Elektron -hökümət vaxtımıza və büdcəmizə qənaətdir.
Elektron hökümət - İKT-nin geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini və insanların bütün sahələrdə əlaqələrinin asanlaşdırılımasını nəzərdə tutur.Eyni zamanda bütün dövlət idarələri ilə internet vasitəsi ilə əlaqənin yaradılması və şəffaflığın təmin olunmasına şərait yaradır.Öz iqtisadiyyatımızın inkişaf yollarından biri müxtəlif idarəetmə sahələrində informasiya texnologiyalarının tətbiq etməkdir.
“Elektron hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.
E-hökumətin rolu mühüm problemləri həll etmək üçün cəmiyyət və dövlət arasında qarşılıqlı əlaqə mexanizminin təkmilləşdirilməsi, ictimai xidmətlərin və enerji ictimai həyata təmin edilməsi üçün prosedurların sadələşdirilməsi, şəffaflığın və aşkarlığın təmin edilməsi, hökumət qərarlarının keyfiyyətinin yaxşılaşdırılması, dövlət aparatının xərcləri azaltmaq əhalinin hüquqi biliklərinin artırılması və ictimai informasiya və kommunikasiya texnologiyaları ilə hakimiyyətinin həyatda təmin etmək üçün güc, həyata, müasir informasiya cəmiyyəti qarşısında cavab verir.
“Elektron hökumət” Portalı bizim cəmiyyətdə yenilikdir və bir çox dövlət qurumları tərəfindən təqdim olunan e-xidmətlər ilkin tətbiq mərhələsindədirlər. Hər bir dövlət qurumunda onların tam tətbiq edilməsi, daha cəlbedici formada yaradılması istiqamətində işlər aparılır. Yeni e-xidmətlərin həyata keçirilməsi və vətəndaşlara təqdim edilməsi əhali arasında (cəmiyətdə) dövlət qurumunun nüfuzunu artıran amillərdəndir.
Dövlət qurumları və yerli icra hakimiyyət orqanları tərəfindən idarəetmə üsullarının keyfiyyətinin artırılması, dövlət sektoru tərəfindən yeni informasiya və komunikasiya texnologiyalarının tədbiq edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Elektron hökümətin(www.e-gov.az) əsas istiqamətləri:
1)E-hökumətin və onun istifadəçilərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılması
2) E-hökumət infrastrukturunun əsas komponentlərinin yaradılması
3) “Bir pəncərə” prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsi
4) Dövlət qulluqçularının, İKT üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi
5) E-hökumət infrastrukturunun və informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin, fərdi məlumatların mühafizəsinin təmin olunması
6) Əhali qruplarının informasiya texnologiyaları sahəsində savadlılıq səviyyəsinin artırılması, e-hökumət xidmətlərinə çıxışının təmin olunması
7)Dövlət idarəçiliyndə texnologoyaların genişlənməsi.
Belə ki, elektron dövlət, ictimai xidmətləri təmin etmək və onun birlik və ərazi bütövlüyünü təmin, informasiya və kommunikasiya texnologiyalarından istifadə, əhalinin hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanlarını təmin etmək üçün dövlət orqanları və ictimaiyyət arasında qarşılıqlı fəaliyyət metodur.
"Elektron hökumət" sadələşdirilmiş formada yeni informasiya texnologiyalarının tətbiqi ilə dövlət orqanlarının və vətəndaşların xüsusi kommunikasiya infrastrukturunun genislənməsi səbəb ola bilər.Yeni texnologiyalar, informasiya texnologiyalarının tətbiqi şəhərlərinin inkişafı üçün çox vacibdir .
"E-hökumət" anlayışı İngilis anlayışı olan e-governmentuyğundur. Elektron hökumət bütövlükdə dövlətə müraciət müddətində istifadə olunur.
E-hökumət infrastrukturunun əsas komponentləri
1)E- dövlət orqanlarının vahid şəbəkə infrastrukturu
2)E-hökumət portalı
3)E-hökumət şlüzü
4)İnformasiya resursları və sistemlərinin dövlət reyestri
5)E-imza üzrə milli infrastruktur
6)E-sənəd dövriyyəsi üzrə milli infrastruktur (hazırlanmaqdadır)
7)E-hökumət verilənlər mərkəzi (data-center) (hazırlanmaqdadır
Elektron hökumət - informasiya elektron emalı, ötürülməsi və yayılması əsasında hökumət sistemi. E- hökumət xidmətlərinin təmin forması tam avtomatlaşdırılmış.
Ölkəmizdə belə yeniliklərin çox yerlərdə hətda ən ucqar yerlerdə bele rast gəlmək olar.
Gündən günə inkişafda olan öz ölkəmizdə də bunu görmək mumkündür. Bu gün demek olar ki bütün sahələrdə İKT-nin tətbiqi ilə rastlaşırıq. Bu xüsusi ilə zamana qənaət prinisipini heyata keçirir. Əgər bir neçe il geriye dönsək ,görərik ki indi hər şey İKT-nin tətbiqi ilə nəqədər hasandlaşıb.Ən sadə bir misal:əgər bir məktub sahibinə 1 aya ,15 günə çatırdırsa bugün biz buna İKT vasitəsi llə 1 saniyəyə nail ola bilərik.Bu gün İKT ele bir inkişaf nöqtəsindədir ki, ayrı-ayrı qitələrdə yaşayan qohum –qardaş bir-birləri ilə Skype vasitəsi ilə görüntülü danışıq bele edirlər. Bəli eletron hökümət layıhəsi bugun bütün sahələrdə bizim üçün rahat yaşamaqa şərait yaradıb.Hər hansı bir məsələ üçün bir şəhərdən digərinə artıq getmək zərurətində qalmırıq ,çünki bunların hamısı internet vasitəsi ilə həll oluna bilir.
“Elektron hökumət” portalının gətirdiyi asanlıqlar nədir?
Qurumlar tərəfindən təqdim olunan xidmətlərə tək bir internet saytı üzərindən daxil olma imkanının təqdim edilməsidir. Həmçinin qurumların xidmətləri ilə əlaqədar doğru və aktual məlumatlara çatma imkanı təmin etməkdədir.
“Elektron hökumət” portalında yerləşdirilən bəzi elektron xidmətlər üçün (vergi, rüsum və s.) ödəniş edilməsi, lazım gəldikdə bu əməliyyatların Portal üzərindən təhlükəsiz şəkildə aparılmasının mümkünlüyü.
Elektron xidmətlər (e-xidmətlər) üçün dövlət qurumları tərəfindən hər hansı bir vergi, rüsum ödənilməsi nəzərdə tutulmayıbsa, “Elektron hökumət” portalı üzərindən istifadə ediləcək e-xidmətlər üçün əlavə bir haqq tətbiq olunmur.
Hətda şəhər-rayon daxilində olan komunal ödəmələri bele evde oturaraq internet vasitəsi ilə reallaşdırmaq mümkündür. Biz bugün elektron höküməti səyyah şəkilində rayonlarda ,kəndlərdə bele görürük.Bügünlərdə İsmayıllı rayonunun mərkəzində İnsanların çox toplanmasını görüb məndə ora yaxınlaşdım .Görün nəqədər bizim ölkəmiz inkişaf edib-Asan xidmət yazılıan böyuk avtobuslarla bir qrup numayəndə əhaliyə bütün sahalərdə onlara lazım olan məsələləri ən qısa vaxtda həll etmək üçün əllərindən gələni edirlər.
Bəli bugün gənc ailələr qurularkən
kəbinlərini məhz www.e-gov.az(http://www.1news.az/society/20130729051150922.html )saytina muraciət etməklə reallaşdıra bilərlər.
Təbii ki bunu hər kəs görür və qiymətləndirir və işi təşkil edən hər kəsə dərin minnətdarlığımızı bildiririk. Biz bu xidmət vasitəsi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliyy və şəffavlığının şahidi olduq.Həmçinin içtimai qərarların qəbulunda vətəndaşların yaxından iştirakının şahidi olduq.
Elektron imza proqramı vasitəsilə istənilən vətəndaş internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və onlayn qaydada ödəniş etməklə elektron imza kartı sifariş edə bilər. Tətbiq edilən yenilik xidmətin keyfiyyətini yüksəltmək, operativliyi təmin etməklə yanaşı, elektron imza sertifikatlarının alınmasında yarana biləcək vaxt itkisinin qaşısını alır.
Çox böyük sürətlə inkişaf eden texnologiyalar dövründə təbii ki təhsil sahəsi de İKT –siz qala bilməzdi.Məhz bunun nəticəsidir ki ,bu gün düny mektebleri bir araya gelerek artiq ozleri yeni İKT layihelri hazirlayaraq dünya arenasina çıxırlar.
Bu gun bu bir heqiqetdir ki kend mektebleri bele İnternet vasitəsi ile muxtəlif lahiyələrə qosularaq musabiqe qalibleri olurlar,ve bütün emeliyyatlar İKT vasitesi ile heyata kecirilr.
Tebii ki biz de mektəb sahəsinde çalışdiqimiz üçün bele lahiyerde yaxindan iştirak edirik.Bele İKT lahiyelerinden biride “Elektron tehsil” lahiyesedir.
Elekton təhsil ənənəvi təhsil ilə muqaisədə bir çox .faydalı cəhətlərə malikdir. Birinci-qənaət demekdir.İstifadəcilər ayrı – ayrı nöqtələrdə yaşayaraq yataqxana və nəqliyyat xərslərinə qənaət edirlər.Elektron kursları muəllimlərin nəzarəti olmadan keçirlər.
Bu lahiyə 2010 cu ildə baçlamışdır.Və çox sevindirici haldir ki artiq bu musabiqe sayti bir tehsil resursuna çevirilmişdir.Her kese lazimli materiallari ya yukleye ve ya izleye biler.
Biz öz növbəmizdə məktəbimizin bloqunu yaratmışıq və çox sevindirici haldır bi il yuksək bal toplayaraq musabiqənin qalibi olmusdur.(http://ismailliculyanvillagesecondaryschool.blogspot.com/)Bütün online ingilis dilini öyrənənləri bu bloqa dəvət edirik.
Bugun IKT sayesinde olan inkişafin nəticəsidir ki xarici olkələrdə təhsil almaq istəyənlər öz sənədlərini,ixtisas seçimlərini internet vasitəsi ilə təqdim edirlər.
Həmçinin internet vasitəsi ilə digər musabiqələ qatılaraq sertifikatlar vəhədiyələr əldə edirik.
MY NAME AROUND THE WORLD,
The Global Motherland Festival – 2011, OLE project , Bütün bu lahiyələrə biz internet vasitəsi ilə nail oluruq.
Elektron hökümət (www.e-gov. az ) vaxtımıza və büdcəmizə qənaətdir.
İsmayıllı rayon Cülyan kənd orta məktəbin ingilis dili müəllimi Şərafət Bayramov.
(Məqalə yazılarkən www.e-gov.az saytından istifadə olunmuşdur)
Dostları ilə paylaş: |