«Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları»nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
«Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 682 nömrəli Fərmanının 5.12-ci bəndinə əsasən, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici qonaqların qəbulu və onlara xidmət göstərilməsi ilə bağlı dövlət büdcəsi vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu ilə əlaqədar xərc normalarında dəyişikliklərin edilməsinə zərurət yarandıqda, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq təkliflər versin.
3. Müəyyən edilsin ki, bu qərarın 1-ci bəndinə əsasən təsdiq edilən Qaydalar respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman, beynəlxalq gənclər tədbirlərinin keçirilməsinə şamil olunmur.
4. «Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xarici ölkələrin nümayəndə heyətlərinin, ayrı-ayrı rəsmi şəxslərin qəbulu və onlara xidmət göstərilməsi üçün büdcə vəsaitlərinin xərclənməsi Qaydaları»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 yanvar tarixli 6 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 53, № 12, maddə 1080; 2005-ci il, № 11, maddə 1064) qüvvədən düşmüş hesab edilsin.
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 4 noyabr 2008-ci il
№ 254
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2008-ci il 4 noyabr tarixli 254 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi
QAYDALARI
Azərbaycan Respublikasında beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi üçün vəsaitlərin dövlət büdcəsində nəzərdə tutulması və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən bu tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün büdcə vəsaitlərinin nəzərdə tutulması və xərclənməsi bu Qaydalarla tənzimlənir.
1. BEYNƏLXALQ VƏ RESPUBLİKA SƏVİYYƏLİ TƏDBİRLƏRİN RAZILAŞDIRILMASI
1.1. Hər il növbəti il üçün dövlət büdcəsinin layihəsinin hazırlanması zamanı dövlət büdcəsindən maliyyələşən təşkilatların növbəti ildə Azərbaycan Respublikasında beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi və onun maliyyə təminatı ilə bağlı təklifləri cari ilin aprel ayının 1-nə kimi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (beynəlxalq səviyyəli tədbirlər üzrə) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilir.
1.2. Təqdim edilmiş təkliflərə tədbirin adı, təşkilatçıları, keçiriləcək yeri, tarixi, Azərbaycan tərəfindən həmin tədbirdə iştirak edəcək təşkilatların adı barədə məlumatlar və ilkin xərclər smetası əlavə olunur.
2. BEYNƏLXALQ VƏ RESPUBLİKA SƏVİYYƏLİ TƏDBİRLƏRİN KEÇİRİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN VƏSAİTLƏRİN DÖVLƏT BÜDCƏSİNDƏ NƏZƏRDƏ TUTULMASI
2.1. Beynəlxalq və respublika səviyyəli tədbirlərin siyahısı müəyyən edildikdən sonra həmin tədbirlərin keçirilməsi üçün tələb olunan vəsaitlər, dövlət büdcəsinin layihəsi hazırlanarkən aidiyyəti təşkilatların hər il “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etdiyi təklifləri (hesablamalar əlavə olunmaqla) əsasında, növbəti il üçün dövlət büdcəsində ayrıca sətirdə nəzərdə tutulur.
2.2. Dövlət büdcəsi təsdiq olunduqdan sonra beynəlxalq və respublika səviyyəli tədbirlərlə bağlı xərclərin təşkilatlar və tədbirlər üzrə bölgüsü bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilməklə təsdiq edilir.
3. BEYNƏLXALQ VƏ RESPUBLİKA SƏVİYYƏLİ TƏDBİRLƏRİN KEÇİRİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN VƏSAİTLƏRİN AYRILMASI VƏ İSTİFADƏSİ
3.1. Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bölgüyə uyğun olaraq, vəsaitlərin ayrılması ilə bağlı aidiyyəti təşkilatlar tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tədbirin keçirilməsinə ən azı 40 gün qalmış müraciət edilir və bu zaman müvafiq xərclər smetası, təsdiqedici sənədlər, hesablamalar həmin müraciətə əlavə olunur.
3.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyində təqdim edilən sənədlərə baxıldıqdan sonra tədbirin keçirilməsi proqramına uyğun olaraq vəsaitlərin ayrılması təmin edilir.
3.3. Beynəlxalq və respublika səviyyəli tədbirlər baş tutmadıqda və ya bunların keçirilməsi üçün ayrılmış vəsaitin müəyyən edilmiş məqsədlərə xərclənməsi mümkün olmadıqda və ya ayrılmış vəsaitə qənaət edildikdə, bu vəsait mövcud qanunvericiliyə uyğun olaraq təxirə salınmadan ilkin mənbəyinə qaytarılır.
Təsdiq olunmuş bölgü üzrə ödənişlər həyata keçirilərkən konkret tədbirə ayrılan vəsait çatışmadıqda, yaranmış fərq artıq həyata keçirilmiş digər tədbirlərin maliyyələşdirilməsi zamanı əmələ gələn qənaət və ya ehtiyat vəsait hesabına ödənilə bilər.
3.4. Beynəlxalq səviyyəli tədbirin keçirilməsi ilə bağlı xərclər (mehmanxana, nəqliyyat, yemək və s.) bu tədbirlərin keçirilməsinə dair razılaşma sənədinə əsasən Azərbaycan Respublikası tərəfindən ödənilməli olduqda, həmin xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi həyata keçirilir.
3.5. Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi üçün vəsait ayrılmış olan təşkilatların rəhbərləri həmin vəsaitin təyinatı üzrə və bu Qaydalara əlavə olunan normalara uyğun olaraq xərclənməsinə ciddi nəzarət etməlidirlər.
3.6. Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsindən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş formaya uyğun olaraq hesabat tədbirləri keçirən təşkilatlar tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.
3.7. Azərbaycan Respublikasına səfər edən dövlət və ya hökumət nümayəndə heyətlərinin və ayrı- ayrı rəsmi şəxslərin şərəfinə rəsmi qaydada ziyafətlər verilə bilər.
3.8. Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı dövlət büdcəsində vəsait nəzərdə tutulmadıqda, dövlət başçısının tapşırığı və ya razılığı əsasında bu tədbirlərin keçirilməsi üçün maliyyə vəsaiti ayrılması ilə bağlı aidiyyəti təşkilatlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət oluna bilər. Bu tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitlərin dövlət büdcəsindən ayrılması, istifadəsi və istifadəsinə nəzarət bu Qaydaların tələbləri gözlənilməklə həyata keçirilir.
4. XARİCİ ÖLKƏLƏRİN NÜMAYƏNDƏ HEYƏTLƏRİNİN, AYRI-AYRI RƏSMİ ŞƏXSLƏRİN QƏBULU VƏ ONLARA XİDMƏT GÖSTƏRİLMƏSİ ÜÇÜN VƏSAİTLƏRİN DÖVLƏT BÜDCƏSİNDƏ NƏZƏRDƏ TUTULMASI, AYRILMASI VƏ İSTİFADƏSİ
4.1. Xarici ölkələrin nümayəndə heyətlərinin, ayrı-ayrı rəsmi şəxslərin qəbulu və onlara xidmət göstərilməsi üçün vəsaitlər hər il dövlət büdcəsində aidiyyəti dövlət büdcəsindən maliyyələşən təşkilatların saxlanılması xərclərində dövlət büdcəsi xərclərinin iqtisadi təsnifatının müvafiq xərc yarımmaddəsində nəzərdə tutulur.
4.2. Dövlət büdcəsindən maliyyələşən təşkilatların rəhbərləri tərəfindən xarici ölkələrin nümayəndə heyətlərinin, ayrı-ayrı rəsmi şəxslərin qəbulu zamanı bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində müvafiq qaydada smeta təsdiq edilir.
4.3. Xarici ölkələrin nümayəndə heyətlərinin və ayrı-ayrı rəsmi şəxslərin qəbulu və onlara xidmətlə bağlı xərclərin ödənilməsi bu Qaydaların əlavəsində göstərilən xərc normalarına uyğun olaraq, Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanlarının rəhbərləri və yuxarı dövlət orqanının rəhbəri tərəfindən xarici ölkələrin nümayəndə heyətlərinin, ayrı-ayrı rəsmi şəxslərin qəbulu və onlara xidmət göstərilməsi ilə bağlı xərclər isə faktiki məsrəflərə uyğun olaraq və aidiyyəti dövlət orqanları aparatlarının saxlanılması xərclərində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.
«Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları»na
əlavə
Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi
şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün büdcə vəsaitlərinin xərc
N O R M A L A R I
Sıra №-si
|
Xərclər
|
Xərc normaları
|
1. Mehmanxana xərcləri (1 nəfər üçün)
|
1.1.
|
Nümayəndə heyətinin rəhbəri olan nazirlər və ona bərabər tutulan şəxslər, parlament üzvləri üçün
|
Faktiki xərclərə görə («lyuks» kateqoriyalı 2 otaqlı nömrənin qiymətindən yuxarı olmamaq şərtilə)
|
1.2.
|
Nümayəndə heyətinin rəhbəri və ayrı-ayrı rəsmi şəxslər üçün (1.1-ci yarımbənddə göstərilən şəxslərdən başqa)
|
Faktiki xərclərə görə («lyuks» kateqoriyasından aşağı kateqoriyaya aid olan 2 nəfərlik nömrənin qiymətindən yuxarı olmamaq şərtilə)
|
1.3.
|
Nümayəndə heyətinin üzvləri, tərcüməçilər və müşayiət edən şəxslər üçün
|
Faktiki xərclərə görə («lyuks» kateqoriyasından aşağı kateqoriyaya aid olan 1 nəfərlik nömrənin qiymətindən yuxarı olmamaq şərtilə)
|
2. Yemək xərcləri (1 nəfər üçün)
|
2.1.
|
1 gün ərzində ödənilən yemək xərci
|
30 manata qədər
|
2.2.
|
1-ci bəndin 1.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri üçün rəsmi qəbul ilə bağlı nahar və ya şam yeməyinin verilməsi xərci
|
35 manata qədər
|
2.3.
|
Digər nümayəndə heyətlərinin üzvləri üçün rəsmi qəbul ilə bağlı nahar və ya şam yeməyinin verilməsi xərci
|
25 manata qədər
|
2.4.
|
Ziyafət verilməsi xərci
|
50 manata qədər
|
3. Digər xidmətlərlə bağlı xərclər
|
3.1.
|
Danışıqlar, mədəni tədbirlər zamanı bufet xidməti, məişət xidməti və digər xidmətlər üçün (tərcüməçi və müşayiət edən şəxslər də daxil olmaqla 1 nəfər üçün gündəlik xərc)
|
10 manata qədər
|
3.2.
|
Mədəni tədbirlərlə bağlı xidmətlər üçün (tərcüməçi və müşayiət edən şəxslər də daxil olmaqla 1 nəfər üçün gündəlik xərc)
|
10 manata qədər
|
3.3.
|
Tərcümə xidmətləri ilə bağlı xərclərin ödənilməsi (təşkilatların təqdim etdiyi hesaba görə saat hesabı ilə - 1 gün ərzində 8 saata qədər)
|
1 saatı - 20 manata qədər
|
4. Dəftərxana xərcləri
|
4.1.
|
Nümayəndə heyətinin rəhbəri olan nazirlər və onlara bərabər tutulan şəxslərə, parlament üzvlərinə (1 nəfər üçün)
|
20 manata qədər
|
4.2.
|
Nümayəndə heyətinin üzvləri, tərcüməçilər və müşayiət edən şəxslər (1 nəfər üçün)
|
10 manata qədər
|
5. Azərbaycan Respublikasının tarixini və mədəniyyətini təcəssüm etdirən
xatirə hədiyyələrinin alınması xərcləri
|
5.1.
|
Nümayəndə heyətinin rəhbəri üçün
|
100 manata qədər
|
5.2.
|
Nümayəndə heyətinin üzvü üçün
|
30 manata qədər
|
Qeydlər:
1. Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı Azərbaycan Respublikası tərəfindən tədbirdə iştirak edən şəxslər üçün bu normalar (1-ci, 3-cü və 5-ci bəndlər istisna olmaqla) tətbiq edilir.
2. Xarici ölkələrin nümayəndə heyətlərinin qəbulu ilə əlaqədar nahar, şam yeməyi, habelə ziyafət verilməsi zamanı Azərbaycan Respublikası tərəfindən iştirakçıların sayı xarici nümayəndə heyəti üzvlərinin sayından çox olmamalıdır.
3. Mehmanxanalarda kateqoriyalar üzrə nömrələrin kirayə xərcləri xarici nümayəndə heyətlərinin və ayrı-ayrı rəsmi şəxslərin qəbul edildiyi şəhərin mehmanxanalarında qüvvədə olan tariflərə uyğun olaraq müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.
Xarici ölkələrdən gələn qonaq yüksək vəzifəli şəxs (qorunan şəxs) olduqda, qonağın yaşadığı mehmanxanada mühafizə məqsədi ilə Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən təhkim olunmuş əməkdaşlar üçün otaqların kirayə haqqı təqdim edilən hesab əsasında ödənilir.
4. Nümayəndə heyətini və ayrı-ayrı rəsmi şəxsləri qəbul edən təşkilatın tələbnaməsinə əsasən mehmanxanalarda yerlər bronlaşdırıla bilər.
5. Xarici ölkələrin nümayəndə heyəti üzvlərinin sayı 5 nəfərdən çox olduqda, nümayəndə heyətinə xidmət göstərən tərcüməçilərin və müşayiət edən şəxslərin sayı hər 5 nəfərdən az olmayan nümayəndə heyəti üçün 1 nəfər tərcüməçi və ya müşayiət edən şəxs hesabı ilə müəyyən edilə bilər.
6. Xarici ölkələrin nümayəndə heyətlərinə və ayrı-ayrı rəsmi şəxslərə avtomobil nəqliyyatı xidməti xərcləri nəqliyyat müəssisələri ilə bağlanmış müqavilədə göstərilmiş tariflər əsasında saathesabı ilə smetada aşağıdakı qaydada nəzərdə tutula bilər:
bu Qaydaların əlavəsində göstərilən xərc normalarının 1-ci bəndinin 1.1-ci yarımbəndində göstərilən şəxslər üçün banı «Sedan» tipli minik avtomobili ilə 1 gündə 12 saata qədər (tədbir keçirilən müddətdə respublikanın regionlarına səfər etmək zərurəti yarandıqda, habelə ölkənin beynəlxalq hava limanlarında uçuşların vaxt qrafikini nəzərə alaraq, daha artıq müddətə);
nümayəndə heyətinin üzvlərinin sayı 10 nəfərə qədər olduqda, nümayəndə heyətinin hər 3 üzvünə banı «Sedan» tipli 1 ədəd minik avtomobili ilə 1 gündə 10 saata qədər;
nümayəndə heyətinin üzvlərinin sayı 10 nəfərdən çox olduqda, üzvlərin sayından asılı olaraq müvafiq tipli avtobusla 1 gündə 10 saata qədər.
___________________
Dostları ilə paylaş: |