3.4. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın informativliyinin artırılması istiqamətləri.
Pul vəsaitinin hərəkəti barədə hesabat müəssisədə maliyyə hesablarına xeyli mühüm bir əlavə sayılır. Ona görə ki, uçot mənfəəti müəssisənin uğurunun tək göstəricisi deyildir. Pul vəsaitinin hərəkəti barədə hesabatda əsas diqqət maliyyə vəsaitlərinin mənbələri ilə onun hara istifadə olunduğuna yönəlir. Sözügedən hesabat müəssisədə likvidliyin və ödəmə qabiliyyətinin çox önəmli göstəricisidir. Pul vəsaitlərinin hərəkəti barədə hesabatın hazırlanması Beynəlxalq Mühasibat Uçotu Standartları ilə tənzimlənməkdədir. Həmin standart, 7 nömrəli standartdır. Maliyyə vəsaitinin hərəkəti barədə hesabatda əsas 3 məvhum vardır. Onlara pul vəsaiti, pul vəsaiti ilə onun ekvivalentləri, pul vəsaitlərinin hərəkət məvhumları aiddir. Həmin anlayışlar standartlarda izah olunur.
Pul vəsaitləri dediyimiz zaman kassada olan nəğd maliyyə vəsaitləri və bank hesabında saxlanılmış və tələbata görə təqdim edilən pul vəsaitləri nəzərdə tutulmaqdadır. Pul vəsaitləri ekvivalentləri isə az bir ödəniş müddətinə sahib olan, pul vəsaitlərinin öncədən məlum olan həcminə asan çevrilə bilən və həmin aktivlərin dəyərində dəyişmə üzrə cüzi riskə məruz qalmış yüksək likvidlikli investisiya qoyuluşları sayılır. Pul vəsaitlərinin hərəkəti də pul vəsaitləri ilə onun ekvivalentlərinin daxil olması, xaric olmasıdır ki, bu mühasibat uçotu üzrə mədaxil və məxaric də adlanır. Pul vəsaitlərinin hərəkəti barədə hesabatda dövrün öncəsində olan pul vəsaiti və il ərzində olan pul vəsaiti ilə onun ekvivalentlərində olan dəyişiklikləri göstərir.
Pul vəsaitlərinin hərəkəti barədə informasiya müəssisənin maliyyə vəsaitlərini toplamaq, onları istifadə etmək imkanının dəyərləndirilməsi üçün əsası təmin etməkdədir. Bütün müəssisələr, məbləğindən və fəaliyyət göstərdiyi sahədən asılı olmayaraq, Pul vəsaitlərinin hərəkəti barədə hesabatı təqdim etmə məcburiyyətindədir. Əsas müəssisələri maliyyə vəsaitlərinin hərəkəti barədə hesabatı təqdim olunursa da onun törəmə müəssisələri üzrə bu hesabatı mütləq təqdim etməlidirlər. [8 s 165]
Pul vəsaitlərinin hərəkəti barədə hesabat dövr müddətində müəssisənin pul vəsaitləri hərəkətini və hesabat dövrünün axırına olan pul vəsaitlərinin həcmini əks etdirir. Ancaq, “pul vəsaitləri” məvhumu çox məhdud məvhumdur, bilavasitə müasir iqtisadiyyatda və həmin anlayışa uyğun olan bəzi digər növ qoyuluşlar da vardır. Pul vəsaitlərinin hərəkəti barədə hesabatda bu cür növ qoyuluşlar nəzərə alınmayaraq təkcə nağd pul vəsaitlərinə diqqət edildikdə, həmin hesabat çox məhdudlaşdırılaraq təcrübədə az yararlı olacaqdır. Ona görə də, Pul vəsaitlərinin hərəkəti barədə hesabat pul vəsaitlərini, eyni zamanda digər növ qoyuluşları (pul vəsaitlərinin ekvivalentlərini) göstərməlidir.
Dostları ilə paylaş: |