Həzm prosesi zamanı qida maddələrinin parçalanması aşağıdakı mərhələlər üzrə gedir:
yemin ağız boşluğu və mədədə mexaniki emalı, xırdalanması, həzm şirələri ilə qarışması
karbohidrat, zülal və yağların həzm şirələri fermentlərinin təsiri ilə sadə üzvi birləşmələrə çevrilməklə parçalanması
qida maddələrinin qan və limfaya sorulması
həzmolunmamış qalıqların orqanizmdən xaric olunması
Ağız boşluğunda yemin mexaniki və kimyəvi emalı prosesi gedir. Ağız boşluğuna düşən qida çeynənilir, ağız suyu şirəsi ilə nəmlənərək yem yumağı formasını alır. Yemin qarışdırılması dil və yanaq əzələlərinin köməyi ilə gedir.Ağız boşluğunun selikli qişası temperaturu, yemin dadını və bağqa keyfiyyət göstəricilərini mənimsəyir. Hissiyyat reseptorlardan uzunsov beyinə ötürülür. Nəticədə refleks qanununa uyğun olaraq ardıcıl surətdə ağız suyu, mədə və mədəaltı vəzlər fəaliyyətə başlayır. Davamı olaraq yemi çeynəmə və udma prosesi gedir. Çeynənilərək nəmlənmiş yem dil vasitəsilə udlağa və əzələ yığılması vasitəsilə qida borusuna düşür. Ağız boşluğunda qida üç cüt tüpürcək vəzinin (dilaltı, aşağıçənəaltı və qulaqətrafı vəzlər) selikli qişası ilə qarışır. Bundan başqa ağız boşluğunun selikli qişa təbəqəsi bütünlüklə kiçik vəzlərlə doludur. Ağız boşluğunda mürəkkəb karbohidratlar sadə formalara qədər parçalanır.