Tədqiqatın obyekti və predmeti. Dissertasiya işinin tədqiqat obyekti ingilis dilinin qayıdış əvəzlikləridir. Qayıdış əvəzlikləri şəkilçi vasitəsi ilə, yəni -self, -selves morfemi birinci və ikinci şəхs tək və cəm yiyəlik əvəzliklərinin, üçüncü şəхs tək və cəm оbyеkt hаl şəхs əvəzliklərinin sоnunа artırmaqla düzəldilir, məsələn: myself, yourself, ourselves, yourselves, himself, herself, itself, themselves. Bu sözlər Azərbaycan dilinə aşağıdakı kimi tərcümə edilirlər: myself-özüm, yourself-özün,ourselves-özümüz, yourselves-özünüz, himself-özü(kişi cinsi), herself-özü (qadın cinsi), itself –özü (cansız), themselves –özləri.
Tədqiqat işinin predmeti əvəzliklərin praqmatik təhlilidir. Praqmatika kontekstdən asılı olaraq dəyişən mənanı öyrənir.
Dostları ilə paylaş: |