Kiyumərs İslami Ərdəbilin mədəniyyəti, toponimiyası və Savalan oronimi haqda



Yüklə 0,8 Mb.
səhifə1/4
tarix10.01.2022
ölçüsü0,8 Mb.
#108107
  1   2   3   4

Kiyumərs İslami

Ərdəbilin mədəniyyəti, toponimiyası və Savalan oronimi haqda



Azərbaycanın ilkin, tarixən önəmli yerə malik olan və mədəniyyətimizin əsas ocaqlarından sayılan şəhərlərimizdən biri də Ərdəbil şəhəridir. Bu şəhər və ümumilikdə Güney Azərbaycan ən əski dövrlərdən bəri bir çox türk boylarının, o cümlədən subarların, isit və sakaların, hun və xəzərlərin, eləcə də Arsaqların (Arşaq // Əşkani), kolanilərin (golan // colani) və s. ilkin məskəni və ata yurdu olmuşdur.

Bu araşdırmada məqsəd Ərdəbilin qədim mədəniyyəti və toponimikası haqda bəzi düşüncələrimizi ortaya qoymaqdır.

Ərdəbil özünün xalı-xalçası, ipək toxumaları və başqa məhsulları ilə dünya şöhrəti qazanmışdır. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan bu şəhər Azərbaycanın Çin, Hindistan və Avropa ilə ticarət əlaqələrində mühüm rol oynamış, elə bu da xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur. Burada toxunan xalçalar "Ərdəbil xalçaları" adı ilə tanınır. XVI-XVII əsrlərdən başlayaraq bu xalçalarda əski həndəsi formalı naxışları əyri nəbati naxışların əvəz etməsi müşahidə edilir. Bu dəyişiklik çox sayda yeni xalça kompozisiyalarının əmələ gəlməsi ilə müşaiyət olunmuşdur ki, bu sırada “Ağaclı xalçalar”, “Ləçəktürünc”, “Şahabbasi” kimi çeşidləri xüsusi qeyd etmək lazımdır.



Ərdəbildə toxunmuş xalılar içərisində ən məşhuru hazərda İngiltərənin “Albert və Viktoriya” muzeyində qorunan “Şeyx Səfi” xalçasıdır. 1539-cu ildə Azərbaycan hökmdarı I Təhmasib Səfəvinin sifarişi ilə toxunmuş bu sənət nümunəsi 56, 12 kv. m sahəyə sahindir. Xalça “Ləçəktürünc” türündəndir.

Şeyx Səfi” xalçası


Şəhərdə ən qədim və qədim dövrün abidələri o qədər də çox deyil. Bununla belə,  şəhər ətrafında bəzi qədim tikililərə rast gəlinməkdədir ki, bu baxımdan Ruinqala onlardan ən qədimi hesab edilir. Bu sıraya orta əsrlərin yadigarı olan Ərdəbil Cümə məscidini də daxil etmək lazımdır. Səlcuqlular dövründən yadigar qalan bu abidə Azərbaycanın ən qədim məscidlərindən biri, milli memarlığımızın qiymətli incisidir. Uca minarəsinin uçmasına baxmayaraq məscid öz əzəmətini saxlamışdır.

Ərdəbilin ən önəmli abidələri Səfəvilər  dövrünə aiddir. Onlar şəhərə xüsusi əzəmət və gözəllik verir. Bu memarlıq abidələrindən Şeyx Səfi kompleksinin mədəniyyət və incəsənət tariximiz baxımından xüsusi önəm və qiymətli vardır. Kompleks elm aləmində “qızılbaşlar” adlandırılan Səfəviyyə sufi  təriqətinin şeyxlərindən biri Şeyx Səfiəddinin məzarı ətrafında inşa edilmiş abidələrdən ibarətdır. Bu sülalədən olan I Şah İsmayılın hakimiyyət illərində  Şeyx Səfinin türbəsinin fasadı nəfis kaşı işləmələrlə bəzədilmişdir. Sonradan o özü də bu türbədə dəfn edilmişdir. Onun oğlu I Təhmasib şahın dövründə Şeyx Səfinin xatirəsinə məscid inşa edilmişdir. I Şah Abbasın hakimiyyəti zamanında  isə kompleksə Çinixana binası əlavə edilmişdir. Nəfis çiniçilik nümunələrinin toplandığı və sərgiləndiyi bu bina böyük kitabxana kimi istifadə edilməklə yanaşı, həmin dövrdə orada rəsmi görüşlər də keçirilmişdir. Kompleksin həyətlərindən birində isə Çaldıran döyüşündə həlak olmuş əyanlar dəfn edilmişdir.

Kompleks 2010-cu ildə UNESCO tərəfindən Ümumdünya irsi  siyahısına daxil edilmişdir. Yeri gəlmişkən onu da bildirək ki, Səfəvilər dövlətinin qurulduğu tarix Mədəniyyət Şurası tərəfindən "Ərdəbil milli günü" kimi qəbul edilmişdir.





Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin