Azərbaycan Respublikası Nazirlər Kabinetinin 997-ci IL may tarixli 38 nömrəli qərarına


Televiziya filmlərinin və digər televiziya əsərlərinin musiqisinə görə



Yüklə 0,82 Mb.
səhifə3/13
tarix04.01.2022
ölçüsü0,82 Mb.
#53654
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   13

2. Televiziya filmlərinin və digər televiziya əsərlərinin musiqisinə görə

müəllif qonorarının minimum miqdarı

2.1. Televiziya filmlərinə və digər televiziya əsərlərinə musiqi yazan bəstəkara orijinal musiqi üçün müəllif qonorarı aşağıdakı məbləğlərdə müəyyənləşdirilir:

(min manatla)

bədii (multiplikasiya) film (səslənmə müddətinin hər dəqiqəsi üçün)

10.0

musiqili bədii film (səslənmə müddətinin hər dəqiqəsi üçün)

8.0

digər filmlər (səslənmə müddətinin hər dəqiqəsi üçün)

7.0

başqa bəstəkarların əsərlərindən istifadə etdikdə (musiqi tərtibatının hər dəqiqəsi üçün)

4.0

2.2. Bəstəkarla musiqinin yazılması üçün müəllif müqaviləsi filmin direktoru tərəfindən quruluşçu rejissorun razılığı ilə sifariş təqdim edildikdən sonra bağlanılır.

2.3. Çoxseriyalı film boyu seriyalarda eyni musiqi kompozisiyası səsləndirilirsə, müəllif müqaviləsi əsasında bəstəkara ancaq bir seriya üçün müəllif qonorarı ödənilir.

Çoxseriyalı filmin seriyalarına yeni orijinal musiqi tərtibatı verilirsə, müəllif müqaviləsi əsasında bəstəkara hər seriyada səsləndirilən musiqinin hər dəqiqəsi üçün ayrıca qonorar ödənilir.

2.4. Bəstəkarla bağlanmış müəllif müqaviləsinin şərtlərinin düzgün tərtib olunmasına görə filmin direktoru məsuliyyət daşıyır.

2.5. Bəstəkarın yaratdığı musiqi əsəri filmin rejissor həllinə uyğun gəlmədikdə və rejissor başqa bir bəstəkara musiqi sifariş verməli olduqda musiqi əsərini hazırlamış bəstəkara ümumi məbləğin 50 faizi qədər qonorar ödənilə bilər.
QEYD. Dövlət müəssisələrində müəllif qonorarlarının ödənilməsində minimum miqdarın 5 (beş) dəfəyə qədər dövlət büdcəsindən ayrılmış vəsait dairəsində artırılmasına icazə verilir.


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin