Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik



Yüklə 88,05 Kb.
tarix10.06.2018
ölçüsü88,05 Kb.
#53240

Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik

Akademiyası



Fakültə: İnzibati idarəetmə

İxtisas: İqtisadiyyat

Kurs: II kurs

Qrup: İ-161

Predmet: Azərbaycan İqtisadiyyatı

Tələbə: Cəfərov Coşqun

Elmi Rəhbər: DOS.Fəxri Quliyev

Mövzu: Azərbaycan Respublikasında neft sənayesi

Plan


1.Azərbaycanda neft sənayesinin tarixi

2.II dünya müharibəsində Azərbaycan neftinin rolu

3.Müasir Azərbaycan Respublikasının neft sənayesi və mövcud vəziyyəti

4.Neft sənayesi və ətraf mühit

Neft hasilatı və sənayesi Azərbaycanın iqtisadiyyatının əsasını təşkil edir.Azərbaycan neft hasilatı hələ qədim dövrlərdən başlayaraq həyata keçirilmişdir.Neft hasilatını dövrlər üzrə xarakterizə etsək, Erkən dövr, XIX əsr, XX əsr, XXI əsr dövrləri ön plana çıxır. Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir.Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu.

XIV əsr səyyahı Marko Polo bu bölgədə neftdən xəstəliklərin müalicəsi üçün istifadə edilməsi və yaxın ölkələrə neftin daşınması barədə yazmışdır.1594-cü ildə Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş üzərindəki yazıda 35 metr dərinliyində quyunun usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.XVI əsrin əvvələrində tarixçi Əmin Əhməd ər-Razinin məlumatına görə, Bakı ətrafında 500-ə qədər neft çalası və quyu mövcud olmuş və onlardan ağ və qara neft hasil edilmişdir. 1647-ci ildə Türk səyyahı Övliya Çələbi Bakıda olmuş, buradakı neft mədənləri, çıxarılan neftin müxtəlif rənglərdə olması, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və gətirdiyi illik gəlir haqqında məlumat vermiş, Bakıda fəaliyyət göstərən neft şirkətlərini müfəssəl təsvir etmişdir.

1729-cu ildə Rusiyanın İrandakı səfirliyinin əməkdaşı və həkimi İoann Lerkx Bakıya gəlmiş və Abşerondakı neft yataqları haqqında ətraflı məlumat verərək burada əsrlər boyu neftin hasil edildiyini, məişətdə və sənayedə yanacaq kimi geniş istifadə olunduğunu təsdiqləmişdir. XIX əsr artıq neft sənayesində ilk kütləvi istehsal olduğu dövr kimi səciyyələnir. 1803-ci ildə dünyada ilk dəfə olaraq bakılı Hacı Qasımbəy Mənsurbəyov Bibiheybət körfəzində, sahildən 18 və 30 metr aralıda ikiquyudan neft çıxarmağa başlamışdır.Lakin birinci dəniz mədəninin ömrü çox qısa olmuşdur – 1825-ci ilin güclü dəniz fırtınası quyuları məhv etmişdir.

1846-cı ildə Bibiheybətdə Zaqafqaziya diyarı Baş İdarəsinin üzvü olan Vasili Semyonovun təklifi ilə Bakı neft mədənlərinin direktoru mayor Alekseyevin rəhbərliyi altında sənaye üsulu ilə 21 metr dərinlikdə kəşfiyyat quyusu qazılmış və müsbət nəticə vermişdir.

Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı XIX əsrin ortalarından başlanmışdır. Dünyada ilk dəfə olaraq 1847-ci ildə Bibiheybətdə, sonra isə Balaxanıda texnikanın tətbiqi ilə ilk neft quyuları qazılmışdır. 1859-cu ildə Bakıda Dubinin qardaşlarının iri neftayırma zavodu istifadəyə verilmişdir.Zavodda əsasən ağ neft istehsal olunurdu. 1872–1873-cü illərdə Xəzər dənizində taxta barjlarla neft nəql edilmişdir.

XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanmışdır. Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmişdir. Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev, Mirzə Əsədullayev, Ağabala Quliyev və başqaları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilmiş, xalqın, millətin rifahı üçün böyük işlər görmüşlər.

