Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti



Yüklə 48,06 Kb.
səhifə1/7
tarix05.01.2022
ölçüsü48,06 Kb.
#111946
növüQaydalar
  1   2   3   4   5   6   7

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Sumqayıt Dövlət Universiteti


Fakultə: İqtisadiyyat və idarəetmə

İxtisas: Gömrük işi

Kafedra: İqtisadi nəzəriyyə

Fənn: Gömrük rəsmiləşdirilməsi


Kurs işi
Mövzu: Gömrük rəsmiləşdirilməsinin aparılması qaydaları

Qrup: 201

Tələbə: Bağışov Qoşqar

Rəhbər:

Sumqayıt - 2010

Gömrük rəsmiləşdirilməsinin

aparılması qaydaları

Giriş

1. Gömrük rəsmiləşdirilməsinin əsas prinsipləri

2. Gömrük rəsmiləşdirilməsinin alınan gömrük yığımlarında rolu

3. Gömrük rəsmiləşdirilməsində ilkin əməliyyatların rolu

Nəticə

Ədəbiyyat siyahısı


Giriş
Ölkəmizin iqtisadi həyatında gömrük işinin öz yeri vardır. Bildiyimiz kimi respublikamızın milli iqtisadiyyatı xarici iqtisadi əlaqələrin inkişafından çox asılıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan inkişaf etməkdə olan digər ölkələr kimi, iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi və dünya təsərrüfat əlaqələri sisteminə inteqrasiya məsələsini eyni zamanda həll etməlidir, onda gömrük işinin təşkilinin nə qədər mühüm əhəmiyyət kəsb etdiyini görmək mümkündür.

Azərbaycan Respublikası dövlət müstəqilliyimizi əldə etdikdən sonrakı on beş il ərzində Azərbaycan Respublikası ölkəmizdə bazar iqtisadiyatının formalaşması prosesini uğurla həyata keçirir. Bu prosesin çoxçalarlığı, həmçinin, Azərbaycan iqtisadiyyatının müstəqil şəkildə xüsusi mülkiyyətçilik, iqtisadi təhlükəsizlik və özünün real potensialından səmərəli istifadə əsasında sosial ədalətə yönəlik iqtisadi sistem yaratma imkanlarının qiymətləndirilməsi, ölkənin daxili bazarının formalaşması və xarici əlaqələrinin intensivləşdirilməsi Azərbaycan iqtisadiyyatının sürətli inkişafı üçün gömrük sisteminin hər tərəfli idarə edilməsi, problarının hər tərəfli tədqiq edilməsi obyektiv zərurətə çevrilmişdir.

Artıq ölkəmizdə iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri təmsil edən dünyanın tanınmış firmalarının, müxtəlif şirkətlərin törəmə müəssisələri, nümyəndəlikləri, firmaları və digər təsərrüfat subyektləri fəaliyyət göstərir. Eyni zamanda respublikamızda təsisçiləri tamamilə xarici hüquqi və ya fiziki şəxslər olan, yaxud müştərək müəssisələrin iqtsadiyyatın irəli getmiş sahələrində fəaliyyət göstərirlər.

Bu göstəricilərlə yanaşı həmdə yerli müəssisələrin də əksəriyyəti şəxsi təsərrüfat fəaliyyətində ticarət əməliyyatlarına geniş yer verir. Hər gün respublikamızın gömrük sərhədlərindən müvafiq müəssisələr tərəfindən böyük məbləğdə mal material qiymətləri idxal, ixrac və ya tranzit formalarına görə müəyyən olunur.

Diqqət yetirdiyiniz bütün bu iqtisadi proseslər Azərbaycan Respublikası Gömrük Məcəlləsi və Xarici İqtisadi Fəaliyyətə aid digər normativ hüquqi aktlarla müəyyənləşdirilən idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına uyğun şəkildə həyata keçirilir.

Mövcud şəraitdə gömrük işinin həyata keçirilməsi gömrük əməkdaşlarının təlim və peşə hazırlığı sisteminin daimi modernləşdirilməsini tələb edir. Bu prosesin başlanğıc mərhələsi kimi gömrük işini aktual nəzəri və praktiki məsələsinin bu sistemin idarə olunmasının kompleks tədqiqi mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyətlə məşğul olan istənilən hüquqi və fiziki şəxs mütləq gömrük rəsmiləşdirilməsi proseduru ilə qarşılaşır. Əksər hallarda bu qaydaların tələblərini bilməyənlər daha çox gömrük orqanalarının işçilərini günahlandırırlar. Başqa bir qrup iş adamları isə gömrük rəsmiləşdirilməsi qaydalarını daha yaxşı gömrük işini daha dərindən öyrənmək istəyirlər.

«Gömrük rəsmiləşdirilməsinin aparılması qaydaları» mövzusunda yazılan bu kurs işi mövzusu giriş, plan, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Plan özü də 3 müxtəlif sual əsasında qurulmuşdur. Onlara aşağıdakılar aiddir:



  1. Gömrük rəsmiləşdirilməsinin əsas prinsipləri

  2. Gömrük rəsmiləşdirilməsinin alınan gömrük yığımlarında rolu

  3. Gömrük rəsmiləşdirilməsində ilkin əməliyyatların rolu

Planın birinci sualında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün əsas olan zəruri qayda və qanunlar nəzərdə tutulur. Hansı ki, bu qanunlar hər zaman üçün sabit olub, heç bir şəraitdən asılı olmadan dəyişilmir. Bu qanunların tələblərinin yerinə yetirilməsi gömrük rəsmiləşdirilməsinin başlanması üçün başlanğıc sayılır.

Planın ikinci sualında da gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin əsas məğzi açıqlanır. Beləki hər bir gömrük əməliyyatının ilkin və son məqsədi fiskal funksiya ilə bağlıdır. Bu fiskal funksiya gömrük rüsum, yığım, haqq və digər ödənişlərinin alınaraq dövlət büdcəəsinə köçürülməsindən ibarətdir. Bu tələb tam qanuni olmaqla bərabər həmdə qanunvericlik normalarına uyğun şəkildə həyata keçirilməlidir. Gömrük məcəlləsinin 108-ci maddəsinə görə gömrük orqanları 13 adda müxtəlif gömrük rüsumları və haqları alırlar. Onlardan biri də gömrük rəsmiləşdirilməsinə görə alınan haqqlardır.

Planın üçüncü sualında isə gömrük orqanlarının gömrük rəsmiləşdirilməsinin prinsiplərinin tələblərindən irəli gələrək yerinə yetirlən ilkin əməliyyatlar nəzərdə tutulur. Bu ilkin əməliyatları müxtəlif əlamətlərə görə təsnifatlaşdırmaq olar. Məsələn, zamanından və yerindən asılı olaraq və s.

Lakin ümumilikdə isə onları gömrük nəzarəti, gömrük ekspertizası, bəyanetmə və s. kimi göstərmək olar.

Giriş üç, plan hər biri altı səhifədən ibarət olmaqla ümumilikdə on səkkiz səhifədən və nəticə isə iki səhifədən ibarətdir. Ümumilikdə, iyirmi altı səhifədən ibarət olan kurs işi mövzusunun əsas məğzini praktik fəaliyyət təşkil edir. Təbii ki, bu praktik fəaliyyət gömrük işinin və rəsmiləşdirilməsinin nəzəriyyəsinə əsaslanır.



Yüklə 48,06 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin