Şəkil X. Atların həzm orqanları
3.1.7 Nazik bağırsaq
İnəyin bağırsağı aşağıdakı hissələrdən ibarətdir:
|
Du - onikibarmaq bağırsaq
Je - nazik bağırsaq
İl - qabırğalarla qarın arasında bağırsaq
Ca- kor bağırssaq
Co - çənbər bağırsaq
Re - düz bağırsaq
|
Qoyunun bağırsaqlarının şəkili aşağıda əks olunmuşdur.
Şəkil X. Qoyun bağırsaqları
3.1.8 Mədəaltı vəz
Mədəaltı vəz qarın boşluğunda onikibarmaq bağırsağın altında yerləşir. İBM-da bir tərəfdən döş qəfəsi-qarın arakəsməsinin ayaq hissəsində digər tərəfdən öd kisəsi və işkənbə ətrafında, 12-ci döş fəqərəsindən 2-4-cü bel fəqərələrinədək uzanmaqla yerləşir. Adətən İBM-da mədəaltı vəz uzadılmış (uzunluğu 45 sm-dək, eni 10-12 sm), dolanbac (əyri-üyrü) orqan sayılır.
İBM-nın mədəaltı vəzi sarımtıl-çəhrayı rəngdə olur, çəkisi 100-500 qram olur. XBH-da mədəaltı vəz təxminən İBM-da olduğu kimi olur, ancaq ölçü və çəkisi kiçik olur. Cəkisi orta hesabla 50 qram (20-100 qram arası), rəngi isə qırmızı-sarı olur. Mədəaltı vəz iki -daxili və xarici sekresiyalı vəzlərə aiddir. O, tərkibində xüsusi çıxış kanalı ilə onikibarmaq bağırsağa axan, tərkibində tripsin fermenti olan həzm şirəsi ifraz edir. Eyni zamanda mədəaltı vəzin bəzi hissələri qanın tərkibinə daxil olub orqanizmin karbohidrogen mübadiləsini tənzimləyən xüsusi hormon-insulin ifraz edir.
Dostları ilə paylaş: |