1. Plan 1:Lyuminesent lampalarının əsas xarakteristikaları səh.6-7
2. Plan 2: Lüminessensiyalı şüalanma mənbələri. səh.8-10
Plan 3:Aşağı təzyiqli qazboşalma lampalarının quruluşu
və işləmə prinsipi səh.11-13
Ədəbiyyat səh.14
Giriş İşiq texnikasının seçilməsi bölməsi fənni «Energetika və enerjimaşınqayırması»
istiqamətinin «Elektrik təchizatı» ixtisası üzrə təhsil alan tələbələrin sənayedə və xüsusilə də əsas istehsal obyektlərində fasiləsiz işləyən sahələrin süni işıqlandırılması xüsusiyyətlərinin ödənilməsində böyük əhəmiyyət kəsb edir.
İşçi sahələrin düzgün və normalara müvafiq işıqlan dırılması, istehsal olunan məhsulların keyfiyyətini yüksəldir, əmək məhsuldarlığını artırır və təhlükəsiz iş şəraitini təmin.edir. Odur ki, işıqlandırmanın düzgün və səmərəli olması üçün energetik baxımdan əlavə gigiyenik və fizioloji nöqteyi-nəzərdən də bu məsələlər daha dürüst öyrənilməlidir. Qeyd etməliyik ki, işıqlanma yalnız
kəmiyyətcə deyil, həm də keyfiyyətcə qiymətləndirilir.
Müasir elektrik işıqlanma və işıq texnikasının nəaliyyətlərinin vasitəsi ilə şüalanmanın səmərəli istifadəsi əmək məhsuldarlığı və məhsulun keyfiyyətinin
yüksəldilməsində, zədə alma hallarının azaldılmasında və insanların sağlamlığınıın qorunmasında əsas təminatlardan biridir. Bütün bunlarla yanaşı yadda saxlamaq lazımdır ki, işıqlandırıcı qurğular lazımi işıqlanma şəraiti, görmə hissiyatı
(qabilliyəti) yaratmaqla bərabər, insanı əhatə edən mühit barədə verilən məlumatın 90%-i təmin edir.
Müasir işıq texnikasının miqyası barədə onu göstərmək olar ki, hər il MDB ölkələrin- də 2,5 mlrd müxtəlif elektrik işıq mənbələri və 120 mln-dan artıq elektrik işıqlandırıcıları və onların komplektləşdirmə hissələri istehsal edilir. Ümumiyyətlə, bu sahədə 250 min nəfərdən artıq insan işləyir.
Aparılmış tədqiqatlarla müəyyən edilmişdir ki, aqrar sahədə düzgün layihələndirilmiş elektrik işıqlandırılması əmək məhsuldarlığını, o cümlədən, heyvandarlıq və quşçuluqda məhsul çıxımı 10...12% artırır.
Ölkəmizin sənaye və aqrar sahlərində istehsalın intensif inkişafı şəraitində elmi tərəqqinin yüksəldilməsi, mexanikləşdirmənin, elektriləşdirmənin, avtomatlaşdırmanın 4 və eləcə də innovasiya texnologiyalarının tətbiqi mühüm əhəmiyyət kəsb edir. Elektrik işıqlandırıcı və şüalandırıcı qurğularından səmərəli istifadə edilməsi onların inkişaf mərhələlərini, qurluşunu, işləmə prinsiplərini, idarə sxemlərini, hesablama üsullarını lazımi səviyyədə bilməyi tələb edir