Plan 3 Aşağı təzyiqli qazboşalma lampalarının quruluşu və işləmə prinsipi Lampa (şək, 3.1.) hər iki ucuna şüşə ayaqcıq 2 qaynaqlanmış silindirik şüşə kolbadır 1. Ayaqcıqda bispiral şəkildə volfram elektrod 3 quraşdırılmışdır. Elektrodun udan kontakt çıxışları 5 olan sokola 4 çıxarılmışdır. Elektrodlar yüksək termoelektrik emissiya təmin edən oksidlə örtülmüşdür. İçərisindən hava çıxarıldıqdan sonra kolbanın daxilinə arqon və bir az civə əlavə edilmişdir. Arqon volfram spiralın tozlanmasının qarşısını alır.
Şək. 3.1. Aşağı təzyiqli boşalma lampası: 1-kolba; 2-şüşə ayaqcıq; 3-elektrod; 4-sokol; 5-kontakt ucları. Arqon və civə buxarı qarışığının əlavə vəzifəsi lampanın alışmasına köməklik etməkdir.
Elektrik enerjisi optik şüalanma enerjisinə civə buxarında elektrik boşalması zamanı çevrilir. Bu prossesin energetik F.İ.Ə. 65%-dən artıq ola bildiyi halda, görünən şüalanmalar 2%-dən artıq olmur. Şüalanmanın əsas payı spektrun ultrabənövşəyi sahəsində dalğa uzunluğu 253,7 və 184,9 nm monoxromatik sel kimi cəmlənir. Aşağı təzyiqdə civə buxarında elektrik boşalması - güclü bakterisid şüalanma mənbəyidir. Aşağı təzyiqli bakterisid lampasının (DB-qövslü bakterisid) kolbası UB şüalanmanın S sahəsinə aid yüksək keçmə əmsalına malik xüsusi uviol şüşəsindən hazırlanmışdır. Aşağı təzyiqli qazboşalma lampasının civə buxarında alınandan daha uzun dalğalı şüalanma verməsi üçün kolbanın içəri divarlarına nazik layla sürtülmüş lyuminafor istifadə olunur. Belə lampalarlyuminisent lampaları adlanır. Lyuminisent lampalarında optik şüalanma elektrik enerjisinin ikipilləli çevrilməsi nəticəsində alınır. Əvvəlcə elektrik boşalması prossesində elektrik enerjisi ultrabənövşəyi şüalanması enerjisinə çevrilir. Sonra isə, qövs boşalmasının qısadalğalı UB şüalanması lyuminaforda uzundalğalı ultrabənövşəyi, və yaxud, görünən şüalanmaya çevrilir. İtsehsal olunan lyuminisent lampaları şüalanmasının spektral tərkibi və konstruktiv əlamətlərlə fərqlənirlər. Lyuminisent lampalarının növləşdirilməsi konstruktiv əlamətlərin hərfi işarələri və şüalanma spektrunun xüsusiyyətlərinə əsaslanır. Məsələn, LTBÇ40 lampası aşağıdakı kimi şərh edilir: gücü 40 Vt yüksək rəngkeçirmə qabiliyyətli, isti - ağ lyuminisent lampası. Çox zaman işıqlanma lyuminisent lampalarının şüalanması rəng temperaturu ilə xarakterizə edilir. Bu temperatur eyni rəngli şüalanma yaradan mütləq qara cismin temperaturuna uyğundur. Belə ki, ayrı-ayrı lampaların rəng temperaturu aşağıdakı kimidir:
LB (lyuminisent ağ) - 3500K, LD (lyuminisent gündüz) - 6500 K, LXB (lyuminisent soyuq – ağ) – 4800 K, LTBÇ– 2700 K. Lyuminisent lampasının staterli birləşmə sxemi – lampanın impuluslu alışmasını və daxilində qövslü boşalmanın sabitləşməsini təmin edən standart sxemdir. Lyuminisent lampasının etibarlı alışması üçün onun elektrodları 1000 K temperature qədər qızdırılır. Bununla, elektrodların oksid örtüyünün termoelektron emissiyası hesabına elektrodlar aralığı ionlaşdırılır, alışma gərginliyi isə azalır. Lampada elektrodların qızdırılması və qövslü boşalmanın alışması starter və drossel vasitəsilə alınır. Starter kiçicik zəif közərmə boşalmalı qazboşalma lampasıdır. Starterin elektrodlarından biri bimetaldır, o qızdırıldıqda genişlənir və öz vəziyyətini dəyişərək ikinci tərpənməz elektrodla qapanır. Bəzən yarımkeçirici starterlər istifadə edilir. Standart starterli sxemdə şək. 3.2. EL lyuminisent lampası dəmir nüvəli drossel olan induktiv ballast LL müqaviməti ilə ardıcıl qoşulmuşdur.