Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Tibb Kolleci


Aromatik karbohidrogenlərin sənaye mənbələri



Yüklə 291,3 Kb.
səhifə3/4
tarix10.12.2022
ölçüsü291,3 Kb.
#120752
1   2   3   4
Ələsgərova Aytən-1

5.Aromatik karbohidrogenlərin sənaye mənbələri

  1. Aromatik karbohidrogenlərin əsas mənbəyi daş kömür qətranıdır. Aromatik birləşmələrin kömürün kokslşmasından alınmasına baxmayaraq onların əsas mənbəyi neftdir.

  2. Bəzi neftləri (Orta Asiya) birbaşa distillə etməklə aromatik karbohidrogenləri almaq olur. Ancaq, əksər kütlə aromatik birləşmələri yüksək temperatur və katalizatorun iştirakı ilə neft fraksiyalarının aromatikləşməsindən alırlar. Katalizatorların (alüminium molibdat və ya alüminium oksid üzərində platin), yüksək temperaturun (500...700oC) və təzyiqin (10..40atm) təsiri ilə aparılan proses katalitik riforminq adlanır. Bu cür proseslərin nəticəsində alkanların tsiklodehidrogenləşdirilməsi, tsikloalkanların dehidrogenləşməsi və izomerləşməsi reaksiyalaraı gedir. Burada həmçinin toluolda alınır. Benzola olan tələbatı tam ödəmək üçün böyük həcmdə toluolu dealkilləşdirib benzola çevirirlər. Reaksiyanı xrom oksidi, sealitlərin iştirakı ilə və ya termiki yolla aparırlar.

Arenlər suda həll olmurlar. Üzvi həlledicilərdə həll olurlar, izomerlərin sayı sıx olarsa qaynama temperaturu çox olur. Arenlər özləri yaxşı həlledicidirlər. Hisli alovlu yanırlar ( C-çox olduğuna görə). Ərimə və qaynama temperaturu müvafiq C olan alkan, alken və alkinlərdən çoxdur.
T
əbiətdə aromatik ionlar mövcuddur. Hüggel qanununa görə, əgər 2π elektronu sistemə qoşulursa, onda bu aromatik ion hesab olunur.

T
siklopentadienin strukturu:






Kimyəvi reaksiyalar.
Aromatik karbohidrogenlər müxtəlif orqanik karbohidrogenlərlə reaksiyaya girir.
Elektrofil əvəzolunma reaksiyaları (SE)
Redaktə
Bu benzol nüvəsi üçün tipik reaksiyadır. Qeyd etdiyimiz kimi benzol həlqəsinin yerləşdiyi müstəvinin yuxarı və aşağısında altı π-elektronlarından ibarət delokalizə olunmuş sistem vardır. Bu faktiki olaraq lokalizə olunmuş doymamış rabitələrdən möhkəmdir. Onun qırılması üşün daha çox enerji tələb olunur. Bu cür π-elektronlar elektron çatışmazlığı hiss edən hissəciklərin (elektrofil) hücumu üçün daha əlverişlidir. İkiqat rabitənin π-elektronları adətən molekulun iki zərrəciyini özünə birləşdirməyə can atdığı halda, benzolun delokalizə olunmuş π-elektronları daha davamlı olduğundan bu sistemi qırmağa meyilli deyillər. Buna gğrə benzol üçün əsasən elektrofil əvəzolunma reaksiyası xarakterikdir.

Yüklə 291,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin