Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası


NARKOMANİYA ADLI KABUSA QARŞI MÜBARİZƏ APARAQ



Yüklə 311,07 Kb.
səhifə5/10
tarix07.01.2022
ölçüsü311,07 Kb.
#84275
1   2   3   4   5   6   7   8   9   10
NARKOMANİYA ADLI KABUSA QARŞI MÜBARİZƏ APARAQ


Narkotiklə mübarizə dedikdə, narkomanlarla mübarizə nəzərdə tutulur. Beynəlxalq təşkilatların qəbul və təsdiq etdiyi prinsiplər narkotikə qarşı mübarizə zamanı diqqətli olmağı tövsiyyə edir. Bu, narkotik istifadəçilərinə qarşı müharibə kimi qəbul olunmamalıdır. Çünki narkotikdən əziyyət çəkən insanlara qarşı mübarizə aparmaq adətən onları daha da sıxışdırmaqla problemin getdikcə artması ilə nəticələnir. Mütəxəssislərin fikrincə, bu insanları cəmiyyət arasına gətirmək, onların reabilitasiyasına çalışmaq və narkotik asılılıqlarını bir xəstəlik kimi qəbul etmək, onları təqib etməmək (cinayət təqibi) və.s. lazımdır. Bütün bunlar Avropa ölkələrində tətbiq olunur və çox müsbət nəticələr verir. Narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir.

Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. SSRİ dövründə yaşadığımız 70 il ərzində ölkəmiz narkomaniya problemi ilə məşğul olmaq, ona qarşı mübarizə aparmaq əvəzinə daha çox bu problemi gizlətməyə, narkotizmin cəmiyyətdə mövcudluğunu inkar etməyə çalışmış və nəticə etibarı ilə asılılıq kimi müalicəsi çox çətin başa gələn dəhşətli xəstəliyin yayılmasına səbəb olub. Narkotiklərlə bağlı cinayətlər haqqında rəsmi statistik məlumatlar ictimaiyyət və kütləvi informasiya vasitələrindən qapalı saxlanılıb.

Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir. Belə bir fikir var ki, “insanların çoxunun dəyərini bilmədiyi iki şey var - sağlamlıqları və zamanları”. Bu gün buna laqeyd yanaşanların isə əksəriyyəti gənclərdir. Zamanlarının və sağlamlıqlarının qeydinə qalmayıb narkomaniya kimi pis vərdişlərin qurbanına çevrilirlər. Sonra isə ondan yaxa qurtarmağa can atırlar. Təcrübə göstərir ki, müasir tibbi preparatların köməyi ilə bu xəstəlikdən asanlıqla qurtulmaq mümkündür. Lakin məsələ burasındadır ki, narkomaniya yalnız fiziki deyil, həm də psixoloji asılılıqdır. Narkotik vasitələr insanın iradəsini məhv etdiyindən, heç də hamı bu asılılıqdan canını qurtara bilmir. Bu mübarizənin aparılmasında, gənclərimizin bu mövzuda maarifləndirilməsində, bu bəlaya qarşı təbliğatın gücləndirilməsində mədəniyyət müəssisələrinin də rolu böyükdür.

Narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkotizmin Azərbaycanda vəziyyəti və narkotik vəsitələrin ümumi çəkisi rəsmi qaydada aşkar edilmiş bu qəbildən olan cinayətlərdən və müsadirə edilmiş narkotiklərdən savayı, təqribi hesablamalara əsaslanır. Bu rəqəmlərin dolğun olması üçün ölkədə əvvəlcə narkomanların düzgün qeydiyyatına nail olunmalı, daha sonra isə real əməliyyat şəraitinə uyğun işlər həyata keçirilməlidir.

Qonşu Rusiyada narkotik istifadə etdiyinə görə insanları məsuliyyətə cəlb etmək yoxdur. Onlara iki yol təklif olunur: ya cəzaçəkmə müəssisəsində məcburi müalicə olunmaq, ya da azadlıqda özünün könüllü müalicəsi. Bu yollardan biri mütləq seçilməlidir. Amma bunu Azərbaycanda tətbiq etmək qeyri-mümkündür. Çünki ölkəmizdə reabilitasiya mərkəzi və proqramları yoxdur. Ekspertlərin fikrincə, Azərbaycanda reabilitasiya proqramları olmadıqca narkomaniya ilə mübarizə effektiv formada aparılmayacaq. Biz gəncləri bu bəladan qorumalı, qoruya bilmədiklərimizi isə xəstə kimi qəbul etməməliyik. Bu şəxslərə cəza tətbiq etməklə onları cəmiyyətdən təcrid etmək olmaz. Psixoloqların fikrincə, araşdırmalar zamanı bəlli olur ki, bu şəxslər dispanserə adətən o zaman müraciət edir ki, onların ailəsi və yaxın adamları buna məcbur edirlər. Və ya narkomanların pulu qurtarır, ağrılara dözə bilmir və xəstəxanaya müraciət edir. Deməli, o xəstəxanadan çıxdıqdan sonra da bu zərərli maddədən yenə istifadə edəcək.
Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev bu növ cinayəti cəmiyyətin “sosial bəlası” adlandırmışdır.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu, siyasi, iqtisadi, sosial və başqa sahələrdə gedən inkişaf və aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixitrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” na uyğun olaraq ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən hüquqi baza yaradılmış, təkmilləşdirilmiş, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Bu mübarizənin aparılmasında, gənclərimizin bu mövzuda maarifləndirilməsində, bu bəlaya qarşı təbliğatın gücləndirilməsində mədəniyyət müəssisələrinin də rolu böyükdür

Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının, hüquq mühafizə orqanlarının daim diqqət mərkəzindədir. Bu gün narkomanlığa qarşı mübarizədə səmərəliliyə nail olmaq üçün aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə yaradılmış Dövlət Komissiyası və ölkə Prezidentinin 2007-ci il 28 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş, 2007-2012-ci illəri əhatə edən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə qarşı, narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin təşkilinə xüsusi təkan vermişdir. Eləcə də cənab Prezident İlham Əliyevin 2005-ci il 28 iyun tarixli Fərmanı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir.

Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını daim diqqət mərkəzində saxlayan Dövlət Komissiyasının İşçi Qrupu narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən aidiyyəti qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm vermiş, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilmiş, həmçinin maarifləndirmə işinin əhatəsi  genişləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq- mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulub.


Yüklə 311,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin