Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin nəzdində


Plan Plan 1.Lyuminesent lampalarının əsas xarakteristikaları



Yüklə 169,61 Kb.
səhifə3/7
tarix17.12.2022
ölçüsü169,61 Kb.
#121277
1   2   3   4   5   6   7
Elektirik işıqlanması (1)

2.Plan
Plan 1.Lyuminesent lampalarının əsas xarakteristikaları.
Müasir lyuminisent lampalarında istifadə edilən elektrik enerjisinin 20% görünən şüalar diapazonlu dalğalara çevrilir. Bu lampaların işıq qaytarması eyni güclü közərmə lampalarına nisbətən 4...6 dəfə çoxdur. İstehsal olunan lyuminisent lampaları əsasən vahid güc və enerjinin şüalanma spektrunda paylanmasına görə fərqlənir. Gücü 15 və 20 Vt olan lampalar 127 V, gücü 30, 40, 80, 125,150 Vt olan lampalar 220 V gərginlik üçün hesablanmışlar. Lyuminisent lampalarının işıq texnikası xüsusiyyətlərinə bir sıra əsas faktorlar təsir edir. Misal kimi aşağıdakıları göstərmək olar: vahid güc, lyuminaforun tərkibi, ballast müqavimətinin növü, lampanın ölçüləri və s. Lyuminisent lampalarının effektiv işıq qaytarması lyuminaforun tərkibi və vahid gücdən asılıdır. Bu lampaların işıq qaytarması 80 lm/Vt-a çatır, parlaqlığı isə közərmə lampalarına nisbətən 200 … 300 dəfə azdır. Şüalanmanın eyni spektral tərkibli lampaları arasında 40 Vt gücündə lampalar ən yüksək effektiv qaytarmaya malikdir. Lyuminisent lampalarının istismar göstəriciləri daim yaxşılaşdırılır. Ümumi məq- sədli işıqlanma lyuminisent lampalarının orta yanma müddəti 12000... 15000 saat təşkil edir. İstismar prosesində şüalanma selinin xeyli azalması müşahidə olunur: işləmə müddətinin sonunda nominal qiyməti 60% - ni təşkil edir. Közərmə lampaları ilə müqayisədə lyuminisent lampalarının əsas parametrləri qidalandırıcı 78 şəbəkənin gərginliyinin dəyişməsindən az asılıdır (onların xarakteri təcrübi olaraq xəttvaridir, beləki, gərginliyin 1% dəyişməsi işıq selinin 1%, gücün 2%, işləmə müddətinin 3...4% dəyişməsinə səbəb olur). Gərginliyin dəyişməsinin lyuminisent lampalarının parametrlərinə təsir dərəcəsi onun birləşmə sxemi və ballast müqavimətinin növü ilə təyin olunur. Məsələn, starterli sxemlərdə gərginliyin artması, eləcədə, azalması eyni dərəcədə elektrodların işinə və eləcədə lampanın işləmə müddətinə mənfı təsir göstərir. Lyuminisent lampalarının işıq qaytarması şəbəkənin gərginliyinin dəyişməsindən az asılıdır və gərginlik azaldıqda cüzi arta bilər. Şəbəkənin gərginliyinin dəyişməsi lampanın işinin etibarlılığına təsir göstərir. Gərginliyin 10%-dən çox azalması lampanın işə düşməməsinə, 20% artıq azalması isə lampanın sönməsinə səbəb olur. Lyuminisent lampalarının işinə əhatə edən mühitin faktorları da əhəmiyyətli təsir göstərir. Havanın temperaturunun mənfi və müsbət tərəfə 20...25°C dəyişməsi lampanın şüalanma selinin və effektiv qaytarmanın azalmasına səbəb olur. Havanın temperaturunun göstərdiyimiz hüdudlardan daha əhəmiyyətli dərəcədə dəyişməsi lampanın işə düşmə şərtlərini pisləşdirir. Havanın temperaturunun kiçik müsbət qiymətlərində işə düşmə gərginliyi 20...25% yüksəlir, mənfi temperaturda lyuminisent lampasının işə düşmə ehtimalı sıfıra yaxındır.

Hava temperatunun nisbi nəmliyinin 50%-dən çox artması lampanın işə düşmə gərginliyinin yüksəlməsi ilə müşahidə olunur. Dəyişən cərəyan şəbəkəsindən qidalanan hərhansı şüalamna mənbəyində şüalanma pulsasiyası baş verir. İstilik şüalanması əsaslı mənbələrdə közərmə telinin istilik ətalətinə görə, təcrübi olaraq pulsasiya hiss edilmir. İşıq selinin pulsasiyası görmə üzvlərinə mənfi təsir göstərir, iş qabiliyyətini aşağı salır. Xüsusən qeyd etmək lazımdır ki, işıq selinin periodik pulsasiyası şəraitində yaranan stroboskopik 79 effekt halı hərəkat edən cisimləri görmək qabiliyyətini pozaraq, zədələn-mə qorxusu yaradır. Belə hallarda, lyuminisent lampası ilə işıqlandırılan fırlanan, və yaxud işıq selinin pulsasiyasına müvafiq dəfəliklə rəqs edən obyektin hərəkət etməməsi iliüziyası yaranır. Odur ki, istehsalat və sair binaları lyuminisent lampaları ilə işıqlan-dırdıqda stroboskopik effektin aradan qaldırılması üçün tədbirlər nəzərdə tutulmalıdır. Bunun üçün aşağıdakı tədbirləri görmək olar: lyuminisent lampalarını bina daxilində qrulaşdıraraq üç fazalı dəyişən cərəyan şəbəkəsinin ayrı-ayrı fazalarına qoşmaq, lampaları xüsusi faz sürüşməsi sxemləri vasitəsilə qoşmaq, onları yüksək tezlikli şəbəkələrdə istifadə etmək. Lyuminisent lampalarının közərmə lampaları ilə müqayisədə: a) üstünlükləri — daha əlverişli spektral tərkib, daha yüksək işıq qaytarma (eyni güclü lampalarda 4...6 dəfə), xeyli kiçik parlaqlıq dərəcəsi, böyük işləmə müddəti; b) qüsurları - əlavə bahalı işəsalıcı-nizamlayıcı apparatlara tələb edən mürəkkəb birləşmə sxemi, iş göstəricilərinin əhatə edən mühitdən asılılığı, stroboskopik effektəsəbəbolan işıq selinin pulsasiyası, istehsal edilən lampaların nisbətən kiçik vahid gücü, işləmə zamanı aşağı etibarlılığı. Ümumi təyinatlı lyuminisent lampalarının əsas parametrləri əlavədə verilir.





Yüklə 169,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin