Aytən Canalıqızı
Canalı Mirzəyev “Əxlaqın vəbası”
Məlumdur ki, yaşadığımız bugünkü həyat əlli il bundan əvvəlki həyat deyildir. İndi kosmik aparatlar, kompüterlər, İnternet, televiziya texnologiyaları bizə imkan verirki, keçmişimizə nəzər salaq, gələcəyə səyahət edək. İndi daha mürəkkəb və çoxşaxəli mexanizmlər yaradılmışdır. Başqa sahələrdə olduğu kimi , səhiyyədə də ciddi yeniliklər baş vermişdir, əvvəllər müalicəsi mümkün olmayan xəstəliklərin müalicə üsulları tapılmışdır. Ancaq həyat xeyirlə şərin, zəhərlə balın qarışığıdır. Arzuolunmaz sayılan narkomanlar, narkotiklər və narkobiznes bu gün hamını narahat etməlidir. Oxuculara təqdim olunan bu kitab narkotik maddələrə, narkomaniyaya, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı nifrət hissini daha da artırır və sağlam həyata mane olan “Əxlaqın vəbası”na qarşı kəskin mübarizə aparmağa səsləyir.
Yeniyetməlik dövrü şəxsiyyətin formalaşdığı illərdir. Hər şeyi tanımağa başlayan,dərk etməyə çalışan,bəzən hissinin əsiri, bəzən məntiqinin hakimi, bəzəndə düşüncəsinin məhkumu olan yeniyetmə diqqət və qayğıya, istiqamətləndirilməyə, başa düşülməyə möhtacdır və bu faktorlar onun formalaşmasında mühüm rol oynayır. Məhz bu zaman ona əl uzadan, yiyə duran olsa və bu əl xeyirxahdırsa, o, bütün insani keyfiyyətlərə malik ağıllı, savadlı gənc kimi yetişər! Xalqına, ölkəsinə faydalı vətəndaş kimi müstəqil həyata atılar. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab eyni zamanda gənclərə də elm, bəsirət, və milli duyğu və düşüncəni təmsil edən bir qəhrəman kimi yetişməkdə yardımçı ola bilər.
Sağlamlığın qorunması üçün müasir zamanda sağlam həyat tərzi normalarının həyata keçirilməsidir. Sağlam həyat tərzi dedikdə mümkün qədər fiziki fəallıq, orqanizmin möhkəmləndirilməsi, səmərəli qidalanma, normal yuxu, sinir sisteminin həddən artıq gərginlikdən qorunması, zərərli vərdişlərdən (alkaqola meyl, papirosçəkmə, narkomaniya) özünü saxlama qaydalarına riayət etməkdir). Kitabda qeyd olunan problemlərin aktuallığı və yüksək elmi-praktiki səviyyədə yazılması səhiyyə sistemindən başqa eyni zamanda geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Şifahi təbliğat formalarının ən geniş yayılmış növlərindən biri də mühazirələrdir.
Mühazirələr-prоblеmin dərindən və hərtərəfli izah edilməsi, təbliği mеtоdudur. Mühazirə müxtəlif aktual mövzulara həsr еdilməlidir. Mühazirənin mövzusunu sеçərkən hazırki dövrdə izah еdilməsi zəruri оlan əsas vəzifə və məsələlərdən çıхış еtməli, kimlər üçün təşkil еdilməsi mütləq nəzərə alınmalıdır. Mühazirəçi ilə mühazirənin adını müəyyənləşdirmək, aydın və ifadəli ad tapmaq üçün məsləhətləşmək lazımdır. Mühazirəçi bəzi məsələləri, mühazirənin əsas planını, mövzu üzrə ədəbiyyat mənbələrini müəyyən еdir. Bunların hamısı dəvətnamədə, еlanda yazılır. Hansı хəritə, diafilm, kinоfilm və başqa əyani vasitələr, illüstrasiya matеriallarını hazırlamaq barədə də mühazirəçi ilə məsləhətləşmək zəruridir. Mühazirələri məqsədəmüvafiq şəkildə tərtib olunmuş salonda keçirmək lazımdır. Bir sözlə salonda mühazirənin canlı keçirilməsi üçün dinləyiciləri səfərbərliyə alan atmosfer yaradılmalıdır.
Yeniyetmələr arasında narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirmə işləri aparmaq üçün öz yaşıdlarının onlarla söhbəti daha da təsirli olar. Həmçinin gənc oxucularımızın ideya və maraqlarını öyrənmək məqsədilə dəyirmi masanın keçirilməsi də məqsədə uyğundur. Gənclərin həyatının yaxşılaşdırılmasında mühüm rolu olan gənclər təşkilatlarının nümayəndələri tədbirə dəvət olunur. Tədbir zamanı gənclər və təşkilat nümayəndələri məruzə edirlər. Gənclərimizin öz ideyaları, gələcək planları barədə çıxışları dinlənilir. Hər bir gənci narahat edən problemlər dinlənildikdən sonra əlaqədar təşkilat üzvləri tərəfindən onların suallarına açıqlıq gətirilir.
Dəyirmi-masa kitabxanada rayonların mədəniyyət şöbələrindən, müxtəlif təşkilatlardan dəvət edilmiş qonaqların iştirakı ilə Dəyirmi- masalar keçirmək olar. Bu cür tədbirlərdə Azərbaycan xalqının mədəniyyəti, incəsənəti, folkloru, unudulmuş milli adət-ənənələrimizin təbliği, ailə və cəmiyyət münasibətləri, Vətən, torpaq sevgisi, dilimizin şirinliyi və s. bu kimi mövzular müzakirə oluna bilər. Eyni zamanda kitabxana işi sahəsində kitabxanaçıları ən çox narahat edən məsələlərlə, problemlərlə bağlı mütəxəssislərin iştirakı ilə Dəyirmi - masalar təşkil edilir. Gənclərimizin intellektual səviyyələrinin yüksəldilməsi, onların dünyagörüşünün artırılması əsas məsələlərdən biridir.Əgər onların intelektual səviyyəsi yüksək olarsa, pis vərdişlərdən kənar gəzərlər. Gənc oxucularımızın ideya və maraqlarını öyrənmək məqsədilə dəyirmi masanın keçirilməsi məqsədə uyğundur. Gənclərin həyatının yaxşılaşdırılmasında mühüm rolu olan gənclər təşkilatlarının nümayəndələri tədbirə dəvət olunur. Tədbir zamanı gənclər və təşkilat nümayəndələri məruzə edirlər. Gənclərimizin öz ideyaları, gələcək planları barədə çıxışları dinlənilir. Hər bir gənci narahat edən problemlər dinlənildikdən sonra əlaqədar təşkilat üzvləri tərəfindən onların suallarına açıqlıq gətirilir.
Şifahi təbliğatın təsirli fоrmalarından biri də “Sual-cavab gеcələri”dir. Müəyyən aktual mövzulara dair məsələləri izah еtməkdə sual-cavab gеcələrinin rоlu əvəzsizdir.
“Sual-cavab gecə”si bir növ disput xarakteri daşıyır. Tədbirin maraqlı və təsirli keçməsi üçün onun təşkilinə xüsusi hazırlıq tələb olunur. Bu hazırlıq təxminən bir ay vaxt tələb edir. Bu vaxt ərzində birinci növbədə oxucuların nəzər diqqətini cəlb edən elan asılmalıdır. Bu vaxt ərzində birinci növbədə oxucuların nəzər diqqətini cəlb edən elan asılmalıdır. Elanda mövzu göstərilməklə bərabər, mövzunun tərkib hissəsini təşkil edən və iştirakçıların konkret mübahisə obyekti ola bilən mövzular sadalanmalıdır. Tədbirə hazırlıq dövründə oxucular arasında fərdi iş aparılır və fikir mübadiləsində bilavasitə iştirak etmək istəyən oxuculara həm məqsədəmüvafiq məsləhətlər verilir, həmdə onlar lazimi ədəbiyyatla təmin olunurlar.
Kitabxanalarda keçirilən “sual-cavab gecəsi” və disputları aparmaq üçün lazimi intellektual imkana malik olan, təcrübəli oxucu seçilməlidir. Fəal iştirak edəcək oxucuları istiqamətləndirməklə bərabər, həm də tədbirin mövzusu üzrə məruzənin məqsədyönlü və müvəffəqiyyətli hazırlanmasına nail olmaq lazımdır. Bunun üçün mövzu üzrə mütəxəssis şəxs müəyyənləşdirilməli və o, lazimi ədəbiyyatla təmin olumalıdır.
Bir cəhəti də qeyd edək ki, disput üçün hazırlanan məruzənin məzmunu, burada məsələlərin izahı başqa tədbirlər üçün hazırlanan məruzələrdən əsaslı şəkildə fərqlənir. Beləki, burada mövzuda qoyulan problemlərə aid ziddiyyətli fikirlərə, məsələyə müxtəlif cür yanaşan şəxsiyyətlərin mövqelərinə geniş yer verilməlidir ki, çıxış edəcək şəxslərin mübahisə aparmalarına zəmin yaransın. Çünki, məruzədə hər şey vahid fikir kimi hökm şəklində qoyulsa, onda məruzə ətrafınada mübahisəli fikir söyləməyə lüzüm qalmaz və çoxları da buna cəsarət etməz.
Qoyulan sualların əhatəli şəkildə işıqlandırılmasını təmin etmək üçün müxtəlif sahələr üzrə mütəxəssislər cəlb olunmalıdır.
Sualların qabaqcadan tоplanması, tədbir zamanı yеni sualların da оrtaya çıхmasını istisna еtmir. Hazırlıq prosesi bitdikdən sonra sual-cavab gеcəsinin keçiriləcəyi yеr və vaхt göstərilən еlan hazırlanır. Sual-cavab gеcəsi оna yеkun vurulması ilə bitir. Cavabların gеcədə iştirak еdənləri nə dərəcədə qanе еtdiyini, gələn sual-cavab gеcəsini hansı mövzuya həsr еtmək lazım gəldiyini öyrənməklə tədbiri yekunlaşdırmaq olar.
Vеrilən suallara daha məzmunlu cavab vеrmək üçün sual-cavab gеcələrində əyani, illüstrasiya matеriallarından istifadə еtmək, bu məsələlərin gеniş izahı vеrilmiş ədəbiyyatı dinləyicilərə tövsiyə еtmək çох faydalıdır. “Sağlam gənclik, sağlam həyat, sağlam nəsil deməkdir” mövzusunda sual-cavab gecəsinin keçirilməsi məqsədilə aşağıdakı sualların ətrafında diskussya xarakterli tədiririn təşkili məqsədəuyğun olardı.
1. Narkomaniya və narkobiznes nədir?
2. İnsanın yoxsa cəmiyyətin xəstəliyi?
3. Həkimlərə müraciət yoxsa, başqa həkimlər də var, ədəbiyyat, incəsənət,gözəllik bu mövhumları necə başa düşürsünüz?
4. Narkomaniya ilə bağlı oxuduğunuz bədii əsərlər, baxdığınız kinofilmlər sizdə hansı hissləri yaradıb?
5. Gənclərə münasibət necə qurulmalıdır?
6. Gənclərin işsiz qalmasının səbəbləri hansı faktorlardır və bunların həlli yolları?
7. Şəxsiyyətin formalaşmasında psixoloji amillər?
8. Respublikamızda gənclərin və yeniyetmələrin asudə vaxtlarının təşkili necə və hansı formalarda görmək istərdiniz?
9. Sağlam həyat tərzi normaları dedikdə nə başa düşülür?
10. Gəncləri pis vərdişlərə sövq edən hansı amillərdir?
11. Pis vərdişlər--- həddən artıq sərbəstlik yoxsa məsuliyyətsizlik?
12. Azərbaycan gənclərini necə görmək istərdiniz?
13. Narkomaniyaya qarşı mübarizədə ailə və məktəbin vəhdəti dedikdə nə başa düşürsünüz?
14. Siz gələcəyinizi və gələcək cəmiyyəti necə görmək istərdiniz?
Yaxşı olardıki, tədbir keçiriləcək yerdə, iştirakçılar üçün əl yetərli yerdə mövzuya uyğun olaraq stend və sərgilər təşkil olunaydı. Kütləvi təbliğat üsulları içərisində stend və sərgilər daha çox kütləvi xarakter daşıyır. Bu onunla izah olunur ki, əyani təbliğatın bu formalarında kitabxana-biblioqrafiya fəaliyyətinin bütün iş növlərində istifadə olunur. Çap və elektron nəşrlərin nümayiş etdirilməsi əsasən tövsiyə xarakteri daşıyır. Bu təbliğat forması eyni zamanda hər cür məlumat və tövsiyə vasitələrinə nisbətən daha operativdir. Çünki istifadəçilər burada hər hansı mövzunun ideya dəyərini izah edən mətnlərlə, faktlar və rəqəmlərlə tanış ola bilirlər. Stenddə çap və elektron nəşrlərlə bərabər müdrik insanların və görkəmli şəxsiyyətlərin narkotik haqqında və insan şəxsiyyətinin formalaşması haqqında kəlamlardan da istifadə olunaydı. Məsələn, aşağıdakı kəlamları nümunə kimi veririk;
Dostları ilə paylaş: |