A photo of myself would be beautiful on that wall.
The photo of herself on the cover of the Nakhchivan News upset Sevil.
She told him he should marry a woman like herself.
She opened the drawers. In the top right-hand one was an envelope addressed to himself.
Yuxarıda verilmiş nümunələr aydın göstərir ki, refleksivlərin istifadəsi həmişə sintaktik məhdudiyyətlərlə izah oluna bilməz. Bir sıra tədqiqatlar loqoforikliyin, vurğunun və ziddiyyətliliyin təsiri ilə qeyri-sintaktik əlaqələnməni araşdıraraq belə bir nəticəyə gəliblər ki, qayıdış əvəzliyi və onun antesedentinin seçilməsi diskurs səviyyəsində müəyyən edilməlidir. Yəni məsələyə verilən kontekst daxilində baxılmalıdır. Bəzi situasiyalarda sadəcə praqmatikanın köməyi ilə bunu müəyyən etmək olur.
Abdulla was pretty anxious at the Nakhchivan hospital. He thought that the surgeon had injected himself with a used needle. There should be an investigation soon.
Sevil was... She thought that the surgeon had injected himself with a used syringe.
Sevda was... She thought that the surgeon had injected herself with a used syringe.
Huseyn was... He thought that the surgeon had injected herself with a used syringe.
Yuxarıda verilən cümlələrdə adı çəkilən insanlar bağlama nəzəriyyəsinə əsasən refleksiv üçün mümkün olan bir antesedent deyillər, həmin cümlələrdə ikinci şəxs olan cərrah sintaktik antesedent ola bilər. Buna görə, buradan belə bir nəticəyə gəlirik ki, bağlama prinsipi müəyyən zamanlarda tətbiq oluna bilər, lakin cümlə mənasının yekun şərhi zamanı mütləq rol oynamır. Bunun üçün sintaktik-diskurs yanaşma adlandıracağımız bir metod təklif edirik. Bu metod təhlil zamanı sintaktik və diskurs prinsiplərinin müvəqqəti olaraq birlikdə tətbiqini nəzərdə tutur.
Anaforanın sintaktik, semantik və praqmatik amillərdən ibarət olduğu artıq qeyd etmişik. Buna əsasən deyə bilərik ki, dillər sintaksis, semantika və praqmatikanın qarşılıqlı təsir göstərmə dərəcələrinə görə bir-biri ilə fərqlənirlər. Məsələn, çin, yapon və koreya kimi dillərdə praqmatika əsas rol oynayır. Digər tərəfdən, ingilis və alman dilləri kimi bəzi dillərdə praqmatik məlumatların yerini qrammatik qaydalar tutur. Anaforanın təhlilinə gəldikdə isə, hətta sintetik dillərdə belə praqmatikanın rolu inkar edilə bilməz və bu əksər dilçilərin qəbul etdiyi bir reallıqdır. Məhz bu səbəbə görə ingilis dili kimi sintetik dillərdə belə anaforanın ifadə etdiyi məna fərqlərini göstərmək üçün neo-Qrays praqmatik nəzəriyyəsindən daha yaxşı bir vasitə tapmaq mümkün deyil. Biz praqmatik yanaşma üçün tamamilə problemli olan refleksivlərin istifadə olunduğu hadisələrə baxmalıyıq. Aşağıdakı nümunələri nəzərdən keçirək:
Q prinsipi bizi qısa, bərabər leksikləşdirilmiş əlaqələrdən fərqli, daha ziddiyyətli bir izaha yönəldir.
1. a) Jalil said to Maryam that there was a picture of himself/him in the cafe.
b) Jalil heard from Bilal that pictures of himself/him would be on sale.
c) The picture of herself/her on the front page of the newspaper confirmed the claims Mary had been making over the years.
d) Those pictures of himself/him taught Hasan an important lesson.
S.Levinsonun nəzəriyyəsinin davamlılığı aşağıdakı ehtimallara əsaslanır. Əvvəla, İ prinsipinə görə birgə istinad verilən zaman qayıdış əvəzliyinin yerinə digər bir əvəzlik istifadə edilməlidir. İkinci olaraq isə, müəyyən bir kontekstdə iki müxtəlif ismi birləşmə ortaya çıxdıqda, onlar Q və M prinsiplərinə əsasən tamamlayıcı şəkildə yerləşdirilməlidirlər [71]. Neo-Qrays qaydalarının şərtlərindən fərqli olaraq, 1-də verilmiş cümlələrdə şəxs əvəzliyi və refleksivlər sərbəst şəkildə dəyişə bilirlər. Yəni qayıdış istifadə edilə bilən yerdə şəxs əvəzliyinin istifadə olunması qeyri-əsas fikri vurğulamağı nəzərdə tutmur. Burada praqmatik analiz və sintaktik şərh arasındakı mühüm fərqə diqqət yetirməliyik. Yəni sonuncu cümlədə qayıdışla yerini dəyişə bilən şəxs əvəzliyinin işlənməsi göstərildiyi halda, ondan əvvəlki cümlədə belə tamamlayıcının istifadə edilə bilməməsi vurğulanır. Q və M nəticələrinə görə istinad nöqtəsini dəyişmək eyham yaradır. Ona görə də, belə hallarda edilən eyhamın başa düşülməməsinin səbəbləri olduğunu göstərə bilsək, refleksivlər həmin formada meydana çıxdıqda, artıq problem yaratmayacaq. Burada problem bəzi cümlələrdə şəxs əvəzlikləri və refleksivlər arasındakı ziddiyyətin açıq-aşkar yoxa çıxmasına nəyin səbəb olduğunu tapmaqdır. Yuxarıda göstərilən cümlələrin ümumi cəhəti odur ki, biz refleksiv əvəzliyinin sintaktik cəhətdən işlənə bilmədiyi yerdə, qeyri-refleksiv əvəzliyinin işlənməyini gözləyirik.
P.Qraysa görə söhbət eyhamlarının başlıca xüsusiyyətləri bunlardır: a) qeyri-sərbəstlik, b) bölünməzlik, c) təxminedilmə, d) qeyri-şərtlilik və e) təsir gücünü artırma [29, s. 175]. Refleksivlər və şəxs əvəzlikləri arasında linqvstik cəhətdən bu cür əlaqəni nəzərə alaraq, S.Kuno iddia edir ki, həm refleksiv, həm də digər bir əvəzlik eyni fərdə aid olur [68]. Beləliklə, 1 a cümləsi ilə 1 b cümləsi eyni deyil. Onun sözlərinə görə refleksivlərin eyni kontekstdə şəxs əvəzlikləri ilə əvəz oluna bildiyi yerlərdə, həm refleksiv, həm də şəxs əvəzliyi istifadə edərək ifadə edilən bəzi incə məna fərqlərini tapa bilərik. Bu zaman bir refleksivin istifadəsi danışanın antesedentinin əvvəlki nöqteyi-nəzərini əsas götürməyi tələb edə bilər, lakin qeyri-refleksiv əvəzlik normal, obyektiv fikri ifadə edir.
Hətta generativ qrammatiklər belə anafora bölgüsünün semantik xüsusiyyətlər ilə əlaqəli ola biləcəyini etiraf edirlər. Lakin onların əsas fərziyyəsi odur ki, bu semantik qaydalar digər vasitələrə deyil, cümlənin struktur xüsusiyyətlərinə tabe olurlar.
Dostları ilə paylaş: |