Azərbaycan Respublikası Təhsil Nazirliyi İxtisasın adı: Heyvandarlıq mütəxəssisi



Yüklə 6,1 Mb.
səhifə47/52
tarix10.01.2022
ölçüsü6,1 Mb.
#106310
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   52

3.1.9 Qaraciyər və öd kisəsi


Qaraciyər heyvan orqanizminin həzm prosesində, maddələr mübadiləsində, qan dövranında, orqanizm daxili mühitinin sabitliyində böyük paya malik vəzidir. Qarın boşluğunun ön hissəsində, diafraqmanın arxasında, böyük hissəsi sağ qabırğaaltı hissədə yerləşir. Qaraciyər qabarıq, diafraqmal səthə və çökük səthə malik olmaqla mədə və bağırsağa toxunur. İnək, qoyun, donuz və atların qaraciyərinin çəkisi müvafiq olaraq 3,2-3,4 kq, 0,8 kq , 1,5kq, 1,5-3,5 kq olur.

Öd kisəsi yığılmış ödün vaxtaşırı kisəcik və ya öd yolları vasitəsilə onikibarmaq bağırsağa daxil olmasını tənzimləyən içiboş orqandır. Eyni zamanda öd kisəsi qara ciyərin alt səthində, sağ və kvadrat şöbələri arasında yerləşən armudabənzər konusşəkilli orqandır. Öd kisəsinin uzunluğu 5-14 sm, eni 2-4 sm, həcmi 30-70 ml-dir. Öd kisəsi dib (alt), bədən (əsas hissə) və boyun hissədən ibarət olmaqla kisəcikşəkilli axara keçir. Öd kisəsinin divarı selikli qişa, əzələ və birləşdirici toxumalardan ibarətdir. Alt səth seroz qişa ilə örtülmüşdür. Öd kisəsinin selikli qişası çoxsaylı təbəqələrdən ibarətdir. Onlardan biri (boyun nahiyyəsinə uzanan) Qeyster qapağı adlanır və hamar əzələ lifləri dəstəsilə birlikdə Lyutkens sfinkterini əmələ gətirir. Axar yolu vasitəsilə öd onikibarmaq bağırsağa axır. Həzm prosesi sönən zaman axarın qapağı bağlanır və öd kisəyə yığılır. At, dəvə və marallarda öd kisəsi yoxdur. Onun funksiyasını qaraciyərin yaxşı inkişaf etmiş öd yolları əvəz edir. Gün ərzində qoyunlar 300-400ml öd ifraz edir.





Şəkil X. Dananın qara ciyəri və yaşıl rəngli öd kisəsi



Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin