Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin nəzdində


Plan 2 Lüminessensiyalı şüalanma mənbələri



Yüklə 169,61 Kb.
səhifə4/7
tarix17.12.2022
ölçüsü169,61 Kb.
#121277
1   2   3   4   5   6   7
Elektirik işıqlanması (1)

Plan 2
Lüminessensiyalı şüalanma mənbələri.
Belə mənbələrdə şüalanma üçün cismin qızdırılması tələb olunmur. Bunlar soyuq işıq
mənbələridir. Əsas cəhətlərindən biri odur ki, enerji mənbəyi ayrıldıqdan sonra
da, şüalanma davam edir.
Lüminessensiyanın yaranma səbəblərinə görə onu foto, elektrik, kimyəvi
və s. lüminessensiyalara bölürlər. Məsələn lüminessent şüalanma müddəti t>10-8
san olarsa buna fosforolüminessensiya, t<10-8 san olarsa buna flüoressensiya
deyilir.
Lüminessensiya edən maddələr bərk, maye və qaz hallarında olurlar.
Məsələn, qaz boşalma lampaları lüminessent mənbələridir. Onların iş prinsipini
ionlaşma və rekombinasiya hadisələri təşkil edir. İşçi mühit kimi müxtəlif növ
qazlar və metal buxarları götürülür. Şüalanmanın spektri işçi mühitin növündən
asılıdır. Mühiti təşkil edən maddəni seçməklə uyğun dalğa uzunluğuna malik
güclü mənbə yaratmaq mümkündür. Bəzi hallarda lüminessent lampalar
modulyasiya üçün də yararlı olurlar.
Lüminessent qaz boşalma lampaları həm impuls, həm də kəsilməz rejimdə
işlədilirlər. Həm sabit, həm də dəyişən gərginlik mənbələrindən qidalandırılırlar.
Kəsilməz rejimli lampalara nümunə kimi civə-kvars, ksenon, neon və digər
lampaları göstərmək olar. Az enerji tələb edən neon lampalarından siqnal
indikatorları kimi istifadə olunur.
Lüminessensiya hadisəsi iki mərhələdən ibarətdir. Birinci mərhələdə
mənbəyin enerjisi hesabına mühit həyəcanlandırılır və generasiya – ionlaşma
prosesi baş verir. Lüminessensiyanın növünü bu mərhələ təyin edir.
İkinci mərhələdə generasiya olunmuş zərrəciklər rekombinasiya olunur və
şüalanma yaranır. İkinci mərhələ bütün nov lüminessensiyalar üçün eynidir.
Son zamanlar geniş qadağan zolaqlı yarımkeçiricilərdən daha çox istifadə
olunur. Lüminessensiyanın baş verməsi üçün maddədə lüminessensiya
mərkəzləri olmalıdır. Belə mərkəzlər rolunu kristalda düzgün quruluşun
pozulduğu yerlər (kristal deffektləri) oynayırlar (məsələn aşqar atomlar).
Rekombinasiya prosesləri həmişə şüalanma ilə nəticələnir. Bəzi
mərkəzlərdə ayrılan enerji istilik rəqslərinə (fononlara) çevrilir. Bunlar
rekombinasiyanı söndürmə mərkəzləri adlanırlar.



Yüklə 169,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin