Azərbaycan respublikasi konstitusiyasi və HÜququn əsaslari


Naxçıvan Muxtar Respublikasının prokurorunu vəzifəyə kim təyin edir?



Yüklə 0,63 Mb.
səhifə2/7
tarix10.06.2018
ölçüsü0,63 Mb.
#53283
1   2   3   4   5   6   7

Naxçıvan Muxtar Respublikasının prokurorunu vəzifəyə kim təyin edir?

  1. Məhkəmə - Hüquq Şurası

  2. Azərbaycan Respublikasının Prezidenti

  3. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

  4. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

  5. Nazirlər Kabineti

  • Naxçıvan Muxtar Respublikasının statusu nə ilə müəyyən edilir?

    1. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə

    2. Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə

    3. Milli Məclisin qərarı ilə

    4. Nazirlər Kabinetinin qərarı ilə

    5. Azərbaycan Respublikasının Konstitusiyası ilə

  • Naxçıvan Muxtar Respublikasının Konstitusiyası hansı aktla təsdiq edilir?

    1. Nazirlər Kabinetinin qərarı ilə

    2. Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə

    3. Milli Məclisin qərarı ilə

    4. Azərbaycan Respublikasının konstitusiya qanunu ilə

    5. Naxçıvan Muxtar Respublikasının Konstitusiya qanunu ilə

  • Naxçıvan Muxtar Respublikasının icra hakimiyyətini hansı orqan həyata keçirir?

    1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri

    2. Naxçıvan Muxtar Respublikasının prokuroru

    3. Naxçıvan Muxtar Respublikasının Baş naziri

    4. Naxçıvan Muxtar Respublikasının Nazirlər kabineti

    5. Yerli icra hakimiyyəti başçıları

  • Naxçıvan Muxtar Respublikasının qanunvericlik hakimiyyətini hansı orqan həyata keçirir?

    1. Naxçıvan Muxtar Respublikasının prokuroru

    2. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi

    3. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

    4. Naxçıvan Muxtar Respublikasının Baş naziri

    5. Naxçıvan Muxtar Respublikasının bələdiyyələri

  • Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi kimdir?

    1. Baş nazir

    2. Respublika prokuroru

    3. Daxili işlər naziri

    4. Ali Məhkəmənin sədri

    5. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri

  • Naxçıvan Muxtar Respublikasının Ali Məclisi neçə nəfər üzvdən ibarətdir?

    1. 55

    2. 75

    3. 35

    4. 45

    5. 65

  • Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin səlahiyyət müddəti neçə ildir?

    1. 6

    2. 4

    3. 8

    4. 5

    5. 7

  • Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini hansı orqan təsdiq edir?

    1. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

    2. Ali Məclisin sədri

    3. Baş nazir

    4. Baş prokuror

    5. Daxili işlər naziri

  • Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarını vəzifəyə kim təyin edir?

    1. Daxili işlər naziri

    2. Ali Məclisin sədri

    3. Azərbaycan Respublikasının Prezidenti

    4. Milli Məclisin sədri

    5. Baş nazir

  • Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin aktları hansıdır?

    1. Qərar və sərəncamlar

    2. Əmrlər

    3. Təqdimatlar

    4. Qanunlar

    5. Dekretlər

  • Yerlərdə özünüidarəni kim həyata keçirir?

    1. Əhali

    2. Prezident

    3. Bələdiyyələr

    4. Milli Məclis

    5. Yerli icra hakimiyyəti başçıları

  • Bələdiyyələrin statusunun əsasları hansı sənədlə müəyyən edilir?

    1. Prezident fərmanı

    2. Azərbaycan Respublikasının Konstitusiyası

    3. Milli Məclisin qərarı

    4. Ədliyyə Nazirliyinin qərarları

    5. Hökumətin qərarları

  • Bələdiyyənin iclaslarını kim çağırır?

    1. Seçicilər

    2. Sədrin müavini

    3. Bələdiyyə üzvləri

    4. Bələdiyyənin sədri

    5. İcra başçısı

  • Bələdiyyənin fəaliyyət vasitəsi nədir?

    1. Ümumi yığıncaq

    2. İclaslar, daimi və başqa komissiyalar

    3. Şura iclası

    4. Seçkilər

    5. Konfrans

  • Yerli vergilər və ödənişlər harada müəyyən edilir?

    1. Yerli icra hakimiyyətində

    2. Hökumətin iclasında

    3. Vergilər Nazirliyində

    4. Bələdiyyənin iclasında

    5. Maliyyə Nazirliyində

  • Bələdiyyənin qərarları necə qəbul edilir?

    1. Bələdiyyə üzvlərinin beşdə üç səs çoxluğu ilə

    2. Bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə

    3. Bələdiyyə üzvlərinin dörddə üç səs çoxluğu ilə

    4. Bələdiyyə üzvlərinin beşdə iki səs çoxluğu ilə

    5. Bələdiyyə üzvlərinin üçdə bir səs çoxluğu ilə

  • Yerli vergilər və ödənişlər barədə bələdiyyə qərarları necə qəbul edilir?

    1. Bələdiyyə üzvlərinin üçdə bir səs çoxluğu ilə

    2. Bələdiyyə üzvlərinin dörddə üç səs çoxluğu ilə

    3. Bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə

    4. Bələdiyyə üzvlərinin beşdə iki səs çoxluğu ilə

    5. Bələdiyyə üzvlərinin beşdə üç səs çoxluğu

  • Qanunlar nəyə zidd olmamalıdır?

    1. Milli Məclisin qərarına

    2. Fərmanlara

    3. Ədliyyə Nazirliyinin qərarlarına

    4. Hökumətin qərarlarına

    5. Konstitusiyaya

  • Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmə qərarı nəyə əsaslanmalıdır?

    1. Yalnız sübutlara

    2. Yalnız qanuna

    3. Qanuna və sübutlara

    4. Məhkəmə qərarlarına

    5. Hakimin inamına

  • Bələdiyyələrin fəaliyyətinə kim nəzarət edir?

    1. İcra başçıları

    2. Hökumət

    3. İcra hakimiyyəti

    4. Seçicilər

    5. Dövlət

  • Bələdiyyələr öz fəaliyyəti barədə kimə hesabat təqdim edirlər?

    1. Azərbaycan Respublikasının Milli Məclisinə

    2. Ədliyyə Nazirliyinə

    3. Yerli icra hakimiyyətinə

    4. Prezident Administrasiyasına

    5. Bələdiyyələrin assosiasiyasına

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə daxildir:

    1. Prezident, Baş nazir və onun müavinləri

    2. Prezident

    3. Prezident və Baş nazir

    4. Baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri.

    5. Baş nazir, onun müavinləri və nazirlər

  • Azərbaycan Respublikasının Prezidenti yeni seçildikdə Nazirlər Kabineti istefa verir:

    1. Prezident öz vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün

    2. Prezident öz vəzifəsini tutduğu gün

    3. Prezident öz səlahiyyətlərini icra etməyə başladığı gün

    4. Prezident işə başladıqdan üç gün sonra

    5. Prezident işə başladıqdan beş gün sonra

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına bir qayda olaraq sədrlik edir:

    1. Prezident

    2. Baş nazir

    3. Prezident və Baş nazir

    4. Prezident Administrasiyasının rəhbəri

    5. Növbə ilə Prezident, Baş nazir, Prezident Administrasiyasının rəhbəri

  • Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsini:

    1. Nazirlər Kabineti hazırlayıb Milli Məclisə təqdim еdir

    2. Milli Məclis hazırlayıb Baş nazirə təqdim edir

    3. Deputatlar qrupu hazırlayıb Baş nazirə təqdim edir

    4. Nazirlər Kabineti hazırlayıb Prezidentə təqdim edir

    5. Milli Məclis hazırlayıb Prezidentə təqdim edir

  • Ümumi qaydalar müəyyən etdikdə, Nazirlər Kabinetinin qəbul etdiyi aktlar:

    1. Normativ aktlar

    2. Sərəncamlar

    3. Hüquqi aktlar

    4. Qərarlar

    5. Normativ-hüquqi aktlar

  • Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilir:

    1. Azərbaycan Respublikasının vətəndaşı olanlar

    2. Başqa dövlətlər qarşısında öhdəliyi olmayanlar

    3. Yaşı 25-dən aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı

    4. Seçkilərdə iştirak hüququna malik və ali təhsilli olanlar

    5. Yaşı 25-dən çox olmayan və seçkilərdə iştirak etmək hüququna malik olanlar

  • Azərbaycan Respublikasının nazirlərinə aid tələblər:

    1. Heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə

    görə aldığı vəsaitdən başqa məvacib ala bilməз

    B) Məvacibdən başqa heç bir vəsait ala bilməz

    C) Kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz

    D) Heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz



    E) Heç bir seçkili və ya təyinatlı vəzifə tuta bilməz

    1. Baş nazir barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilir:

      1. İnzibati tənbeh tətbiqi ilə əlaqədar çağırışa gəlmədikdə

      2. Təqsirini etiraf etmədikdə

      3. Təkrarən inzibati xəta törətdikdə

      4. Heç bir halda

      5. Törətdiyi inzibati xəta ictimaiyyətin mühakiməsinə səbəb olduqda

    2. Baş nazir şəxsi müayinə edilə bilər:

      1. Hüquq mühafizə orqanlarına tabe olmursa

      2. Tabe olmursa

      3. Spirtli içki qəbul etmişsə

      4. Cinayət başında yaxalanarsa

      5. Törətdiyi cinayətlə bağlı müayinəsi zəruridirsə

    3. Baş nazir cinayət başında yaxalandıqda bu barədə xəbər verilir:

      1. Azərbaycan Respublikasının Baş Prokuroruna
        B) Prezidentə
        C) Konstitusiya Məhkəməsinə
        D) Milli Məclisin sədrinə
        E) Prezident Administrasiyasının rəhbərinə

    4. Baş nazirin tutulması barədə xəbər verir:

      1. Prokurorluq orqanının əməkdaşı
        B) Milli Təhlükəsizlik orqanının əməkdaşları
        C) Polis əməkdaşları
        D) Ədliyyə Nazirliyinin əməkdaşı
        E) Onu tutan orqan

    5. Baş nazirin toxunulmazlığına xitam vermək huququna malikdir:

      1. Sadə səs çoxluğu ilə deputatlar
        B) Baş Prokuror
        C) Milli Məclisin sədri
        D) Prezident
        E) Mütləq səs çoxluğu ilə deputatlar

    6. Baş nazirin toxunulmazlığına xitam verilməsinin əsasında durur:

      1. Baş Prokurorun təqdimatı
        B) Deputatların razılığı
        C) Konstitusiya Məhkəməsinin rəyi
        D) Milli Məclisin qərarı
        E) Baş naziri tutan orqanın təqdimatı

    7. Məhkəmə icraatı qaydası müəyyən edilir:

      1. Qərarla
        B) Normativ aktla
        C) Qanunla
        D) Fərmanla
        E) Sərəncamla

    8. Hakimlərin eyni zamanda məşğul ola bildiyi fəaliyyət növü:

      1. Yaradıcı
        B) Elmi
        C) Pedaqoji
        D) Elmi, pedaqoji və yaradıcı
        E) Elmi və yaradıcı

    9. Ədalət mühakiməsi həyata keçirilir:

      1. Vətəndaşların qanun qarşısında bərabərliyi əsasında
        B) Vətəndaşların şərəf və ləyaqətinin toxunulmazlığı əsasında
        C) Vətəndaşların hüquq bərabərliyi əsasında
        D) Vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında
        E) Vətəndaşları məhkəmə qarşısında bərabərliyi əsasında

    10. İşə qapalı iclasda baxılmasına yol verilir:

      1. Vətəndaşların şəxsi həyatının məxfiliyini qorumaq zərurətinin mövcudluğu müəyyən edilən halda
        B) Dövlət sirrinin açılmasının güman ediləcəyi halda
        C) Dövlət, peşə və kommersiya sirrinin açılmasının güman ediləcəyi halda
        D) Dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağı güman edildiyi, ya da vətəndaşların şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətinin mövcudluğunun yarandığı halda
        E) Peşə sirrinin açılmasının güman ediləcəyi halda

    11. Məhkəmə icraatının həyata keçirildiyi prinsip:

      1. Çəkişmə və bilavasitəlik
        B) Çəkişmə
        C) Fasiləsizlik
        D) Bilavasitəlik
        E) Çəkişmə və fasiləsizlik

    12. Azərbaycan Respublikasında məhkəmə icraatı aparılır:

      1. Müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində
        B) Zərərçəkmiş şəxsin bildiyi dildə
        C) Təqsirləndirilən şəxsin bildiyi dildə
        D) Azərbaycan Respublikasının dövlət dilində
        E) Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində

    13. Cinayət törətmiş hakimin vəzifədən kənarlaşdırılmasına rəyi verir:

      1. Apellyasiya Məhkəməsi
        B) Ümumi məhkəmə
        C) Ali Məhkəmə
        D) Konstitusiya Məhkəməsi
        E) Ali Məhkəmənin nəzarəti ilə ümumi məhkəmə

    14. Hakimlərin vəzifədən kənarlaşdırılması haqqında qərarı qəbul edir:

      1. Konstitusiya Məhkəməsi
        B) Nazirlər Kabineti
        C) Milli Məclis
        D) Apellyasiya Məhkəməsi
        E) Ali Məhkəmə

    15. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakimlərinin işdən kənarlaşdırılması haqqında qərarı qəbul edir:

      1. Konstitusiya Məhkəməsi
        B) Prezident
        C) Baş nazir
        D) Milli Məclis
        E) Məhkəmə-Hüquq Şurası

    16. Azərbaycan Respublikasın Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsinə təqdimatı verir:

      1. Baş nazir
        B) Prezident Administrasiyasının rəhbəri
        C) Milli Məclis
        D) Ali Məhkəmənin sədri
        E) Prezident

    17. Konstitusiya Məhkəməsinin hakimlərini təyin edir:

      1. Prezident Administrasiyasının rəhbəri
        B) Prezident
        C) Ali Məhkəmənin sədri
        D) Milli Məclis
        E) Baş nazir

    18. Hər kəs onun hüquq və azadlıqlarını pozan aktlardan qanunla müəyyən edilmiş qaydada Konstitusiya Məhkəməsinə şikayət verə bilər:

      1. Qanunvericilik hakimiyyəti orqanlarının normativ aktlarından
        B) Qanunvericilik və icra hakimiyyəti orqalarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından
        C) Məhkəmə aktlarından
        D) Bələdiyyə aktlarından
        E) İcra hakimiyyəti orqanlarının normativ aktlarından

    19. Milli Məclisin komitəsi deyil:

      1. təbii ehtiyatlar, energetika və ekologiya
        B) Huquq siyasəti və dövlət quruculuğu
        C) Təhlükəsizlik və müdafiə
        D) İqtisadi siyasət
        E) Beynəlxalq münasibətlərin hüquqi əsasları

    20. Bu məsələ ilə bağlı Milli Məclis qanun qəbul etmir:

      1. dövlətlərarası müqavilələrin təsdiqi
        B) Prezidentin təqdimatı ilə diplomatik nümayəndəliklərin təsis olunması
        C) inzibati ərazi bölgüsü
        D) hərbi doktrinanın təsdiqi
        E) dövlət büdcəsinin təsdiqi

    21. Milli Məclisdə 83 deputatın səs çoxluğu ilə qəbul edilən qanundur:

      1. Cinayət Məcəlləsi
        B) Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında
        C) Seçki Məcəlləsi
        D) Azərbaycan Respublikasının beynəlxalq müqavilələri haqqında
        E) İnzibati ərazi bölgüsü haqqında

    22. Qanunvericilik prosesinin mərhələsi deyil:

      1. Qanunların qəbulu
        B) Qanun layihələrinin hazırlanması
        C) Qanunların icrası
        D) Qanunların imzalanması
        E) Qanun layihələrinin müzakirəsi

    23. Azərbaycan Respublikası Prezidentinin yerli icra hakimiyyəti başçılarını təyin etmək səlahiyyəti Konstitusiyanın hansı maddəsi ilə müəyyən edilir?

      1. 109-cu
        B) 98-ci
        C) 114-cü
        D) 124-cu
        E) 101-ci

    24. Qanunvericilik təşəbbüsü subyekti deyil:

      1. Azərbaycan Respublikasının Prokurorluğu
        B) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
        C) Azərbaycan Respublikasının Ali Məhkəməsi
        D) Naxcıvan Мuxtar Рespublikasının Ali Məclisi
        E) Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşı

    25. Azərbaycan Respublikasının Prokurorluğu:

      1. Ərazi və ixtisaslaşdırılmış prokurorların yuxarı prokurora tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır
        B) Şəhər və rayon prokurorluqlarının Baş prokurora tabeliyinə əsaslanan mərkəzləşdirilmiş orqandır
        C) Ərazi prokurorlarının Baş prokurora tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır
        D) İxtisaslaşdırılmış prokurorların Baş prokurora tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır
        E) Ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş Prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmış orqandır

    26. Azərbaycan Respublika Prokurorluğu qanunla nəzərdə tutulmuş hallarda:

      1. Cinayət işi başlayır və istintaq aparır
        B) Cinayət işi başlayır və istintaq aparır, dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır və məhkəmə qərarlarından protest verir
        C) Məhkəmə qərarlarından protest verir
        D) Məhkəmədə iddia qaldırır
        E) Dövlət ittihamını müdafiə edir

    27. Azərbaycan Respublikası Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda:

      1. Qanunların icra olunmasına nəzarət edir
        B) Qanunların tətbiq olunmasına nəzarət edir
        C) Pozuntular barədə müvafiq tədbirlər görür
        D) Qanunların icra və tətbiq olunmasına nəzarət edir
        E) Qanunları icra və tətbiq edir

    28. Apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə:

      1. Nəzarətedici instansiya məhkəməsidir
        B) Sonuncu instansiya məhkəməsidir
        C) Ali instansiya məhkəməsidir
        D) Yuxarı instansiya məhkəməsidir
        E) Aşağı instansiya məhkəməsidir

    29. Ali Məhkəmə:

      1. Ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki,cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır
        B) Digər işlər üzrə ali məhkəmə orqanıdır
        C) Birinci instansiya məhkəmələrinin icraatına aid edilən mülki və cinayət işləri üzrə ali məhkəmə orqanıdır
        D) İxtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən cinayət işləri üzrə ali məhkəmə orqanıdır
        E) Ümumi məhkəmələrin icraatına aid edilən mülki işlər üzrə ali məhkəmə orqanıdır

    30. Azərbaycan Respublikası Baş Prokurorunun müavinlərini, respublika ixtisaslaşdırılmış prokurorluqlarına rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar Respublikasının Prokurorunu vəzifəyə təyin və vəzifədən azad edir:

      1. Prezidentin təqdimatı ilə Baş nazir
        B) Konstitusiya Məhkəməsinin razılığı ilə Prezident
        C) Baş Prokurorun təqdimatı ilə Prezident
        D) Respublikanın Baş Prokuroru
        E) Prezident

    31. Ərazi və ixtisaslaşdırılmış prokurorları vəzifəyə təyin və vəzifədən azad edir:

      1. Baş Prokuror
        B) Konstitusiya Məhkəməsinin razılığı ilə Milli Məclis
        C) Baş Prokurorun razılığı ilə Prezident
        D) Prezidentin razılığı ilə Baş Prokuror
        E) Prezident

    32. Naxçıvan Muxtar Respublikasının statusu müəyyən edilir:

      1. Azərbaycan Respublikasının Konstitusiyası ilə
        B) Azərbaycan Respublikasının Konstitusiyası və Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə
        C) Konstitusiya Məhkəməsinin razılığı ilə Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə
        D) Ali Məhkəmənin razılığı ilə Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə
        E) Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə

    33. Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikasının məcburi hüquqi qüvvəyə malik olan aktları:

      1. Fərmanlar
        B) Fərmanlar və Nazirlər Kabinetinin qərarları
        C) Konstitusiya və qanunlar
        D) Azərbaycan Respublikasının Konstitusiyası, qanunlar, Prezident fərmanları, Nazirlər Kabinetinin qərarları
        E) Qanunlar, fərmanlar və qərarlar

    34. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası təsdiq edilməsi üçün Milli Məclisə təqdim edilir:

      1. Prezident tərəfindən
        B) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
        C) Konstitusiya Məhkəməsi tərəfindən
        D) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən
        E) Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən

    35. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası təsdiq edilir:

      1. Konstitusiya Məhkəməsinin qərarı ilə
        B) Referendumla
        C) Nazirlər Kabinetinin qərarı ilə
        D) Qanunla
        E) Konstitusiya qanunu ilə

    36. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyəti həyata keçirilir...........tərəfindən

      1. Müvafiq nazirliklər
        B) Azərbaycan Respublikasının Nazirlər Kabineti
        C) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
        D) Naxçıvan Muxtar Respublikasının Baş naziri
        E) Yerli icra hakimiyyəti orqanları

    37. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi seçir:

      1. Ali Məclisin sədrini
        B) Ali Məhkəmənin sədrini
        C) Ali Məclisin sədr müavinlərini
        D) Ali Məclisin sədr müavinini
        E) Ali Məclisin sədrini və onun müavinlərini

    38. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həll edir:

      1. Büdcənin, iqtisadi və sosial proqramların təsdiqi məsələlərini
        B) Baş nazirin vəzifəyə təyini, vəzifədən azad edilməsi, Nazirlər Kabinetinin tərkibinin təsdiqi məsələlərini
        C) Ali Məclisin işinin təşkili, Baş nazirin vəzifəyə təyini məsələlərini
        D) Ali Məclisin işinin təşkili, büdcənin təsdiqi, iqtisadi və sosial proqramların təsdiqi, Baş nazirin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Nazirlər Kabinetinin tərkibinin təsdiqi, Nazirlər Kabinetinə etimad məsələlərini
        E) Ali Məclisin işinin təşkili məsələlərini

    39. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibini təsdiq edir:

      1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
        B) Azərbaycan Respublikasının Baş naziri
        C) Azərbaycan Respublikasının Nazirlər Kabineti
        D) Naxçıvan Muxtar Respublikasının Baş naziri
        E) Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Ali Məclis

    40. Naxçıvan Muxtar Respublikasının Baş nazirini təyin edir:

      1. Azərbaycan Respublikasının Baş naziri
        B) Azərbaycan Respublikasının Nazirlər Kabineti
        C) Azərbaycan Respublikasının Prezidenti
        D) Prezidentin təqdimatı əsasında Ali Məclis
        E) Ali Məclisin sədri

    41. Yüklə 0,63 Mb.

      Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin