Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti



Yüklə 188 Kb.
səhifə2/11
tarix01.01.2022
ölçüsü188 Kb.
#103219
1   2   3   4   5   6   7   8   9   10   11
İZAHAT VƏRƏQƏSİ

«Yaponiya tarixi» fənninin proqramı universitetlərdə tarix və şərqşünaslıq ixtisasları üzrə bakalavr pilləsində təhsil alanlar üçün nəzərdə tutulmuşdur. Proqramda Yaponiyanın bütün dövrlərdə daxili və xarici siyasət problemlərinə, mədəniyyətinə diqqət yetirilmiş, ayrı-ayrı məsələlər üzrə lazım olan materiallar əhatə olunmuşdur. Proqram tədris planında nəzərdə tutulmuş saatlara uyğun şəkildə tərtib olunmuşdur.

Mövcud tədris planlarına əsasən nəzərdə tutulan

saatların bölgüsü:


Tarix fakültəsi üzrə – cəmi 14 saat





Mövzuların adları

cəmi

mühazirə

seminar

1.

Yaponiya orta əsrlərdə

4 saat

2 saat

2 saat

2.

Yaponiya yeni dövrdə

4 saat

2 saat

2 saat

3.

Yaponiya ən yeni dövrdə

6 saat

4 saat

2 saat

C Ə M İ

14 saat

8 saat

6 saat

Şərqşünaslıq fakültəsi üzrə – cəmi 90 saat







Mövzuların adları

cəmi

mühazirə

seminar

1.

Giriş. Yaponiya haqqında ümumi məlumat. Fənnin öyrənilməsinin mənbəşünaslığı və tarixşünaslığı

2 saat

2 saat




2.

Yaponiya qədim dövrdə

4 saat

2 saat

2 saat

3.

Tayka çevrilişi və onun nəticələri

4 saat

2 saat

2 saat

4.

Yaponiya VIII-XII əsrlərdə

4 saat

2 saat

2 saat

5.

Minamoto şoqunluğu

2 saat

2 saat




6.

Asikaqa şoqunluğu

2 saat

2 saat




7.

Orta əsrlər Yaponiya mədəniyyəti

2 saat

2 saat




8.

Yaponiyanın birləşdirilməsi uğrunda mübarizə

4 saat

2 saat

2 saat

9.

Tokuqava şoqunluğunun yaranması və həyata keçirilən ilk tədbirlər

4 saat

2 saat

2 saat

10.

XVI əsrin ikinci yarısı - XVII əsrin əvvəllərində Yaponiyanın xarici siyasəti.

2 saat

2 saat




11.

XVII əsrin ikinci yarısı - XVIII əsrdə Yaponiyanın sosial-iqtisadi və siyasi vəziyyəti

4 saat

2 saat

2 saat

12.

Nisbi təklənmə siyasəti və onun mahiyyəti

4 saat

2 saat

2 saat

13.

XIX əsrin birinci yarısındaYaponiyanın sosial-iqtisadi və siyasi vəziyyəti

2 saat

2 saat



14.

XIX əsrin birinci yarısında və əsrin ortalarında Yaponiyanın xarici siyasəti

2 saat

2 saat




15.

1867-1868-ci illər Meyci inqilabı

4 saat

2 saat

2 saat

16.

Meyci inqilabının nəticəsində həyata keçirilən tədbirlər

4 saat

2 saat

2 saat

17.

XIX əsrin son rübü - XX əsrin əvvəllərində Yaponiyanın sosial-iqtisadi və siyasi vəziyyəti

2 saat

2 saat




18.

XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Yaponiyanın xarici siyasəti

4 saat

2 saat

2 saat

19.

Birinci Dünya müharibəsi ərəfəsindəYaponiyanın daxili və xarici siyasəti

2 saat

2 saat




20.

Yaponiya Birinci Dünya müharibəsi illərində

4 saat

2 saat

2 saat

21.

Yeni dövrdə Yaponiya mədəniyyəti

2 saat

2 saat




22.

Yaponiya 1918-1923-cü illərdə

2 saat

2 saat




23.

Yaponiya 1924-1933-cü illərdə

2 saat

2 saat




24.

Yaponiya 1934-1939-cu illərdə

2 saat

2 saat




25.

Yaponiya İkinci Dünya müharibəsi illərində

4 saat

2 saat

2 saat

26.

İşğal rejimi dövründə (1946-1951) Yaponiyanın sosial-iqtisadi, siyasi vəziyyəti və xarici siyasəti

4 saat

2 saat

2 saat

27.

Yaponiya 1952-1970-ci illərdə

4 saat

2 saat

2 saat

28.

Yaponiya 1980-1990-cı illərdə

2 saat

2 saat




29.

Müasir dövrdə Yaponiyanın daxili və xarici siyasəti

4 saat

2 saat

2 saat

30.

Ən yeni dövrdə Yaponiya mədəniyyəti

2 saat

2 saat







C Ə M İ

90 saat

60 saat

30 saat



Giriş. Yaponiyanın coğrafi mövqeyi, ərazisi, əhalisi, iqlimi. Yaponiya tarixi və mədəniyyətinin dünya sivilizasiyasında yevə mövqeyi.

«Yaponiya» adının meydana gəlməsi haqqında.Yaponiyada ilk dövlətin və imperator hakimiyyətinin yaranmasına dair əfsanə. Yaponların mənşəyi haqqında. Aynular (ebisular) və Yaponiya adalarının məskunlaşması prosesi.

Yaponiya tarixinin öyrənilməsinin mənbəşünaslığı və tarixşünaslığı haqqında.

Yaponiya tarixi kursunun vəzifələri və əhəmiyyəti.



Yaponiya qədim dövrdə. Daş dövrü. İlk paleolit abidələri. Yığıcılıq, ovçuluq, balıqçılıq. Əkinçiliyin meydana gəlməsi. Neolit dövrü. İvadzuku düşərgəsi. «Dzyomon» (saxsı qablar) mədəniyyəti. İlkin dini inancların meydana gəlməsi. Dəfn mərasimləri və qəbir abidələri. Qəbilə daxilində qadının əsas rol oynaması («Doqu»). Korekava düşərgəsi. Tunc dövrü. «Yayyoy» mədəniyyəti. Qılınc, güzgü, yəşəm daşı və tunc zənglər inancları. Himiko dövrü. Kurqanlar mədəniyyəti («Kofun») dövrü. Yamato dövrü. Eramızın III-VI əsrlərində əhalinin əsas məşğuliyyət sahələri. Qul əməyindən istifadənin meydana gəlməsi. Yaponiyada qulçuluq. Eramızın əvvəllərində Yaponiya-Çin və Yaponiya-Koreya münasibətləri. «Asuka» dövrü (III-VI əsrlər).

Qədim dövrdə Yaponiya mədəniyyəti. Din. Buddizm. Memarlıq və heykəltaraşlıq. Özüllü və «qanadlı» tikililərin meydana gəlməsi. Məbəd və monastır tikintisi. Heykəltaraş Tori Bussi. Yazının meydana gəlməsi. İeroqlif yazı sisteminin tətbiq edilməsi. Katakana. Kağız istehsalına başlanması. Ədəbiyyat: «İmperator ailəsinin salnaməsi» («Teyki»), «Qədim sözlər» («Kyuci»).



Tayka çevrilişi və onun nəticələri. Feodal münasi-bətlərinin meydana gəlməsi və onun əsas xüsusiyyətləri. Ayrı-ayrı feodal ailələrinin hakimiyyət uğrunda mübarizəsi. Soqa ailəsinin hakimiyyəti. Şyotoku-Tayşi dəyişiklikləri. «17 maddə məcəlləsi». Erkən feodal dövlətinin yaranması. Dövlət idarəçiliyi sistemi.

Tayka çevrilişi və Sumeraqa ailəsinin hakimiyyətə yiyələnməsi. VII-VIII əsrlərdə dövlət quruluşu. Yeni dövlət idarəçilik sisteminin yaradılması. Fucivara evinin hakimiyyəti ələ alması. «Nara dövrü»nün əsas xüsusiyyətləri.

Pay torpaq («Kubinden») sisteminin bərqərar olması. «Tayxoryo» məcəlləsi. Monastır torpaq sahibliyi. Sosial
təbəqələşmə. Kəndli kateqoriyaları. Qulların sayının artması. Vergi və mükəlləfiyyətlər.

Çin və Koreya ilə münasibətlər.



Yaponiya VIII-XII əsrlərdə. VIII əsrdən başlayaraq pay torpaq sisteminin tənəzzülü və «syoen» xüsusi torpaq sahibliyinin formalaşması. İmtiyazlı hüquqlara malik pay torpaqların artması və onların xüsusi mülklərə çevrilməsi. İri torpaq sahibliyinin yaranması. XII əsrdə aqrar münasibətlər.

Orta əsr Yaponiya şəhərlərinin meydana gəlməsi. Sənətkarlıq və ticarətin inkişafı. XI əsrdə ilk sənətkarlıq birliklərinin («dza») yaranması.

Mərkəzi hakimiyyətin zəifləməsi. «İnsey dövrü». XII əsrdə imperator hakimiyyətinin güclənməsi.

Samuraylar silkinin formalaşmasının əsas mənbələri. Samuraylar silkinin ideologiyası. İlk samuray qrupları.

«Xeyyan dövrü»nün əsas xüsusiyyətləri.

Yaponiya Minamoto şoqunluğu dövründə. Daxili vəziyyət.İmperator hakimiyyətinin tədricən məhdudlaşması. İri feodalların Fucivara hakimiyyətinə qarşı çıxışlarının güclənməsi. Tayra və Minamoto ailələri. Dannour döyüşü. Minamoto (Kamakura) şoqunluğunun yaranması. İlk şoqunlar: Minamoto Yoritamo və Xodzyo Tokimasa. İkihakimiyyətlilik dövrünün başlanması. 1205-ci il fərmanı. Hərbi-inzibati idarəçilik sisteminin yaranması. «Bakufu» («Səhra qərargahı»). İnzibati-idarəçilik və Ali Məhkəmə palataları. Samuraylarla iş üzrə idarə, Torpaq rəisliyi və Mühafizəçilər idarəsi.1219-1221-ci illər iğtişaşı və onun nəticələri. 1232-ci il «Qanunlar külliyyatı» («Dzyoey şikimoku»). Sosial münasibətlər. 1238, 1241 və 1267-ci illər qanunları. 1297-ci il «Tokuseyro qanunları», onların mahiyyəti. XIII əsrin ikinci yarısında dövlət idarəçilik sistemində baş vermiş dəyişikliklər.

«Syoen» torpaq sahibliyinin tənəzülünün başlanması. Böyük feodal ailələrinin rolunun güclənməsi. Kənd icmalarının xarakterik cəhətləri.

Şəhərlərin, sənətkarlıq və ticarətin inkişafı: sexlər və gildiyalar. Əmtəə-pul münasibətlərinin meydana gəlməsi və inkişafı.

Xarici siyasət. Yaponiya monqol işğalları dövründə. Hubilay xanın Yaponiyanı təslim etmək siyasətinin iflasa uğraması. Monqolların Yaponiyaya birinci yürüşü. Monqolların

Yaponiyaya ikinci yürüşü. Monqol istilasına qarşı ölkənin müdafiəsinin təşkili. «Kamikadze».




Yüklə 188 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin