Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin nəzdində



Yüklə 169,61 Kb.
səhifə2/7
tarix17.12.2022
ölçüsü169,61 Kb.
#121277
1   2   3   4   5   6   7
Elektirik işıqlanması (1)

1.Lyuminesent lampaları
Bu lampalar közərmə lampaları ilə müqaisədə tam başqa işıq məbəyləri sayılır və bunlar qazboşalma prinsipində işləyən işıq mənbəyləri qrupuna aiddirlər. Belə mənbəylərin işıq şuası, elektrik boşalması nəticəsində qazlardan və ya metal buxarından cərəyan keçməsilə yaranır. Qaz boşalma lampalarında boşalça prosesi 3 üsul ilə yerinə yetirilir: qövslə, yüksək tezliklə və impulsla boşalma.
Luminessent lampalarda qövslə boşalma üsulundan istifadə edilir və bunlarda işıq enerjisi lumonafor adlanan xüsusi materialdan şualanır. Beləliklə qazda və ya metal buxarında yaranan elektrik qövsünün ultrabənövşəyi şuaları luminaforun işıqlanmasına səbəb olur. Ən şiddətli ultrabənövşəyi şualanmanı civə buxarında yaranan elektrik qövs boşalması verir. Hal hazırda işıq texnikasında ən yaxşı luminafor kalsium, qrafitin və morqansın qarışığından alınır. Tərkibindən qövs boşalması gedən qazın və ya metal buxarının təzyiaindən asılı olaraq luminessent lampalar alçaq, yüksək,və çox yüksək təzyiqli olurlar.



Şəkil 1. Luminessent lampanın elektik dövrəsinə qoşulmasının sxemi
Şəkildə lampanın şüşə borusu 4 və onun daxili səthinə çəkilmiş luminafor qatə 3 rəqəmi ilə işarələnmişdir. Borunun içərisinə az miqdarlı civə bxarı ilə argon qazının qarışığı doldurulmuşdur. Şüşə borunun əvvəl və axır hissələrində metal çubuğlara bərkidilmiş volfram elektrodlar 2 qoşulmuşdur. Şüşə borunun elektrodları arasında qövslü elektrik boşalmasının yaranması üçün iki şərt yerinə yetirilməlidir. Bunlardan birincisi elektrodları elektik cərəyanı vasitəsilə qızdırmaq, ikincisi isə lampaya qısa müddət ərzində çox böyük gərginlik vermək lazımdır.
Bu şərtlər tərkibində starter 1 və drossel 5(induktivlik) olan işə qoşma sxemi ilə avtomatik yerinə yetirilir. Starter kimi xüsusi quruluşa malik olan neon lampasından (1) istifadə edilir. Onun bir və ya hər iki elektrodu istilikdən əyilən bimetaldan hazırlanır. Sxemi elektrik şəbəkəsinə birləşdirdiydə neon lampasında közərmə ilə keçən elektrik boşalması yaranır və onun açıq elektrodları qızıb bir birilə birləşirlər. Bundan sonra neon lampasında közərmə ilə keçən elektrik boşalması yox olur və onun elektrodlarından eləcədə luminessent lampasının elektrodlarından böyük cərəyan axır. Bu proses zamanı Luminessent lampanın elektrodları qızır, neon lampasının elektrodları isə soyuyur. Neon lampasının soyumuş elektrodları bir birindən ayrılırlar dövrədən keçən cərəyan kəskin olaraq azalır və bu vaxt drosseldə böyük miqdarda öz-özünə EHQ yaranır. Nəticədə drosseldə yaranmış EHQ şəbəkə gərginliyi ilə toplanaraq luminessent lampasında qövslü elektriki boşalmasının əmələ gəlməsinə səbəb olur. Sxemdə göstərilən C1 kondensatoru drosselin əmələ gətirdiyi reaktiv gücü dəf etmək üçün qoyulmuşdur və bu kondensator olmaqdıqda dövrənin güc əmsalı az (təxminə cosf=0,5) olur. Az tutumlu C2 kondensatoru isə radioqəbuledicilərinə maneəni aradan götürür. Qeyd etmək lazımdır ki, hal hazırda LL(luminessent lampa)-nı startersiz işə salan bir çox sxemlər işlənib hazırlanmışdır, ancaq olar qiymətinə görə bahadır və artıq enerji itgisi yaradırlar. LL-lər közərmə lampalarına nisbətən iqtisadi cəhətdən əlverişlidirlər, şəbəkə gərginliyinin dəyişməsi onlara az təsir göstərir, və yüksək işəq effektinə(80 lm/vatt kimi) malikdirlər. LL-in əsas mənfi cəhəti onun işıq selinin şüşə borunun divarlarının tempraturasından asılı olmasıdır. Bu asılılığın əsas səbəbi borunun daxilindəki civə buxarının tempraturadan asılı olaraq təzyiqinin dəyişməsidir. Bundan əlavə borunun tempraturası ətraf mühitin təsirindəndə dəyişir.


Yüklə 169,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin