Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti



Yüklə 27,33 Kb.
tarix16.11.2018
ölçüsü27,33 Kb.
#82610

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti

Fizika fakültəsi

«Optika və molekulyar fizika» kafedrası

«Fizika müəllimi» -050104 ixtisası bakalavr hazırlığı üzrə

« Kvant elektronikasının əsasları» fənninin proqramı

Müəllif: fizika-riyaziyyat elmlər doktoru , prof. R.C.Qasımova, renajkasumova@gmail.com

Proqram «Optika və molekulyar fizika » kafedrasında bəyənilib.

Kafedra müdiri prof. R.C. Qasımova« » 2016-cı il

Fizika Fakültəsinin Tədris-Metodiki Şürası tərəfindən tövsiyə edilib.

Sədr prof. Ə.Ş.Abdinov « » 2016-cı il

Fizika Fakültəsinin Elmi Şurasında təsdiq olunub.

Elmi katib prof.R.C. Qasımova « » 2016-cı il

Bakı-2016
Fənnin tədrisində məqsəd
«Kvant elektronikasının əsasları» fənninin tələbələrə tədrisində məqsəd onları kvant elektronikasının və lazer texnologiyalarının elmin bu sahəsində inkişafı, müasir problem və üsulları, əsas fiziki prinsipləri barədə biliklərə yiyələndirməkdir.
Fənnin tədris planındakı yeri
«Kvant elektronikasının əsasları» fənni «Fizika müəllim» ixtisası üzrə bakalavr hazırlığının tədris planında peşə hazırlığının seçmə fənləri qrupuna (İPFS-B06) daxildir.
Fənnin tədrisi üsulları: Mühazirə, laboratoriya işləri, fərdi işlər və kollokvumlar
Fənnin məzmunu
Giriş. Kvant elektronikasının yaranma tarixi və inkişafı, onun müasir elektronikada yeri. Elektromaqnit şüalanmasının gücləndirilməsinin yeni prinsipi. İlk kvant generatorları.
Kvant elektronikasının fiziki əsasları. Kvant-mexaniki sistemlərin təsvirinin üsulları. Kvant mexanikasının postulatları. Kvant keçidləri. Kvant hallarının enerji spektri.
Kvant sistemlərinin elektromaqnit sahəsi ilə qarşılıqlı təsiri. Elektromaqnit şüalanmasının güclənməsi və udulması. Özbaşına (spontan) və məcburi şüalanma. Eynşteyn əmsalları və onların fiziki mənası. Energetik səviyyələrin məskunlaşması. Relaksasiya prosesləri.
Spektral xəttin forması. Şüalanmanın spektral xətlərinin eni və forması. Spektral xətlərin genişlənməsinin səbəbləri. Xəttin bircins və qeyri-bircins genişlənməsi. Təbii genişlənmə, toqquşma nəticəsində genişlənmə və Dopler genişlənməsi.
Səviyyələrin məskunlaşmasına görə inversiya yaradılması üsulları.

Üç və dördsəviyyəli sistemlər. Köməkçi şüalanma (doldurma). İnvers məskunlaşmanın yaradılması şərtləri. Mənfi temperatur. Yarımkeçiricilərdə və qazboşalmasında inversiya mexanizmi.



İnvers məskunlaşma yaradılan mühitdə rəqslərin güclənmə prosesi. Optik kvant gücləndiricinin sxemi. Kvant gücləndiricisi. Güclənmə əmsalı. Şüalanmanın monoxromatikləşdirilməsi
Kvant generatorlarının rezonatorları. Müsbət əks əlaqə prinsipi. Rezonatorda dəstənin yaranması. Fəal rezonatorun rəqslərinin növləri, TEMmnq. Rezonatorun keyfiyyətliliyi. Dayanıqlıq şərti. Optik rezonatorların təsnifatı. Fabri-Pero interferometri. Konfokal rezonator.
Kvant sistemində rəqslərin generasiya prosesi. Superlüminessensiya. Optik kvant generatorunda amplitudların və fazaların tarazlıq şərti. Kvant generatorunun çıxış gücü.
Kvant generatorlarının şüalanma spektri. Fəal mühit üçün şüalanmanın spektral xətti və interferometrin rezonans əyrisi. Çıxış şüalanmansıın xassələrinin alınmasında rezonatorun rolu.
Rəqs növlərin seleksiyası. Optik elementlərin lazer rezonatoruna daxil etməklə eninə modaların seleksiyası. Rezonatorun uzunluğunun dəyişilməsi hesabına uzununa modaların seleksiyası. Birmodalı və birtezlikli şüalanmanın alınma üsulları.

ƏDƏBİYYAT


    1. R.C. Qasımova, R. Kərəməliyev. “Kvant Elektronikasının Əsasları,” BDU, 1991.



ƏLAVƏ ƏDƏBİYYAT

1 R.C. Qasımova, F.H. Haciyev, Ş.Ş. Əmirov. “Kvant Elektronikası üzrə ixtisas praktikumu.” Bakı, 1994, 102 səh.



    1. R.C. Qasımova. “Kvant Elektronikasının kursu üzrə məsələlər toplusu həlli ilə,” BDU, 2008.

    2. Л.В. Тарасов ‘Физические основы квантовой электроники”, 1976, 368c.

    3. A. Yariv. “Quantum Electronics.” 3rd edition. 2016. (А. Ярив, “Квантовая электроника”, 1978).

    4. М.М. Страховский, А.В. Успенский “Основы квантовой электроники”, 1979.

    5. F. Kaczmarek. “Laser physics” 1990 (Ф. Качмарек “Введение в физику лазеров”, Мир, 1981).

    6. A. Maitland, M. Dann, “Laser physics” 1976. (А. Мэйтленд, М. Данн, “Введение в физику лазеров”, 1978).

    7. O. Svelto. “Principles of Lasers,” 2010 (О. Звелто “Физика лазеров”, 1978).

    8. Ə.Ş. Abdinov, N.M. Mehdiyev. “Optoelektronika”. Bakı, Maarif. 2005, 410 səh.

Yüklə 27,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin