Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə47/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   ...   43   44   45   46   47   48   49   50   ...   167
16 Təsviri incəsənət-kurikulum

əlaqələndirmə  –  təsviri  incəsənət  və  digər  fənlər  arasındakı  əlaqələri, 
müvafiq mövzuları daha əhatəli dərk etməyə yönəlmiş fəaliyyət.  
 
Fənlərüstü  (transfənn)  inteqrasiya  –  inteqrasiyanın  ən  yüksək  səviyyəsi 
olmaqla  özündə  təlimin  əhatə  etdiyi  əsas  və  əlavə  məzmun  komponentlərinin 
sintezini  ehtiva  edir.  Yəni  bu  inteqrasiya  ilə  şagirdlərin  məktəbdə  öyrəndikləri 
biliklərlə məktəbdən kənar vaxtlarda aldıqları bilik sintez edilir.  
 
İnteqrasiyanın  belə  səviyyəsi,  şəbəkəsi  getdikcə  artmaqda  olan  məktəb-
komplekslərilə  yanaşı,  həm  də  təhsil  paradiqmalarının  dəyişməsi  və  yeni  nəslin 
icmalarda  formalaşdırılması  ideyasını  tələb  edir.  Belə  məktəblərdə  dərs  gününün 
məzmunu şagird üçün vahid təlim prosesi kimi qurulur.  
Təsviri  incəsənət  üzrə  fəndaxili  inteqrasiya  nəticələrin  üfüqi  və  şaquli 
istiqamətlərdə  əlaqələndirilməsini,  şagirdlərin  estetik  dünyagörüşünü,  təsviri  və 
dekorativ  sənətlə  bağlı  həyati  bacarıq  və  qabiliyyətlərinin  formalaşdırılmasını 
nəzərdə tutur, hissi və psixomotor bacarıqların inkişaf etməsinə real imkan yaradır. 
Fənlərarası  inteqrasiyanın  nəzərə  alınması  təsviri  incəsənət  fənninin  V–IX 
siniflərdə  tədris  olunan  digər  fənlərlə  əlaqə  imkanlarını  meydana  çıxarır.  Zəruri 
məzmunun  mənimsənilməsində  rolu  və  əhəmiyyəti  olan  Ana  dili,  Ədəbiyyat, 
İnformatika, Azərbaycan tarixi, Ümumi tarix, Texnologiya, Riyaziyyat, Coğrafiya, 
Həyat  bilgisi,  Fizika,  Biologiya  və  s.  fənlər    üzrə  anlayışların  müəyyənləşməsinə 
şərait  yaradır.  Bununla  yanaşı  vaxta  qənaət  etmək,  şagirdləri  düşünməyə,  axtarış 
aparmağa  və  digər  fənlərlə  əlaqəli  fəaliyyət  göstərməyə  istiqamətləndirmək  baxı-
mından təsviri incəsənət təliminin səmərəliliyini artırır. 
Təsviri  incəsənət  kimi  inteqrativ  fənlərin  tədrisi  yalnız  fəndaxili,  fənlərarası 
və  fənlərüstü  inteqrasiyanı  deyil,  həm  də  təlimin  metod  və  texnologiyalarının 
inteqrasiyasını nəzərdə tutur.  
 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin