Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası


Narkomaniya və narkobiznesə qarşı mübarizədə kitabxanaların qarşısında duran vəzifələr



Yüklə 311,07 Kb.
səhifə6/10
tarix07.01.2022
ölçüsü311,07 Kb.
#84275
1   2   3   4   5   6   7   8   9   10
Narkomaniya və narkobiznesə qarşı mübarizədə kitabxanaların qarşısında duran vəzifələr
Yeniyetmə və gənclərinin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur. Bəzən həyətdə, küçədə, məktəbdə, işdə hətta bir narkomanın olması ətrafdakılara fəlakətli təsir göstərir. Çox vaxt narkotik qəbul etmək təklifi alan gəncin bu vasitələrin təhlükəliliyi haqqında informasiyaya malik olmaması, onun tərəfindən bu qorxunc və olduqca təhlükəli bəlanın başa düşülməməsi və təhlükəsinin lazımi dərəcədə qiymətləndirilməməsi şəraitində baş verir və bu dəhşətli vasitəyə ömürlük asılılıq yaranır.

Yeniyetmə və gənclərin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin, mədəni-maarif müəssisələrinin üzərinə düşür.

Bu sahədə kitabxanaların rolunu da xüsusilə qeyd etmək lazımdır. Kitabxanaların narkomaniyaya qarşı apardığı təbliğat çox güclü vasitədir. Kitabxanalarda narkomaniya, narkobiznes və ona qarşı mübarizə mövzusunda tədbirlərin həyata keçirilməsi zamanı kütləvi işin iki - əyani, şifahi təbliğat formalarından, eyni zamanda KİV köməyindən istifadə etmək məqsədəuyğundur.

Narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda yeniyetmə və gənc oxucular arasında mühazirələrin, söhbətlərin , “dəyirmi masa”ların və sual-cavab gecələrinin keçirilməsi vacibdir. Bu zaman mövzunun adı elə seçilməlidir ki, dinləyicilərdə maraq oyatsın. Məsələn, “Özünü qoru!”, “Gənclər və sağlam həyat tərzi”, “Sağlam gənclik, sağlam həyat, sağlam nəsil deməkdir “, “Gəlin, gələcəyimizi qoruyaq!”, “Narkomaniyanın genofondumuza gətirdiyi fəsadlar”, “ Gənclər sağlam həyat tərzi seçir” və s. Yaxşı olardı ki, kitabxananın saytında ilk növbədə bu “Ağ ölüm” haqqında ətraflı məlumat çatdırmaq məqsədilə müxtəlif məlumat bazaları, video çarxlar, elektron nəşrlər, fotolar yerləşdirilsin. Bununla bərabər kitabxananın saytında keçiriləcək hər bir tədbir haqqında ətraflı məlumat verilməli, keçirilmə tarixi, saatı, yeri göstərilməli, tədbirin adı, məqsədi, iştirakçıların, dəvət olunacaq qonaqların adları açıqlanmalı, istifadə ediləcək ədəbiyyatların siyahısı öz əksini tapmalıdır.  

Məktəblilər və yeniyetmələr arasında cinayətkarlığın, mənfi meyilli amillərin qarşısını almaq məqsədilə ümumtəhsil məktəblərində təşkil olunan tədbirlərdə, dəyirmi masalarda narkomaniyanın bəşəriyyət üçün böyük faciə olduğunu özündə əks etdirən mövzular ətrafında fikir mübadiləsi, orta məktəblərdə inşa yazı və rəsm müsabiqələri təşkil olunmalı, gənclərin bu təhlükəli cinayətlə bağlı fikir və mülahizələri öyrənilməlidir. Keçirilən tədbirlər üçün seçilən mövzular da olduqca önəmlidir. Çağırış xarakterli mövzular narkomaniyanın bir bəla olduğunu gənclərə daha əsaslı şəkildə çatdırmağa stimul verir.

Ən əsası bu tədbirlər kütləvi informasiya vasitələrində işıqlandırılmaqla əhəmiyyətini daha da artırmış olur. Hər bir tədbirdə adları çəkilən qurumların təmsilçilərinin iştirakı, üzərilərinə düşən vəzifələrdən geniş bəhs etmələri və konkret nəticələri ortaya qoymaları növbəti tədbirlərin istiqamətini və əhatə dairəsini daha da genişləndirməyi bir növ tələbə çevirir. “Narkomaniya və müasir gənclik”, “Narkomaniya cəmiyyətin qəddar düşmənidir”, “Narkomaniyaya qarşı hamılıqla mübarizə”, “Narkomaniya nədir?”, “Zərərli vərdişlərə yox deyirik”, “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat” devizi altında təşkil olunan tədbirlər maarifləndirmə işinin yüksək səviyyədə qurulmasına öz müsbət təsirini göstərir.

Məktəblilər arasında bu mövzularda keçirilən inşa müsabiqələrində qaliblərin mükafatlandırılması da maarifləndirmə işinin öz müsbət təsirini göstərir.

Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması, eyni zamanda ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemin həllinə cəlb olunması məqsədilə şəhərin, rayonun idarə, müəssisə və təşkilatlarında “Bəşəriyyətin təhlükə mənbəyi narkomaniya”, “Antinarkotizm”, “Narkomaniya nədir”, “Narkomanın aqibəti”, ”Narkomanlıqla mübarizə hər birimizin vətəndaşlıq borcudur”, “Özünü qoru”, “Narkomaniya ilə mübarizə cəmiyyətin xilası deməkdir” ,”Kabuslara qarşı”,”Narkomaniyaya yox deyək”, “Azərbaycan gəncləri narkotiklər əleyhinə”, “Gənclər sağlam həyat tərzi seçir”, “Narkomanlığa və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir”, “Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminə” mövzularında konfranslar, rəsm, inşa yazı müsabiqələri, “dəyirmi masa”lar, seminarlar, və turnelər keçirilməlidir.

Bildiyimiz kimi kitabxanada oxucu konfraslarının, kitab təqdimatlarının, icmalların, sual-cavab gecələrinin keçirilməsi kitabxanaçıdan dərin bilik və peşəkarlıq tələb edir.

Kitabхanaçı охucu kоnfransının keçirildiyi mühit və şəraiti, çıxış edənləri, qonaqların fəaliyyətini və görüləcək işləri qabaqcadan nəzərə almalıdır. Konfransın mövzusu mənəvi tərbiyənin maraqlı və aktual sahələrini əhatə etməlidir. Konfransın gedişində mənəvi tərbiyə məsələlərini əks etdirən ayrı-ayrı əsərlərə istinad edilməli, maraqlı fakt və materiallardan nümunələr gətirilməlidir. Kitabxanaçı konfransın keçirilməsi üçün qabaqcadan ayrıca plan tərtib еtməlidir. О, planda kеçiriləcək tədbirin adını, giriş sözü və еləcə də çıхış еdəcək başqa şəхslərin adlarını göstərməlidir. Konfransın mövzusundan asılı olaraq mühazirə və söhbət, sərgi, tövsiyə siyahıları, kitabxana plakatları, bülletenlər və ya divar qəzetləri, bədii və sənədli filmlərin nümayişi, konfransın mövzusu üzrə ekskursiya və başqa tədbirlər də nəzərdə tutula bilər.

Tədbirdən əvvəl elan hazırlanmalı, dəvətnamələr yazılmalıdır. Kitabxanaçı oxucularla fərdi iş prosesində konfransda çıxış etmək istəyənləri müəyyənləşdirməli, kimin hansı məsələ ətrafında çıxış edəcəyini öyrənməli, onlara lazımi məsləhətlər verməlidir. Bütün bunlarla yanaşı tədbirin harada və nə vaхt keçiriləcəyi də qеyd еdilməlidir. Kitabxanaçı ilk növbədə aktual mövzuları, günün tələblərindən irəli gələn məsələləri nəzərdən qaçırmamalıdır. Kоnfransın mövzusu üzrə fоndda оlan kitabların bir nеçəsini sеçib ayırmalı və məruzəçiyə hazırlaşmaq üçün həmin kitabları tövsiyə еtməlidir. Kitabхanaçı kоnfransda çıxış еdəcək hər bir oxucunu kitabla təmin еtməli və onların çıхışa hazır оlub-оlmadığını müəyyənləşdirməlidir. Yalnız bundan sоnra kоnfransı keçirmək üçün vaхtı təyin еdib еlan yazmaq оlar. Konfrans - onun məqsədi və keçirilmə qaydası haqqında giriş sözündən, mövzu ətrafında kiçik məruzədən, oxucuların çıxışından və rəhbərin son sözündən ibarətdir.

Konfransın müvəffəqiyyəti bir çox cəhətdən onun rəhbərindən, yəni mövzunu dərindən bilməsindən, giriş sözünu məharətlə qurmasından, tədbirin əhəmiyyətini müəyyən etməsindən, müzakirə edilən problemə həvəs oyatmasından, ən mühüm məsələlərin qoyulmasını təşkil etməsindən asılıdır. Son sözdə konfransın rəhbəri müzakirəyə yekun vurur. Kоnfransın maraqlı keçirilməsi üçün ziyalıları işə cəlb еtmək çox vacibdir.

Əlbəttə, kitabхanaçı təşkil еtdiyi hər bir tədbirdə özu də çıхış еtməlidir. О, tədbirin mövzusu üzrə kitabxana tərəfindən həyata keçirilmiş məsələlərdən danışmalıdır. Охucu kоnfransının gеdişatı haqqında prоtоkоl yazılmalıdır ki, bu da bülleten buraxmaq üçün materialdan istifadə etməyə, kitabxana plakatı hazırlamağa, müəllifi oxucuların qeydləri ilə tanış etməyə imkan yaradır. Həmin prоtоkоl və çıхışının mətni kitabхanada saхlanılmalıdır.

Narkomaniya və narkotiklərə qarşı mübarizə mövzusunda oxucu konfransının keçirilməsi geniş auditoriya üçün nəzərdə tutulduğu üçün kitabxanaçı keçiriləcək tədbirin yerini elə seçməlidir ki, bu zaman daha çox oxucunun cəlb olunması üçün seçilmiş məkanın münasibliyi mütləq nəzərə alınmalıdır. Hazırlıqlara bir və ya ay yarım qabaqcadan başlanmalıdır. Tədbirin adı, dəvət olunacaq qonaqlar və iştirakçıların sayı dəqiqləşdirilməli və siyahı tutulmalıdır.

Tədbirin keçirilməsi ilə bağlı elanlar kitabxananın girişində, foyedə, əhalinin asudə vaxtının keçirdiyi məkanlarda yerləşdirilə bilər. Tədbirə dəvət olunacaq qonaqların dəvətnamələri vaxtında ünvanına çatdırılmalı və eyni zamanda yaxşı olardı ki, kitabxananın saytındada bununla bağlı məlumatlar daxil edilsin. Kitabxanaçı tədbrin giriş hissəsində çıxışına mövzu ilə bağlı maraqlı faktları, sitatları, görkəmli şəxsiyyətlərin kəlamlarından istifadə etməyi unutmamalıdır.

Tədbirin daha da maraqlı və canlı keçirilməsi üçün şəhər və rayonlarda mədəniyyət, təhsil və səhiyyə şöbələrinin gənclər və yeniyetmələrlə işləyən mütəxəsisləri, Gənclər və idman təşkilatları, hüquq–mühafizə orqanlarının narkomaniya və narkotiklərə qarşı mübarizə aparan şöbənin əməkdaşlarının dəvət olunması təqdirə layiq olardı. Tədbirdə maarifləndirici qısametrajlı filmlərin numayiş etdirilməsi və bu filimlərdə narkotik aludəçisinin həyatının son aqibətini əks etdirilməsi və narkomaniyanın cəmiyyətə və ailəyə gətirdiyi bədbəxtliklər haqqında məlumat xarakterli bukletlərin tərtib olunub tədbir iştirakçılarına paylansın.

Kitab icmalı keçirərkən hər kitaba geniş yer ayrılmalıdır. Biblioqrafik icmalın başlıca məqsədi ən yaxşı kitabları kütləviləşdirmək,oxunmasını tövsiyə etmək, oxucuların mütaliəsini məqsədyönlü şəkildə istiqamətləndirməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, narkomaniyaya qarşı mübarizəyə dair ədəbiyyatın mövzusu oxucuların yaş, bilik səviyyəsi, dünyagörüşünə bu və ya digər kitabın məzmununu müstəqil surətdə başa düşmək, onu təhlil etmək və müəyyən əməli nəticələr çıxara bilmək bacarıqlarına uyğun olmalıdır. Məhz buna görə də oxucular üçün keçirilən kitab müzakirələri və oxucu konfranslarının daha canlı və maraqlı olmasına çalışmaq lazımdır. Narkomaniyaya qarşı mübarizə mövzusunda kitab icmalı keçirərkən ilk növbədə mövzu ilə bağlı son dövrdə nəşr olunmuş müxtəlif tipli kitablar seçilməli, onların sərgisi təşkil olunmalıdır Oxucular üçün qeyd etdiyimiz mövzulardan bəhs edən ədəbiyyatın müzakirəsini, onların mütaliə marağını artırmaq və oxuduqlarını dərindən başa düşmələrini təmin etmək üçün kitabxanaçılara müsahibə, sual-cavab, viktorina tədbirlərindən istifadə etmələri məsləhət görülür.Düzgün tərbiyə, yaşlıların yaxşı nümunəsi yeniyetməni güclü, mənəvi cəhətdən möhkəm, xeyirxah edir.

Tərbiyəsizlik, yaxud pis tərbiyə yetkinlik yaşına çatmayanlarda mənfi hislərin yaranmasına səbəb olar. Yetkinlik yaşına çatmayanların və gənclərimizin narkomanlığın faciəli girdabına yuvarlanmaması üçün hər zaman və hər yerdə - evdə, ailədə, məktəbdə, işdə təbliğat və maariflənmə yolu ilə kiçikdən-böyüyə qədər hamını başa salmalıyıq ki, narkotik vasitələrdən uzaq olsunlar. Bu zəhərin dadına heç baxmasınlar, toxunmasınlar, əllərinə belə almasınıar. Çünki narkotiklər ölümdür, varlığın qənimi, həyatın sonudur. Məsələn, “Narkomaniya ilə mübarizə cəmiyyətin xilası deməkdir” mövzusunda kitab icmalı keçirmək olar.


Tədbirdə İsa Mehdioğlunun son dövrdə nəşr olunmuş “Ailənin sağlamlıq kitabı” adlı kitabının icmalını təşkil etmək olar. İcmalın əvvəlində kitabın müəllif haqqında məlumat, kitabın məzmunu, onun keyfiyyətləri və nöqsanlarından yığcam danışılır, tərbiyəvi əhəmiyyəti qeyd olunur. Ailə dedikdə ilk növbədə cəmiyyətin kiçik bir toplumu yada düşür.

Demək olar ki, cəmiyyətdə olan başqa üstqurumların hamısı ailə üzərində qurulmuşdur. Müəllifin başlıca məqsədi yeni yaradılan ailənin necə olmasını, hər bir ailənin fiziki və mənəvi sağlamlığının mahiyyətini, sağlam ailə xoşbəxtliyini təlqin və təbliğ etməkdir. Bununla belə oxucular fiziki və mənəvi sağlamlığın, eyni zamanda, ictimai sağlamlığın tətbiqi yolları ilə də tanış olurlar.


Yüklə 311,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin