Azərbaycan respublikasi əlyazması hüququnda İNGİLİs diLİNDƏ qayidiş ƏVƏZLİKLƏRİNİn praqmatikasi


himself. 2. Vali said Huseyn likes himself



Yüklə 297,74 Kb.
səhifə31/34
tarix02.02.2022
ölçüsü297,74 Kb.
#114032
1   ...   26   27   28   29   30   31   32   33   34
1. Vali likes himself.

2. Vali said Huseyn likes himself.

3. Susan told her she should hire a new employee like herself.

4. Sevda suggested that the manager pay both the child and herself for their time.

1-ci cümlədə himself qayıdış əvəzliyi üçün tək antesedent cümlənin mübtədasıdır. Cümlədə başqa ismi ifadələr verilmədiyi üçün onu təyin etmək asandır. Amma 2-ci cümlədə ifadə olunan qayıdış əvəzliyinin antesedenti üçün iki versiya mümkündür. Burada qayıdış əvəzliyinin Vəlini yoxsa Hüseyni ifadə etdiyi aydın başa düşülmür. Belə situasiyalarda əsasən qayıdış əvəzliyinin özünə ən yaxın ifadə olunan ismi ifadəyə aid olduğunu düşünsək, himself qayıdış əvəzliyinin Hüseynin antesedenti olduğunu fərz edə bilərik. 3-cü cümlədə vəziyyət daha qarışıqdır. Burada iki şəxs əvəzliyi və bir qayıdış əvəzliyi verilmişdir. Cümlədə verilən she əvəzliyinin istinad nöqtəsi hər iki şəxs, yəni həm danışan Süsən, həm də dinləyən tərəf ola bilər. She əvəzliyindən asılı olaraq, herself əvəzliyinin də istinad nöqtəsi dəyişir. 4-cü cümlədə də eyni şəkildə iki tərəf var və herself əvəzliyinin antesedentinin hansı olduğu cümlədən başa düşülmür. Həmçinin antesedent dəyişdikcə də, cümlənin ifadə etdiyi məna da dəyişir. Yuxarıda verilmiş cümlələri daha yaxından nəzərdən keçirərək fikrimizi daha aydın ifadə edə bilərik.

Əslində qayıdış əvəzlikləri birgə istinad bildirən antesedentləri ilə indeksləşdirilməlidirlər. Yəni Q prinsipinə görə şəxs əvəzliyi işlənməli olan yerdə qayıdış əvəzliyi işlədilərsə, uyğun ikili istinad ifadə edəcəkdir. Aşağıda verilən cümlələrmiz buna nümunə ola bilər.


  1. Vali said Huseyn likes himself.

  2. Vali said Huseyn likes him.

Burada a cümləsindəki himself əvəzinə b cümləsindəki him əvəzliyi istifadə olunsa, istinad nöqtəsi sadəcə Vəli olacaqdır. Növbəti cümlədə isə bunun tam əksini müşahidə edə bilərik.

  1. Susan told her she should hire a new employee like herself.

  2. Susan told herself she should hire a new employee like herself.

Yuxarıdakı a cümləsində her şəxs əvəzliyi, b cümləsində isə herself qayıdış əvəzliyi işlənmişdir. Burada şəxs əvəzliyinin yerinə qayıdış əvəzliyi işlətdikdə, cümlədəki bütün əvəzliklər tək bir istinad nöqtəsi bildirir. Bu da Süsənin özüdür. Çünki İ prinsipinə əsasən şəxs əvəzliyi işlənməli olan yerdə sintaktik cəhətdən qayıdış əvəzliyinin istifadə edilməsi tək antesedent olmasına səbəb olacaqdır. M prinsipinə görə isə bir əvəzlik və ya açıq ifadə olunan ismi ifadənin əvəzinə bir refleksivin istifadə edilməsi qeyri-müəyyənlik və ya ziddiyyətli vurğu ifadə edəcəkdir. Buna nümunə olaraq aşağıdakı cümlələri göstərə bilərik:

  1. Sevda suggested that the reporter pay both the victim and herself for their time.

  2. Sevda suggested that the manager pay both the child and her for their time.

Bu cümlələrdə isə her şəxs əvəzliyinin işlədilməsi qeyri-müəyyənliyi aradan qaldırır. İngilis dilində refleksivlər yalnız yerli bağlamağa əlaqəsinə malik olurlar. Ona görə ingilis dilində danışanlar antesedent seçimində daha çox praqmatik amillərə əsaslanırlar. İnsanların praqmatik biliyi refleksivlərin şərhində vacib rol oynayır və cümlədə qayıdış əvəzliklərini antesedent ilə əlaqələndirən zaman onun istifadə yeri antesendent seçiminə təsir edir.

Sıfır dəyişilmə. Təhlillər zamanı rast gəldiyimiz digər nəzərə çarpan hadisə isə qayıdış əvəzliyi qəbul etməyən feillərdir. Bir qism feillər vardır ki, onlardan sonra qayıdış əvəzliyi işlənmir, çünki kontekstdən asılı olaraq o mənanı verir. Həmin feillər bunlardır:



  1. Heç vaxt işlənməyənlər: to feel, to meet, to concentrate və to relax.


Yüklə 297,74 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin