Saklar qəsbkar idilər, Ahura Məzdaya hörmət etmirdilər. Mənsə Ahura Məzdaya hörmət edirdim və Ahura Məzdanın yardımı ilə onlarla istədiyim kimi davrandım.”
Eyni kitabədə yazılanlardan o da məlum olur ki, Midiyada fars hakimiyyətinə qarşı üsyan qaldıran Qam Ata atəşpərəst məbədlərini dağıtmaqla məşğul idi. Bir sözlə, Azərbaycanın qədim türk mənşəli sakinlərinin, maqlar (miklər, muğlar) istisna olmaqla, zərdüşti, yəni atəşpərəst olduqlarını təsdiq edəcək bircə dənə də mənbə yoxdur. Əksinə, əldə olan bütün yazılı mənbələr ulu babalarımızın farsların yalançı peyğəmbərinə və şeytani dininə qarşı şiddətlə müxalifət etdiklərini sübut edir”.
Yazar həmən yazıda gətirir ki, bəzi folklorşünas alimlər nağıllarımızda rast gəlinən və “Avesta” süjetləri ilə səsləşən bəzi motivlərdə, ilk növbədə də div surətlərində zərdüştiliyin təsirini görürlər və onlar qismən haqlıdırlar. Fəqət bu təsir bəzilərinin düşündüyü kimi birbaşa “Avesta” ilə bağlı deyildır.
“Ümumiyyətlə, istər Azərbaycan folklorunda istərsə də bədii yaradıcılığında sezilən və zərdüştiliklə səsləşən motiv və süjetlərin “Avesta” və zərdüştiliklə birbaşa bağlılığı yoxdur. Bütün bu motiv və süjetlər Azərbaycan ədəbiyyatında fars şairi Əbülqasim Firdovsinin “Şahnamə”sinin təsiri ilə ortaya çıxmışdır.
Təsadüfi deyil ki, nə şifahi, nə də yazılı ədəbiyyatımızda “Avesta terminologiyasına daxil olan bircə dənə də olsun söz və ifadəyə rast gəlinməmişdir. Ədəbiyyatımızda rast gəlinən və zərdüştiliklə bu və ya digər dərəcədə bağlı olan məfhumların hamısı yeni fars dilinin, başqa sözlə, “Şahnamə”nin qələmə alındığı dilin nümunələridir”.
“Savalan” toponimi barədə Yengi Ögənin yazdıqları da çox maraqlıdır:
“Toponimiya və oranomiya (dağ, dərə) adlarından məlum olduğu kimi, Yerin və cəmiyyətin çox əski çağlarda atla bağlı yaşadıqları və inancları varmış. Buna ən böyük fakt isə Savalan (səblan) dağı, həmən dağda yerləşən At gölü, Dağın ətəyinda olan Şam Əsbi kəndi və məhləsi, Sultan savalan gölü ilə bağlı At əfsanəsi və s. ki, bu araşdırmada açıqlayacayıq.
SAVALAN “ ( əski türkcə ilə desək SABALAN _ qədim türk dilində “ V “ hərfi olmamışdır ) sözü qədim türklərdə at heyvanının müəyyən növünə deyilirmiş. Bu söz “ SAB “ ismi və heyvan bildirən “ LAN “ şəkilçisindən ibarətdir. “ SAB “ sözünün etimologiyasını tam mənada təyin etmək bir az çətin gorünür lakin muqayisə yolu ilə onu türk sözü kimi qebul edə bilərik . Həmin söz qədim Azərbaycan xalqının etnogenində dayanan türk mənşəli MAD xalqının dilində SAPA yaxud ASPA şekilinde işlenmişdir. Bu söz sonralar Parsların (farsların) dilinə keçərək onların mıxı yazılarında “ ASA “ və Avesta kitabinda ASPA formasinda yazılmışdır. Həmçinin xatırlatmalıyam ki, qədim orta Asiya skiflərinin dilində ASPA sözü işlənirmiş . Hemin sözün başqa variantlari iki türk mənşəli qədim etnosun yanı SABAR – ların və AZ (as)ların adlarında müşahidə olunur”.
Araşdırmacı həmən yazısında daha sonra yazır:
“Qədim türklərin məişetində at heyvanı həddindən artıq rol türklərin məişətində at heyvanı həddindən artıq rol oynayırmış bu səbəbden türk dilində həmin heyvanın çeşidlərini bir-birindən ayırmaq üçün qırxa yaxın söz mövcuddur (ərəb xalqlarının dilində dəvə heyvanının muxtelif adlara malik olduğu kimi ) onlar hamısı at heyvanını bildirir.
On əsr əvvəl yaşamış böyük türk dilçi alimi Mahmud Kaşğəri öz dəyərli əsəri olan Divani-luğati-türk kitabinda SEB yaxud SEP sözünü açıqlarkən onu iki yaşına çatmış at balası məna edir . Daha sonra həmin sözün iştiraki ilə SEPAQOR (SEP AQORI) sözünü gətirib və atın yem torbası kimi izah edir. Bu söz indi Güney Azərbaycanın Səhənd ətrafı kəndlərində SEPAXUR kimi danışıqda işlənir həmçinin SEB sözü SIPA kimi işlənməkdədir.
SABALAN sözünün ikinci hissesi yanı “LAN “ sözcüyünə gəldikdə , qədim türk dilində bir çox başqa heyvan adlarında iştirak edən şəkilçilər kimi çox. işlək olmuşdur. LAN sözcüyünün ALAN (düz, açıq və geniş yer- mənasında) sözü ilə heç əlaqəsi yoxdur hərçənd ki, bəzi yer adlarının tərkibində iştirak edir. Indi isə ” LAN “ şəkilçisi ilə bitən bəzi heyvan adlarını xaıirladaq :
As.lan – Ars.lan , Bors.lan (bəbir) , Kap.lan (pələng) , Pax.lan ( flaminqo) , Cey.lan ( ceyran) , Qu.lan ( vəhşi eşşək) , Sırt.lan (kaftar) , Yi.lan (ilan) , Bo.lan ( bir növ yırtıcı heyvan) , Lüi.lan (ejdaha) , və nəhayət Saba.lan.
Həmin dağın “ SABALAN “ yaxud deyilişdəki kimi “SAVALAN “ ( at heyvanı ) adlanması muxtəlif səbəblərlə izah edilə bilər . Həmin dağın ətəklərində bir çox qədim türk tayfalarına bağlı əhali yaşamaqdadır. Onların arasında bu dağ haqqında bir əfsanə dolaşmaqdadır. Deyilənlərə görə həmin dağda mövcüd olan göldən ildə bir kərə bir at çıxıb kişnəyərək öz sahibini axtarar lakin onu tapa bilmədiyi üçün yenə həmin gölə qayıdar…”
Fikrimizcə, yuxarıda söylənilən fikirlər maraqlı olsa da, Rəşidəddin “Oğuznamə”sində yazılanlar daha inandırıcı və ağlabatandır:
“…Rəvayətlərə görə Alataq adını onlar (oğualar – K. İ.) qoymuşdular və Sabalan adını da onlar vermişdilər. Türkcə “ortaya çıxıb dik duran” nəsnəyə sabalan deyirlər”.
Dostları ilə paylaş: |