Şəhərin neft baronları kimyaçı Dmitri Mendeleyev kimi tanınmış şəxslərdən məsləhətlər almağa can atırdılar və burma qazma və qazlift kimi yeni innovasiya texnologiyaları ilk dəfə olaraq Azərbaycanda sınaqdan keçirildi.Lakin ilkin olaraq “aut zərbələr” Azərbaycanda ən çox neft hasilatının payına düşürdü, bu pay 1887-ci ildəki 42%-dən 1890-cu ildə 10,5%-dək azaldı. 1872-ci ildə Nobel qardaşları Bakıda "Branobel" adlı ilk neft şirkətini təsis etdilər. 1887-ci ildə Nobel qardaşları Xəzər dənizində ilk neft tankeri aldılar və bu da sonda bütöv bir donanmaya qədər genişləndi.

1877-ci ildə Qızdırma məqsədi ilə işlənən ağ neftin nəql edilməsi üçün ilk metal gövdəli “Zərdüşt” paroxodu tikilib istifadəyə verilmişdir. 1878-ci Nobel qardaşları şirkətinin maliyyə vəsaiti hesabına mədənlərlə neftayırma zavodlarını birləşdirən dəmir yolunun tikintisinə başlanılmış və inşaat işləri 1879-cu ilin aprelində başa çatmışdır. 1885-ci ildə Neft sənayesi tarixində ilk dəfə olaraq mühəndis Q.V. Alekseyev, Bakıda (S.M. Şibayevin zavodunda) yağlı qudronun krekinqi vasitəsilə benzin və ağ neft istehsal edən sənaye miqyaslı kub qurğusunu işləmiş və quraşdırmışdır.

1892-ci ildə alman mühəndis-konssioneri Y.İ.Eger ilk dəfə naftalan çıxarmaq üçün buruq quyuları qazdırmışdır. Hətta o, Naftalan neftindən Naftalan mazı almaq üçün şəhərdə kiçik zavod tikdirmişdir. Həmin zavodda "Naftalan" və "Kojelon" adlı preparatlar hazırlanırdı. Hazırlanan dərman preparatları isə Almaniyanın vasitəçiliyi ilə Yaponiyaya, ABŞ-a, İngiltərəyə, Hollandiyaya və başqa kapitalist ölkələrinə satılırdı. Eyni zamanda o illərdə Almaniyada Naftalanla bağlı 2 səhmdar cəmiyyət — "Maqdenbuq — Naftalan", "Drezden — Naftalan" cəmiyyətləri fəaliyyət göstərirdi ki, onlar da Naftalan neftindən dərman preparatları hazırlayırdı. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir. Neft atılmaları çox qeyri-qənaətli və ekoloji baxımdan zərərli proseslər kimi qəbul edildi. O vaxtlar neft hasil edən regionlar Bakı ətrafında Sabunçu, Suraxanı və Bibiheybətdə cəmləşmişdi. 1990-cı ilin əvvəllərinə qədər Sabunçuda Bakı neftinin 35%-i, Bibiheybətdə isə 28%-i istehsal edilirdi.

XX əsr


 1920-ci ildə Azərbaycanda neft sənayesinin milliləşdirilməsindən sonra başlayır və 1949-cu ildə açıq dənizdə "Neft Daşları" yatağının kəşfi dövrünü əhatə edir. 1921-ci ildə neft hasilatı azalaraq 2,4 mln. tona enir. II mərhələdə axtarış-kəşviyyat işlərinin genişləndirilməsi ilə əlaqədar Azərbaycanda bir sıra yeni neft yataqları (xüsusilə Qala, Buzovna-Maştağa və s.) aşkar edilib istismara verilir və neft hasilatı 1941-ci ildə 23,6 mln. tona çatdırılır ki, bu da o dövrdə SSRİ-nin neft hasilatının 76%-ni təşkil edir. Bununla əlaqədar S.A.Vəzirov "Azneftkombinatın" rəisi, R.H.İsmayılov ("Azneftzavodlar" birliyinin rəisi), B.Q.Baba-zadə ("Əzizbəyovneftin" baş geoloqu), R.Rəhimov (qazma ustası) Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən ilk neftçilər olmuşlar. 1941-1945-ci illərdə müharibə dövründə neft avadanlıqlarının və neftçi mütəxəssislərin SSRİ-nin şərq rayonlarına (Tatarıstan, Türkmənistan, Başqırdıstan və s.) köçürülməsi ilə əlaqədar Azərbaycanda neft hasilatı 11,1 mln. tona düşür.

7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 m dərinlikli 1№-li quyu (Qala lay dəstəsindən) gündə 100 t hasilatla istismara daxil oldu və dənizdə neftçıxarmanın əsasını qoydu. Yataq üzrə ilk geoloq Ağa Qurban Əliyev olmuşdur.

1950-ci ildə "Neft Daşları" yatağının istismara verilməsi ilə Azərbaycanda dəniz neft sənayesinin inkişafı ilə başlanır (Qum-dəniz, Səngəçal-Divannı-dəniz-Xərə-Zirə a.-sı, Bahar, Bulla-dəniz, Darvin küpəsi, Palçıq pilpiləsi və s.), dəniz qazma işlərinin (o cümlədən axtarış - kəşfiyyat qazmasının), hidrotexniki neft qurğularının tikilməsinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu inkişaf etdirilir.

Bu mərhələdə quru sahələrində də bir sıra yeni neft və qaz-kondensat yataqları aşkar edilib istismara verilmişdir (Kürovdaq, Mişovdaq, Kürsəngə, Qarabağlı, Qalmaz, Qaradağ və s.). Bu dövrdə əsasən "Neft Daşları"nın və digər yataqların intensiv surətdə işlənilməsi və istismarı həyata keçirilmişdir. Dünya təcrübəsində ilk dəfə açıq dənizdə estakada dirəkləri üzərində dəniz mədəni tikildi. Burada kompleks mühəndis və elmi-texniki tədbirlərin tətbiqi nəticəsində külli miqdarda kapital qoyuluşuna, metala qənaət edilərək yüksək əmək məhsuldarlığına, neftin hər bir tonunun maya dəyərinin aşağı düşməsinə nail olunmuşdur. 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir və bu da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir.. 1970-ci ildə "Xəzərdənizneft" İstehsalat Birliyi (İB) yarandı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında (həmin ildən Xəzər sektorlara bölündü) geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.http://www.azerbaijan.az/_economy/_oilstrategy/images/oilstrategy_02_6.jpg

Bu tarixə kimi Xəzər dənizində istifadə olunan texniki vəsait yalnız dənizin dərinlikləri 40 m-ə qədər olan sahələrdə işləməyə imkan verirdi. Həmin dövrdə Xəzərin Azərbaycan sektorunda 40 m-ədək dərinlikdəki perspektivli sahələrdə demək olar ki, bütün neft-qaz yataqlarının hamısı aşkar olunmuşdu. Dənizdə neft və qazın hasilatının artırılması daha böyük dərinliklərdə yatan neft və qaz yataqları ilə bağlı idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 t gücündə "Azərbaycan" kran gəmisi işə başladı. Bundan başqa ilk vaxtlarda dənizin 70 m dərinliyində olan sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. t-a (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 m dərinlkdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.).http://www.azerbaijan.az/_economy/_oilstrategy/images/oilstrategy_02_7.jpg

Bu dövrdə dünyada analoqu olmayan Dərin Dəniz Özülləri zavodunun Azərbaycanda, Bakıda tiklməsi üçün o zaman Sovetlər məkanında 450 mln. ABŞ dollarının ayrılması, bunun üçün belə bir icazəni alınmasına nail olunması (bu zavodun Həştərxanda tikilməsi nəzərdə tutulmuşdu) cənab Heydər Əliyevin möhkəm iradəsinin və cəsarətinin nəticəsi idi.

Müasir dövr

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycan Prezidentinin 3 dekabr 1991-ci il tarixdə imzaladığı Fərmanla "Azərineft" Dövlət Konserni yaradılmışdır. Neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli Fərmanı ilə "Azərineft" Dövlət Konserni və "Azərnefkimya" İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır.] 1993-cü ildə “Azərneftyanacaq” Neft Emalı Zavodunda (indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) “Katalitik krekinq" qurğusu istifadəyə verilmişdir.

https://upload.wikimedia.org/wikipedia/az/thumb/e/e6/neft-20-sent-1994%281%29.png/220px-neft-20-sent-1994%281%29.png

Əsrin müqaviləsi sazişinin imzalanması anı

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan Sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixində böyük rol oynadı. "Əsrin müqaviləsi" adı ilə tanınmış bu müqavilə, Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli neft yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin dünyanın 11 ən iri neft şirkəti pay şəklində bölüşdürülməsinə səbəb oldu.

Bu müqavilədə Böyük Britaniyanın "BP" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-ın "Amoco" (17,01 faiz), "Unocal" (11,2 faiz), "Pennzoil" (9,81 faiz), "McDermott International" (2,45 faiz), Rusiyanın "Lukoyl" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türkiye Petrolleri Anonim Ortaklığının" (1,75 faiz) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) isə 20 faiz payı var idi.

Bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin təzahürü idi.Azərbaycanın "Əsrin müqaviləsi"ndən başlanan yolu haqqında Heydər Əliyev demişdir:

“1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir.”

Əsrin müqaviləsi Azərbaycanda sabitliyi təmin etdi və milli birlik hissinin yaranmasına xidmət göstərdi. Bununla belə, Azərbaycan hökuməti yaranan nəhəng pul sərvətinin yönəltməsi, ölkəni neftdən daha asılı və demokratiyadan daha kasad vəziyyətə saldı.1997-ci ildə Bakı–Novorossiysk Şimal ixrac boru kəməri, 1999-cu ildə isə Bakı–Supsa Qərb ixrac boru kəməri istifadəyə verilmişdir.

1999-cu il aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Ukrayna Prezidenti Leonid Kuçmanın iştirakı ilə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir. "Çıraq" yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanmış və ilk dəfə olaraq Azərbaycan nefti şimala yox, qərbə istiqamət götürmüşdür.1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün gendişində Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Dəmirəl "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə" dair saziş imzalamışlar.Eyni zamanda Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və Amerika Birləşmiş Ştatlarının Prezidentləri bu layihəni dəstəkləyən "İstanbul Bəyannaməsini" imzalamışlar. Bununla da Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün növbəti mühüm addım atılmışdır.



1999-cu il 29 dekabrda Azərbaycan Respublikası Dövlət Neft Fondu Prezidenti Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilmişdir.

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a1/baku_pipelines.svg/220px-baku_pipelines.svg.png

Bakı-Tbilisi-Ərzurum Boru Xəttinin xəritəsi

2006-cı ilin payızında "Şahdəniz" yatağından ilk qaz alınmışdır Həmin ilin mayın 28-də ilk neft Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Ceyhanlimanına çatmışdır. İyulun 13-də Ceyhan limanında kəmərin rəsmi açılış mərasimi keçirilmişdir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum Boru Xətti istifadəyə verilmişdir. Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib. Qeyd edək ki, 2015-ci ildə Azərbaycanın neft hasilatı tarixində bir faciə baş verdi. 2015-ci ilin 4 dekabr tarixində "Günəşli" neft yatağında yanğın nəticəsində 63 nəfər zərər çəkmiş, onlardan 30 nəfər dünyasını dəyişmişdir.Bu hadisə ilə əlaqədar olaraq Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunmuşdur. 2016-cı ilin 15 dekabr tarixində aniyədə 41 metr sürətlə əsən güclü külək nəticəsində "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi dənizə uçması nəticəsində 10 nəfər nəfər dünyasını dəyişmişdir

Azərbaycanda neft sənayesinə yeni baxışlar mövcuddur.Neft-qaz sənayesinin gələcək inkişafını təmin etmək məqsədilər Cənub Qaz dəhlizi layihəsi icra edilməkdədir.Azərbaycan bu layihə vasitəsilə Avropanın qaza olan tələbatının böyük bir hissəsini ödəmək iqtidarında olacaq. 2017-ci ildə Bakıda Azəri-Çıraq-Günəşli blokunun 2050-ci ilədək işlənilməsinə dair müqavilə imzalanmışdır.

Neft sənayesi və ətraf mühit-Neft sənayesi və ona bağlı olan kimya sənayesi ətraf mühitə ən çox zərər vuran sənaye sahələrindən hesab olunur.

Neft-kimya sənayesinin Abşeron torpaqlarına təsiri

Bir çox onilliklər ərzində neft istehsalında köhnəlmiş texnologiyalardan

istifadə edilməsi, torpağın neft və minerallaşmış su ilə çirklənməsinə gətirib

çıxarmışdır. Təkcə Abşeron yarımadasında və onun ətrafındakı çirkləndirilmiş

ərazilər təxminən 10 min hektardan artıqdır ki, bunun da 7,4 min ha-ı kənd

təsərrüfatı (əkin sahələri) torpaqlarıdır. Bəzi ərazilərdə neft torpağın 3 m-lik

dərinliyinə hopmuş və yeraltı suların çirklənmə mənbəyinə çevrilmişdir. Bir sıra

hallarda, eyni torpaq sahəsi həmçinin radionuklidlərlə də çirklənmişdir. Bu

ərazilərin bəzisində qamma şüalanma maksimum yol verilən həddən 20-50 dəfə

yüksəkdir. Neftayırma və neft-kimya zavodlarının ətrafındakı torpaqlar neft və

maye karbohidrogenlərlə çirkləndirilmiş, bu da öz növbəsində atmosferin

çirkləndirilməsi mənbəyinə çevrilmişdir.

Məsələn, civə texnologiyasına əsaslanan kaustik soda və xlor istehsalı

Sumqayıt şəhərində və ümumilikdə Abşeron yarımadasında böyük ekoloji

problemlər yaratmışdır. Zavodda hazırda istismarda olan civə üsulu ilə xlor

istehsalı fiziki və mənəvi cəhətdən köhnəldiyindən ətraf ərazilərin civə və xlor

kimi çox zərərli maddələrlə çirklənməsinə gətirib çıxarmışdır. Abşeron

yarımadasında kimyəvi tullantıların lazımi səviyyədə idarə edilməməsi, böyük

şəhərlərin ətraf ərazilərində qeyri-qanuni zibilliklərin yaranmasına gətirib çıxarır

ki, bu da öz növbəsində torpaqların çirklənməsinə səbəb olur. Təkcə Abşeron

yarımadasında ümumi sahəsi 448,6 ha olan 128 ədəd belə zibilliklər mövcuddur.

Tullantıların çeşidlənməsi aparılmadığından təhlükəli və bir sıra sənaye tullantıları

məişət tullantıları ilə birlikdə zibilliklərdə yerləşdirilir ki, bu da torpaqların

kimyəvi çirklənməsinə və onun fiziki xüsusiyyətlərinin korlanmasına səbəb olur.

Bununla yanaşı Sumqayıt regionunda dioksinin torpaqda konsentrasiyası 0.15

mkq/kq təşkil edir ki, bu da təhlükəsiz təsir səviyyəsindən 1000 dəfə çoxdur.

Yuxarıda qeyd etdiyimiz kimi Abşeron yarımadasında neft emalı və neftkimya

sənayesinin inkişafı şübhəsiz ki, xalq təsərrüfatının dinamik inkişafı üçün

çox vacibdir. Lakin, bununla yanaşı qeyd etmək lazımdır ki, bu zaman ətraf mühitə

bu və ya digər şəkildə dəyən zərər minimuma endirilməlidir. Əvvəlcə neft-kimya

müəssisələrinin fəaliyyəti nəticəsində torpağa dəyən zərərin qiymətləndirilməsinə

baxaq. Belə ki, torpağın bonitrovka üsulu ilə təmizlənməsinin iqtisadi və sosial

əhəmiyyəti olduqca böyükdür.

Torpaqların bonitrovkası yalnız adi rəqəmlərlə deyil, qiymətləndirmənin

müəyyən prinsiplərinə uyğun olaraq, praktiki işlərin nəticəsidir. Torpağın

bonitrovkasının nəticələri bir sıra praktiki məsələlərin həllində istifadə oluna bilər.

Belə ki, bu tədqiqatların aparılmasında qarşiya qoyulan əsas məqsəd Abşeron

yarımadasında o cümlədən Sumqayıt şəhərindəki bir sıra neft-kimya

müəssisələrinin (Sintez-kauçuk zavodu, Səthi-Aktiv Maddələr Zavodu, EtilenPropilen

Zavodu və s. ), Bakıdakı Heydər Əliyev adına Bakı Neft Emalı

Zavodunun və Azərneftyağ zavodunun fəaliyyəti nəticəsində çirklənmiş münbit

torpaqların özünün əvvəlki bioloji məhsuldarlığının bərpa edilməsi üçün elmi

cəhətdən əsaslandırılmış bu və ya digər proqramların işlənib hazırlanmasından

ibarətdir. Beləliklə, tədqiqatlar nəticəsində neft-kimya sənayesi müəssisələrinin

ərazilərində və eyni zamanda onlaın ətrafındakı torpaqların canına hopmuş və

həyat üçün hədsiz dərəcədə zərərli olan kimyəvi maddələrin miqdarından, torpağın

xassələrindən asılı olaraq, müqayisəli şəkildə qiymətləndirilir.

Neft-kimya sənayesinin tullantıları hesabına çirklənmiş torpaqlarım

bonitrovkası yaxın və uzaq gələcəkdə istifadə edilməsini proqnozlaşdırmağa imkan

verir.

Torpaqların bonitrovkasının aqronomik və iqtisadi əhəmiyyəti olduqca



böyükdür. Torpaqların münbitliyi bir sıra təbii və antropogen amillərin təsirləri

nəticəsində dəyişə bildiyi üçün neft-kimya sənayesi tullantıları ilə çirklənmiş

torpaqların qiymətləndirilməsində bu amil mütləq nəzərə alınmalıdır. Bu zaman

etalon kimi Abşeron yarımadasınmın boz-qonur torpaqları götürülür. Beləliklə,

Abşeron yarımadasının neft-kimya sənayesinin tullantıları ilə çirklənməmiş

torpaqları 100 ballıq şkalaya əsasən 44 bal götürülür, zəif çirklənmiş torpaqlar 42 bal, orta çirklənmiş torpaqlar 34 bal, çox çirklənmiş torpaqlar isə 30 balla

qiymətləndirilir.

Neft-kimya sənayesinin tullantıları ilə müxtəlif dərəcədə çirklənmiş

torpaqların bonitirovkası istehsalın elmi planlarının dəqiq tərtibinə, təsərrüfatların

maddi marağının yüksəldilməsinə, rekultivasiya kimi tədbirlərinin həyata

keçirilməsinə və onların eyni zamanda düzgün şəkildə aparılmasına yardım edir.

Tədqiqatlar Abşeron yarımadasında neft-kimya sənayesinin tullantıları ilə

çirklənmiş torpaqların qiymətləndirilməsi xəritəsinin tərtibi ilə başa çatır.

Azərbaycan Respublikasında neft-kimya sənayesinin müəssisələrinin məhsulları ilə çirklənmiş torpaqların hal-hazırdakı mövcud ekoloji vəziyyəti göstərir ki, belə torpaqların məhz xəritələr əsasında yerləşdirilməsi həddən artıq vacibdir. Bir sıra biramilli xəritələrin sintezi nəticəsində yeni və daha təkmilləşdirilmiş kompleks xəritə-neftlə çirklənmiş torpaqların qiymət xəritəsi yaranır. Abşeron yarımadasında ekoloji amillərin böyük məkan və zaman dəyişkənliyi, çirklənmənin xüsusiyyətləri neft-kimya sənayesinin tullantıları ilə çirklənmiş torpaqların ekoloji qiymət xəritələrin tərtibini də zəruri edir. Ekoloji tarazlığın pozulmasının qiymətləndirilməsinə kompleks yanaşma xəritədə eyni cinsli litoloji quruluşa, çirklənmə dərəcəsinə görə əraziləri ayırmağa imkan verir. Abşeron yarımadasının neft-kimya sənayesinin tullantıları ilə çirklənmiş torpaqların ekoloji qiymət xəritələrində çirklənmənin ən elementar, ən ümumiləşdirilmiş və inteqral xxüsusiyyətlərinə qədər bütünlükdə səciyyəsi verilir. Neft-kimya sənayesi tullantıları ilə çirklənmiş ekoloji parametrləri haqqında ekoloji-qiymət xəritəsindən alınan məlumatlar əsasında çirklənmənin texnoloji tsikliyi və arealı müəyənləşdirilir. Neft-kimya sənayesi tullantıları ilə çirklənmiş torpaqların ekoloji qiymət xəritələri rekultivasiya tədbirlərinin kompleks şəkildə aparılmasında istifadə olunan yeni proqressiv xəritə növüdür. Mahz bu xəritə əsasında çirklənmiş torpaq xassəsinə və məhsuldarlığına görə qiymətkəndirmək olar. Bu xəritədə neft-kimya məhsulları ilə çirklənmiş torpaqların bonitet balları, yerlərin iqtisadi dəyəri öz əksini tapmışdır. Bu məlumatlar çirklənmiş ərazilərin hər qarışından belə rasional şəkildə istifadə etməyə imkan verir. Torpaqların bonitirovkası bütün ekoloji funksiyaların səviyyəsi ifadə edir. Torpaq örtüyü kimyəvi maddələrlə çirkləndikdə rekultivasiya tədbirlərinə başlanılarkən, həmin torpaqların qiymətləndirilmə şkalası məqsədəuyğundur. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, kimyəvi maddələrlə zərərlənmiş ərazilərin rekultivasiyasının ən səmərəli yolu həmin yerlərə zərərli maddələrlə çirklənmə dərəcəsini müvafiq olaraq, qiymətləndirmək, qruplaşdırmaq, mərəhlələrə ayırmaq və ən nəhayət vaxt etibarilə növbəyə qoymaqdır. Bununla əlaqədar olaraq, həmçinin belə torpaqları çirklənmə dərəcəsinə, sanitar-gigiyenik xüsusiyətlərinə, eləcə də, istismar altında olub- olmamasına görə də qruplaşdırmaq lazımdır.Həmçinin neft sənayesi tullantıları ilə çirklənmiş ərazilərə xas olan digər çirkləndiricilər poliaromatik karbohidrogenlər, fenollar və ağır metallar mövcuddur. Onların miqdarı neftlə çirklənmə dərəcəsi ilə düz mütənasibdir. ARDNŞ-in Ekologiya İdarəsinin mərkəzi laboratoriyasının verdiyi məlumatlara görə torpaqda ağır metallarım çoxunun miqdarı yol verilə bilən qatılıq həddindən 3-20 dəfə yüksəkdir. Şübhəsiz ki, torpaqların təmizlənməsində neft məhsulları ilə bərabər başqa çirkləndiricilərin də təmizlənməsi diqqət mərkəzində olmalıdır.



Abşeronda neft-kimya sənayesinin ətraf mühitə zərərli təsirinin qarşısının alınması istiqamətində görülən işlər:1990-cı illərin əvvəllərindən, yəni Sovet İttifaqi dağıldıqdan sonra iqtisadi əlaqələrin kəsilməsi səbəbindən bu şəhərdə kimya müəssisələrinin əksəriyyəti fəaliyyətini dayandırıb. Buradakı bəzi zavodlar ekoloji tələblərə uyğun rekonstruksiya edilib, təhlükəli tullantılar poliqonlara daşınaraq zərərsizləşdirilib, ekoloji tələblərə cavab verməyən müəssisələrin isə demontajı həyata keçirilib. Bir sözlə, fakt odur ki, 1990-cı illərin əvvəlləri ilə müqayisədə şəhərdə atmosferə atılan zərərli, o cümlədən bərk tullantıların həcmi 70%-dən çox azalıb.Ən əsası hazırda şəhərin yaşayış rayonu atmosferində çirkləndiricilərin orta illik fon qatılığı sanitar normalar həddini aşmır. Aparılan abadlaşdırma və yaşıllaşdırma tədbirləri hesabına ərazidəki bataqlıqlar qurudulub, Sumqayıt yaşıllıqlar şəhərinə çevrilib. İndi Sumqayıtda ətraf mühitin çirklənməsi üzrə Nazirliyin yerli ərazi xidmət şöbəsinin laboratoriyası, hidrometerologiya xidmətinin 3 stasionar nəzarət məntəqəsi, mərkəzi monitorinq xidmətlərinin laboratoriyaları, Səhiyyə Nazirliyinin yerli sanitar-epidemioloji mərkəzinin laboratoriyası müntəzəm olaraq müşahidələr aparır. Ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində ölkə rəhbərliyinin prinsipial mövqeyi nəticəsində xeyli işlər görülmüş, uzun illər ərzində yaranmış ekoloji problemlər təhlil edilərək onların kompleks həllinə yönəldilən bir sıra Milli və Dövlət Proqramları təsdiq edilmişdir. Ulu öndərimiz Heydər Əliyev ölkəmizdə hakimiyyətdə olduğu illərdə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən kimya sənayesinin sürətli inkişafının təmin edilməsi ilə yanaşı, əhalinin sağlamlığı qayğısına qalaraq, ətraf mühitin ekoloji təmizliyinin qorunmasına da xüsusi diqqət yetirib. Azərbaycanın iqtisadi - siyasi qüdrətinin artırılması üçün bütün ömrü boyu var qüvvəsi, əzmi, iradəsi ilə çalışan, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikrini əsas tutan rəhbərimiz, eyni zamanda xalqımızın sosial şəraitini, yaşayış səviyyəsini daha da yaxşılaşdırmağı özünün həyat amalına çevirmişdi. Ulu öndər yaşıllığın insan həyatında rolunu həmişə yüksək dəyərləndirir, ölkədə yeni bağlar və parklar salınmasına xüsusi əhəmiyyət verib. “Azərikimya” Dövlət Şirkətinin kimyaçıları ulu öndərin bu tövsiyələrini rəhbər tutaraq, Sumqayıtda ekoloji tarazlığın təmin olunmasında əhəmiyyətli rol oynayan yaşıl ərazilərin genişləndirilməsi istiqamətində, zavodətrafı sahələri yaşıllıqlara çeviriblər. Əgər əvvəllər kimya müəssisələrinin ərazisində cəmi 20 min ağac yetişdirilibsə, Milli Məclisin deputatı Məcid Kərimov “Azərikimya” Dövlət Şirkətinə prezident təyin olunduqdan ötən son 2 il ərzində 21 minə qədər ağac əkilmişdir. Bununla da şirkətin rəhbəri özünün seçicilərinə verdiyi vədi – seçkiqabağı platformasında göstərildiyi kimi, yaşıllaşdırma işlərini “Sumqayıtı yaşıl şəhərə çevirək!” devizi altında uğurla yerinə yetirir. Bütün ərazilərdə yalnız həmişəyaşıl ağaclar, Eldar şamı və zeytun əkilir; bu ağaclar həm iqlim şıltaqlığına – kəskin istilərə və şaxtaya, sərt küləyə davam gətirə bilir. Sumqayıt şəraiti üçün bu ağacları daha əhəmiyyətli edən, həm də onların susuzluğa dözümlü və toz udumunun yüksək olmasıdır. Kimyaçılar oktyabr ayını ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq, ağac əkmək və yaşıllaşdırmaq aylığı elan etmiş və ərazilərə yeni şam və zeytun ağacları əkməyə başlamışlar. İlin sonunadək 10 mindən çox ağac əkilməsi planlaşdırılıb. Bu, Azərbaycanda yaxın dövrdə yaradılacaq yeni neft - kimya kompleksinin yerləşəcəyi ərazinin ekoloji baxımdan daha təmiz olması istiqamətində şirkətin əvvəlcədən gördüyü tədbirlərdən biridir. Heydər Əliyevin bu ənənəsi İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidenti İlham Heydəroğlu Əliyevin 2006-cı il 28 sentyabr tarixli Sərancamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nında ölkə ərazisində, o cümlədən, Abşeron yarımadasında mövcud ekoloji problemlərin aradan qaldırılması nəzərdə tutulmuş və Kompleks Tədbirlər Planının icrası ilə əlaqədar xeyli işlər görülmüşdür. Dövlət proqramı çərçivəsində konkret olaraq Sumqayıt şəhərində və onun ətrafındakı yaşayış məntəqələrində müəyyən tədbirlərin həyata keçirilməsinə nazirlik tərəfindən nəzarət olunur. İstehsal sahələrində formalaşan tullantı sularının dənizə atılmasının qarşısının alınması, ərazinin sanitar vəziyyətinin və ekoloji durumunun yaxşılaşdırılması üçün kanalizasiya sistemlərinin yaradılması və yenidən qurulması, müəssisələrdə atmosferə zərərli maddələrin atılmasının qarşısının alınması üçün qaz–toztutucu qurğuların quraşdırılması, toksiki xassəyə malik bərk tullantıların idarə olunması kimi problemlərin həlli istiqamətində müvafiq tədbirlər görülür. Sumqayıtda yerləşən «Səthi Aktiv Maddələr» zavodunun civə ilə çirklənmiş ərazisinin 1000,0 m2 hissəsi civə tullantılarından təmizlənmiş və zavod ərazisində yığılıb qalmış təhlükəli tullantıların 40,0 min m3 hissəsi, Dünya Bankının Krediti hesabına tikilmiş Təhlükəli Tullantılar Poliqonuna daşınaraq basdırılmışdır.

Neft sənayesinin tək mənfi cəhəti ətraf mühiti çirkləndirməsi deyil.Belə ki, artıq dünyada baş verən iqtisadi proseslər, yeni çağırışlar neft erasının bitdiyini göstərir.Bütün bunları nəzərə alaraq Azərbaycanda postneft dövrünə keçid etməkdədir.Bunun üçün Respublika rəhbərliyi tərəfindən qeyri-neft sektorunun inkişafı diqqət mərkəzindədir və bunun üçün bir çox tədbirlər həyata keçirilməkdədir.


İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. A.S.İSAYEV-Neft və qaz sənayesinin iqtisadiyyatı –Bakı-2008

2. MİRYUSiF MİRBABAYEV-Azərbaycan neftinin qısa tarixi-Bakı-2007

3. https://az.wikipedia.org

4. https://behruzmelikov.wordpress.com


Yüklə 88,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin