur (qavrama
m
ərhələsi), anlama üçün isə xüsusi iş aparmır, birdən-birə möhkəmlətməyə keçir. Bu da
t
əlimdə əzbərçiliyə, formalizmə gətirib çıxarır: şagird yaxşı dərk etmədiyi məsələləri
mexaniki yadda saxlamağa çalışır. Şagirdlər biliyi yaxşı anlamadıqlarından onu tətbiq
etm
əkdə çətinlik çəkirlər. Bunun qarşısını almaq üçün mənimsəmə ünsürlərini
əlaqələndirmək vacibdir. 
T
əlim prosesinin mahiyyətini dərk etmək üçün ona fəaliyyət nəzəriyyəsi baxımından
yanaşmaq lazım gəlir. Psixoloqlar təlimi fəaliyyət kimi səciyyələndirirlər. Fəaliyyət
insanın öz tələbatını ödəməyə yönəlmiş fəallığıdır. Təlim fəaliyyəti şagirdin müəllim
t
ərəfindən istiqamətləndirilən fəal, müstəqil fəaliyyətidir. O, mürəkkəb quruluşa malikdir.
Onun dörd başlıca komponenti ayırd edilir: təlimin məqsədi və vəzifələri, təlim
əməliyyatları, özünənəzarət və özünüqiymətləndirmə. Bunlar bir-biri ilə şərtlənən
müəyyən sistem təşkil edir.
T
əlim prosesi şagirdin (tələbənin) idrak yolundakı hərəkəti
il
ə bağlıdır: o, biliksizlikdən bilikliliyə doğru inkişaf edir. Təlim prosesinin xarakteri,
m
əzmunu və təşkili formaları cəmiyyətin tələbi ilə, elmi-texniki tərəqqinin təsiri ilə
müəyyən olunur. 
T
əlim prosesi özü də inkişaf edir. Bu inkişafın mənbəyi ziddiyyətlərlə bağlıdır. 

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin