Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 301,12 Kb.
səhifə3/5
tarix21.10.2017
ölçüsü301,12 Kb.
#8503
növüReferat
1   2   3   4   5

Firmadaxili audit - firma daxilində və eyni zamanda filiallarında audit xidmətlərini həyata keçirərəkən firmanın mərkəzi rəhbər kimi fəaliyyət göstərir.

Kənar audit - xüsusi audit firması dövlət vergi idarəsi, idarə və müəssisələr ilə və s. Mənfəətbərdar olanlar, banklar, xarici partnyorlarla səhmdar və sığorta cəmiyyətləri ilə bağlanmış müqavilələr əsasında həyata keçirilir. Əsas vəzifələri yoxlanılan obyektlərdə maliyyə hesabatlarının düzgünlüyünü təyin etmək və həmçinin təsərrüfat fəaliyyəti və kommersiya nəticələrinin yaxşılaşdırılması üçün tövsiyyələr işləyib hazırlamaqdan ibarətdir.
6. Dövriyyə vəsaitlərinin idarə olunması – Dövriyyə vəsaitləri (aktivləri) – bir il ərzində, yaxud adi (normal) əməliyyat dövründə (bu dövr bir ildən çox olmamaqla) istehsal, tədavül və istehlak sahələrində iştirakı nəzərdə tutulan pul vəsaitləri və digər aktivlərdir (kassada və bankda olan pul vəsaitləri, tez satılan qiymətli kağızlar, debitor borcları, mal ehtiyatları, xammal, materiallar, bitməmiş istehsalat, hazır məhsul, gələcək dövrün xərclərinin cari hissəsidir). Dövriyyə vəsaitləri - istehsal dövriyyə fondları ilə tədavül fondlarının cəmindən ibarətdir. Bu nisbət 4:1-ə bərabərdir.

Bəllidir ki, beynəlxalq mühasibat standartlarına görə hər bir müəssisənin aktivləri 4 qrupdan – əsas vəsaitlər, dövriyyə vəsaitləri, kapital qoyuluşları, qeyri-maddi aktivlərdən ibarət olur.

Əsas vəsaitlər – istifadə müddəti bir ildən çox olan və dəyəri amortizasiya edilən və təsərrüfat prosesində istifadə olunan aktivlər – avadanlıq, bina və s.- dir.

Kapital qoyuluşları – uzunmüddətli qiymətli kağızlara, yeni əsas vəsaitlər yaradılmasına və s. yönəldilən vəsaitlərdir.

Qeyri-maddi aktivlər – fiziki subsidiyaya malik olmayan, ancaq dəyərə malik olan uzunmüddətli aktivlərdir.

Dövriyyə vəsaitləri – nominal davam edən istehsal tsikli, istehsal tsikli bir ildən az olanda isə il ərzində yenidən nağd pula çevrilən kassa və başqa vəsaitlərdir.

Normal istehsal tsikli isə istehsala yönələn vəsaitlərin yenidən nağd pula çevrilməsi üçün lazım olan orta müddətdir.

Beləliklə, dövriyyə vəsaitlərini bir il müddətində istifadə edilən və yenidən nağd pula çevrilən vəsaitlər kimi xarakterizə edə bilərik.


Dövriyyə vəsaitlərinin yaranma mənbələri

Dövriyyə vəsaitləri yaranma mənbələrindən asılı olaraq xüsusi, borc və cəlb olunmuşlara bölünür.

Xüsusi dövriyyə vəsaitləri nizamnamə (bölünməz) kapitalına aiddir. Bundan əlavə onlar şərti olaraq xüsusi vəsaitlərə bərabərləşdirilən mənbələr hesabına, daha doğrusu möhkəm passivlər hesabına da yaradılır. Xüsusi dövriyyə vəsaitlərinin mənbəyi balansın passiv tərəfində birinci bölmədə əks olunur.

Xüsusi dövriyyə vəsaitlərinin mənbəyinə – dövriyyə vəsaitlərinin artırılmasına yönəldilmiş mənfəətdən (xalis gəlirdən) ayırmalar, həmçinin dövriyyə vəsaitlərini artıran digər daxilolmalar, əsas vəsaitlərin ləğv edilməsindən daxil olan material qiymətlilərin dəyəri, iqtisadi həvəsləndirmə və xüsusi təyinatlı fondların vəsaitləri, dövriyyə vəsaitlərinin tamamlanmasına yönəldilən məqsədli maliyyələşmələr və s. aiddir.

Möhkəm passivlərə təsərrüfatın dövriyyəsində fəaliyyətdə olan aşağıdakı vəsaitlər aiddir: əmək haqqı üzrə minimum borclar, sosial sığortaya ayırmalar üzrə minimum borclar, qarşıdakı xərclərə və ödəmələrə ehtiyatlar, təsərrüfat üsulu ilə yerinə yetirilən əsaslı təmir üçün material ehtiyatlarının yaradılmasına ayırmalar, dövriyyə vəsaitlərinin tamamlanması üçün müvəqqəti istifadə edilən vəsait, müvəqqəti sərbəst olan iqtisadi həvəsləndirmə və xüsusi təyinatlı fond vəsaitləri.

Borc dövriyyə vəsaitinə – əsasən kreditlər, cəlb olunan – resurslara isə malgöndərənlərə borc və s. kreditorlar, maliyyə orqanlarına borc və s. aiddir.


Müvəqqəti sərbəst pul vəsaitlərinin idarə edilməsi – müvəqqəti sərbəst pul vəsaitlərindən qiymətli kağızlarla qısamüddətli, əlavə mənfəət əldə edilməsinə yönəlmiş əməliyyatlar aparılması üçün istifadə edilməsi ilə bağlı tədbirlər kompleksi müvəqqəti sərbəst pul vəsaitlərinin idarə edilməsi dövriyyəsinin həcmi çox olan iri müəssisələr üçün xüsusilə aktualdır.

Pul vəsaitləri likviddir, lakin onlar faiz gətirmir. Qiymətli kağızlar faiz gətirmir, lakin onlardan bilavasitə tədiyyə vasitəsi kimi istifadə etmək olmaz. Maliyyə meneceri çalışmalıdır ki, onun sərəncamında olan pul vəsaitləri likvidlik üçün məsrəflərin yuxarı həddinin qiymətli kağızlar üzrə alına biləcək faizlərə bərabər olduğu nöqtəni aşmasın.

Əslində pul vəsaitləri müəssisənin biznesi idarə etməsi üçün zəruri olan “xammal” növlərindən yalnız biridir. Kapital faiz gətirə biləcəyi halda onu “bağlı saxlamaq” baha başa gəlir. Ümumiyyətlə, sərbəst pul vəsaitlərini nə üçün bank hesabında saxlamaq lazımdır? Onları yalnız hesablaşmalar aparılması üçün zəruri olduqda sifariş etmək olmazmı? Axı hər dəfə xırda sifarişlər vermək baha başa gəlir. Həddən artıq pul vəsaitləri ehtiyatlarının saxlanması ilə (bu halda həmin pulların gətirə biləcəyi faizlər itirilir) həddən artıq kiçik ehtiyatların çox tez-tez yeniləşdirilməsi (əlavə inzibati xərclər çəkməklə) arasında balans tapmaq lazımdır. Əgər faiz dərəcəsi yüksəkdirsə, müəssisə pul vəsaitlərinin nisbətən kiçik ehtiyatlarını saxlamağa çalışacaqdır. Əgər müəssisənin pul vəsaitlərinə tələbatı variasiya edirsə və inzibati xərclər çoxdursa, müəssisə nisbətən sanballı pul ehtiyatları saxlamağa çalışır.

Əgər qiymətli kağızları satmaq çətindirsə, bu halda müəssisənin alternativ seçimi var: bankdan borc almaq. Bu halda maliyyə meneceri yenə seçim qarşısında qalır. Bir tərəfdən, banklar kredit üçün yüksək faiz dərəcəsi alır, müəssisə borc almamaq üçün kifayət qədər böyük həcmli likvid ehtiyatlar saxlamağa çalışır. Digər tərəfdən, böyük həcmdə likvid qalıqları saxlamaqla müəssisə pul vəsaitləri üçün maksimum gəlir əldə etmir.

Bir sıra hallarda müəssisələr banklardakı faizsiz hesablarda real bank xidmətlərinin haqqını ödəmək üçün lazım olandan bir qədər çox qalıq saxlamağa üstünlük verir, bununla da bankları onlarla əməkdaşlığa stimullaşdırırlar. Axı, sərbəst pul vəsaitlərinin bankda yerləşdirilməsi bankın müəssisə üçün zəruri olduğu vaxtda ona kredit verməyə hazır olması müqabilində qeyri-aşkar kompensasiya ola bilər. Bank həm də işgüzar kontaktların və qiymətli ideyaların mənbəyi ola bilər. Bundan əlavə, hesabda pul vəsaitləri qalığının çox olması “dar gündə” yaxşı sığorta vasitəsidir.
7. Qısa müddətli kreditorlar, borcların idarə olunması – Bаzаr iqtisаdiyyаtı şərаitində pul кütləsi fаsiləsiz hərəкətdə оlmаlıdır və bu bir qаnundur. Pulun hərəкətdə оlduğu fоrmаlаrdаn biri кrеditdir. Kredit lаtın mənşəli «creditum» sözündəndir - qaytarılmaq və faiz ödənilmək şərti ilə pul və ya əmtəə formasında verilən borca deyilir.

Bаzаr iqtisаdiyаtı şərаitində müvəqqəti sərbəst pul vəsаiti yаrаnır və еyni zаmаndа sərbəst pulа еhtiyасı оlаn, оnu bоrс кimi götürüb istifаdə еtməкdə mаrаqlı оlаn bаzаr subyекtləri vаrdır. Bunа görə də müvəqqəti sərbəst pul vəsаiti bоrс каpitаlı bаzаrınа dахil оlmаlı, кrеdit-mаliyyə оrqаnlаrının əlinə кеçməli və еhtiyасı оlаn sаhələrə tətbiq оlunmаlıdır. Müvəqqəti sərbəst pul vəsаiti sаhibi üçün gəlir gətirməlidir və bunа görə də sərbəst pullаr müəyyən mərкəzlərdə tоplаnır, bоrс каpitаlı fоrmаsı аlır və hərəкət еdir. Bоrс каpitаlının hərəкət fоrmаsı кrеditdir.

Kredit latın dilindən tərcümədə iki məna kəsb edir: - “inanıram, etibar edirəm” və “borc”.

Kredit - iqtisadi kateqoriya olub, müvəqqəti sərbəst pul vəsaitlərinin yenidənbölgüsü ilə əlaqədar olaraq təsərrüfat subyektlərinin bir-birləri ilə müddətlilik, ödənc və geri qaytarılmaq şərtləri üzərində qurulan qarşılıqlı iqtisadi əlaqəsini tərənnüm edir.

Kredit iqtisadiyyatda spesifik rol oynayır; o nəinki istehsalın fasiləsiz hərəkətini təmin edir, həmçinin onu daha da sürətləndirir. Kredit tədavül xərclərinin azalmasına kömək edir.

Kredit siyasəti müəyyən iqtisadi və siyasi məqsədlərə çatmaq üçün Mərkəzi bank və dövlət tərəfindən pul-kredit sferasında həyata keçirilən tədbirlər sistemidir. Onun əsas məqsədi kreditin və pul tədavülünün vəziyyətinə təsir etməklə təsərüfat konyukturasını tənzimləməkdir.

Kreditin mahiyyətini açıqlamaq üçün onun quruluşunu, hərəkət mərhələlərini, əsasını araşdırmaq lazımdır.



Kreditin quruluşu sabit və dəyişməzdir. Kredit bir-biri ilə sıx əlaqədə olan elementlərdən təşkil olunmuşdur. Bu elementlərdən ən başlıcası bu münasibətlərin subyektləridir. Kredit sövdələşmələrində subyekt hər zaman kreditorborcalandır. Kreditor və borcalanlar ilk növbədə əmtəə mübadiləsi bazası əsasında yaranır. Alqı-satqı prosesləri zamanı alıcı hər zaman satdığı əmtəənin pul ekvivalentini ala bilmir, həmçinin satıcı aldığı malın qiymətini dərhal ödəyə bilmir. Belə hallarda ödəmə yalnız müəyyən vaxt keçdikdən sonra baş verir. Beləcə, satıcı kreditor, alıcı isə borcalan olur. Deməli, kredit münasibətlərinin obyekti dəyərin borc verilən hissəsi, subyektləri kreditor və borcalandır (debitor). Bu münasibətlərdə şəxsi vəsaitlərini müəyyən prinsiplər əsasında borc verən tərəf kreditor, krediti götürən və aldığı borcu qaytarmalı olan tərəf isə borcalan və ya debitordur.

Borc verə bilmək üçün kreditorun müəyyən qədər vəsaiti olmalıdır. Bu vəsaitlərin mənbəyi, həm şəxsi yığım, həm də yenidən istehsal prosesinin digər subyektlərindən götürülmüş resurslar ola bilər. Müasir iqtisadiyyatda kreditor-bank krediti nəinki öz resursları hesabına, həmçinin onun hesablarında saxlanılan, cəlb edilmiş səhm və istiqrazlarının yerləşdirməsi nəticəsində cəmləmiş olduğu vəsaitlər hesabına da verə bilər. Kredit kimi yalnız pul vəsaitləri deyil, həmçinin reallaşma üçün nəzərdə tutulan mal da iştirak edə bilər (kommersiya krediti).

Yerləşdirilmiş vəsaitlərə nəzərən kreditorun vəziyyəti ikili xarakter daşıyır. Belə ki, kreditor (bank) borc verərkən öz resursları ilə yanaşı, digər müəssisə və təşkilatların resurslarını da istifadə etdiyindən, öz əməliyyatlarını yerinə yetirərkən elə etməlidir ki, onun müştəriləri öz hesablarından vəsait götürmək istədikləri zaman bankın bu vəsaitləri verməyə maddi imkanı olsun. Bu o deməkdir ki, yalnız ayrı-ayrı müəssisələr və individual borcalanlar deyil, həmçinin kreditor da öz müştərilərindən aldığı borcu vaxtında geri qaytarmalıdır.

Sərbəst qalan pul vəsaitlərinin kreditorlar tərəfindən mobilizə edilməsi səmərəli xarakter daşıyır. Belə ki, bu proses resursların “işləyən pullara” çevrilməsinə imkan yaratmış olur. Kreditor bu vəsaitləri yerləşdirdiyi zaman həm öz şəxsi məqsədlərini, həm də yenidən istehsal prosesinin digər iştirakçılarının məqsədlərini qorumaq üçün onların səmərəli istifadəsini təmin edir.Кrеdit müəyyən prinsiplərə əsаlаnmаqlа vеrilir.

Kreditin verilməsinin əsas prinsipləri bunlardır:


  • Kredit müəyyən məqsəd üçün verilir

  • Kredit müəyyən müddətə verilir

  • Kredit geri qaytarmaq şərti ilə verilir

  • Kredit müəyyən faizlə verilir

  • Kredit təminatla verilir (geri qaytarmaq mümkün olsun)


Kredit hərəkətinin mərhələləri: borc verilən dəyərin hərəkətini aşağıdakı kimi təsəvvür etmək olar:


Ky – Kba – Ki...Rs...Dq... – Kq,


Burada: Ky – kreditin yerləşdirilməsi;

Kba – kreditin borcalan tərəfindən alınması;

Ki – kreditin istifadəsi;

Rs – resursların sərbəstləşdirilməsi;

Dq – müvəqqəti borc alınan dəyərin qaytarılması;

Kq – kredit formasında yerləşdirilən vəsaitlərin kreditor tərəfindən geri alınması;

Kreditin verilməsi yalnız o zaman mümkün ola bilər ki, borc verilən obyektin istehlak xüsusiyyətlərindən istifadə olunsun və o çıxdığı nöqtəyə geri qayıtsın.

Yuxarıda nəzərdən keçirdiyimiz bu mərhələlərin toplumu kreditin – təkcə kreditə aid olmayan mərhələləri özündə birləşdirən, borc verilən dəyərin tam dövranı kimi – hərəkətini görməyə imkan verir. Ümumiyyətlə, əvvəldə də qeyd etdiyimiz kimi, kredit münasibətləri tədavül sahəsində yarandığından, kreditə yalnız dəyərin kreditordan borcalana və əksinə keçməsi mərhələlərini aid etmək olar.

Kreditin əsasını onun mahiyyəti təşkil edir. Kreditin mahiyyətini isə ictimai tələbatın reallaşması üçün dəyərin, qaytarılma əsasında hərəkəti kimi müəyyən etmək olar.

Kreditin rolu onun iqtisadiyyatda, əhali və dövlətdə tətbiqindən asılı olaraq xarakterləşir. Əmtəələrin nisyə satılması, məhsul istehsalı və satışının fasiləsizliyi, istehsalın genişlənməsi, əsas fondların artırılması, məhsuldar qüvvələrin inkişafı məhz kreditin sayəsində baş verir.

Lakin onu da qeyd etmək lazımdır ki, kredit tətbiqinin əsaslandırılmış sərhədlərinin müəyyən olunması və onların qorunması kredit əməliyyatlarının ayrı-ayrı iştirakçılarının və bütövlükdə iqtisadiyyatın xeyrinədir. Məhz kredit qoyuluşlarının optimal səviyyəsi şəraitində kreditin iqtisadiyyata təsiri müsbət ola bilər. Kreditin əlavə təqdimi müəssisə və təşkilatların resurslardan qənaətlə istifadə və əmtəələrin istehsal və reallaşması proseslərinin tezləşdirilməsində marağını azaltmış olar.



Kreditin növünün xarakteristikası dövlətin təşkili-iqtisadi prinsiplərindən asılıdır. Kreditin növləri üçün vahid ümumdünya prinsip mövcud deyil. Kreditin növü təkrar istehsaldan, iqtisadiyyatın inkişaf istiqamətindən, kreditləşmənin obyektlərindən, onun təminatından, müddətliliyindən, ödəncliyindən asılı olaraq müəyyənləşir. Kommersiya bankları öz müştərilərinə kreditin müxtəlif növlərini təqdim edirlər. Bunları aşağıdakı kimi təsnifləşdirmək olar:

1. Borcalanın əsas qrupları üzrə:

- təsərrüfat fəaliyyəti üçün verilən kreditlər;

- əhaliyə verilən kreditlər;

- dövlət və hakimiyyət orqanlarına verilən kreditlər.



2. Verilmə istiqamətinə görə:

- istehlak krediti;

- istehsal krediti;

- ticarət krediti;

- kənd təsərrüfatı krediti.

3. İstifadə müddətinə görə:

- tələbolunanadək (müddətsiz);

- müddətli kreditlər;

müddətli kreditlər özləri də öz növbəsində:

- qısamüddətli (1 ilə qədər);

- orta müddətli (1 ildən 3 ilə qədər);

- uzunmüddətli (3 ildən yuxarı).

Bir illik qısamüddətli kreditlər əsasən dövriyyə fondunu formalaşdıran kreditlərdir. Orta və uzunmüddətli kreditlər isə əsas fondun formalaşmasında iştirak edirlər.

4. Həcminə görə:

- irihəcmli kreditlər;

- orta həcmli kreditlər;

- xırda həcmli kreditlər.



5. Təminatına görə:

- təminatlı kreditlər (bunlara girovlu, zəmanətli, sığortalı kreditlər);

- təminatsız kreditlər (blanklı kreditlər).

6. Verilmə üsuluna görə:

- təminatlı kreditlər;

- ödənişli kreditlər.

I halda yəni, təminatlı kredit növündə kredit borclarının hesablaşma hesabına mal-material qiymətlərinə qoyulmuş xüsusi vəsaitin ödənilməsinə yönəldilir.

II halda isə yəni, ödənişli kredit növündə kredit borclarına ödəniş üçün təqdim olunan hesablaşma pul sənədlərinin ödənilməsinə yönəldilir.

7. Ödənilmə üsuluna görə:

- hissə-hissə ödənilən möhlətli kreditlər;

- müəyyən olunmuş vaxtda tamam ödənilən kreditlər.

8. Geniş təkrar istehsalın istifadə sahələrinə görə:

- əsas fondların geniş təkrar istehsalında iştirak edən kreditlər;

- dövriyyə fondlarının təşkilində iştirak edən kreditlər.

Zamana və ya müddətinə görə kreditlər 3 cür olur: qısa müddətli kredit; orta müddətli kredit və uzun müddətli kredit. Qısa müddətli kreditlər adətən, 7 gündən - 1 ilədək müddətindədir. Kommersiya sferasında istifadə edilir. Orta müddətli kreditlər bir ildən üç ilədək müddətindədir. Adətən, sənaye və kənd təsərrüfatı sektoru orta müddətli kreditlərdən istifadə edirlər. Uzunmüddətli kreditlər isə investisiya sferasında istifadə edilməkdədir. Burada müddət üç ildən yuxarı olur. Şirkətlər uzun müddətli kreditlərdən əsas fondlarının təminatında istifadə edirlər.

Qısa müddətli kreditlər, müvəqqəti pula ehtiyacı olanlara açılır. Məsələn, bir sənayeçi xam maddə satın almaq, fəhlə və qulluqçuların əmək haqqını ödəmək üçün gərəkli pulun bir bölümünü kredit ilə əvəzləşdirir, kreditin müddətinə qədər istehsal etdiyi malların satışından əldə etdiyi qazancla krediti geri ödəyir. Orta və uzunmüddətli kreditlər, orta və uzunmüddətli finansman ehtiyacı üçün tələb edilir və bu kreditlərlə qoyulan investiya üçün ayrılan amortizasiya fondu ilə və ya mənfətlə geri ödənilir. Məsələn, bir fabriki qurmaq ya da mövcud fabriki genişləndirmək üçün uzunmüddətli kredit alan bir sənaye şirkəti aldığı krediti, gələcəkdə əldə edəcəyi mənfətlə ödəyir. Qısa, orta və uzun müddətli kreditlərin yuxarıda açıqlanan özəllikləri ayrı-ayrı kredit qurumlarının qurulmasına səbəb olmuşdur. Məsələn, qısa müddətli kreditlərə daha çox əmanət və kommersiya bankları, orta və uzun müddətli kreditlərə isə daha çox investisiya və inkişaf bankları vasitəçilik edirlər.
Borcun idarə olunması – dar mənada borc vəsaitinin alınmasından, əsas borc və faizlərinin ödənərək borcun bağlanmasına qədər həyata keçirilən işlərin məcmusudur. Geniş və elmi mənada isə pul və maliyyə siyasətindən ayrı olmaqla birlikdə, onlarla uyğunlaşdırılmış şəkildə aparılan borc siyasətidir.

Kreditor borcunun idarə edilməsi – məhsul buraxılışının həcmini artırmaq və faiz ödəmələrini minimuma endirmək üçün müəssisənin kreditor borcunun formalaşması və onun vəziyyətinə nəzarət tədbirləri kompleksidir. Bank kreditlərinin müxtəlif formaları qısamüddətli maliyyələşdirmənin əsas mənbələrindən biridir. Belə formaların ən sadəsi təmin edilməmiş ssudalardır. Tez-tez qısamüddətli bank kreditlərinə ehtiyacı olan müəssisələr onlara kredit xətti açılması barədə bankla razılığa gələ bilər. Bu, həmin müəssisələrin istənilən vaxt müəyyən limit həddində borc pul almalarına imkan verir. Kredit xətti adətən bir il müddətinə açılır və bankın kredit komitəsinin ciddi diqqət obyektinə çevrilir. Əgər kredit xəttindən müəssisənin layihələrinin uzunmüddətli maliyyələşdirilməsi üçün istifadə edilərsə, banklar narahat olur. Adətən, onlar müəssisənin kredit xətti üzrə borclarının vaxtaşırı “təmizlənməsini” tələb edirlər.

Kredit verilməsi üçün çox vaxt girov qoyulması şərti irəli sürülür. Ən likvid girov - qiymətli kağızlardır. Lakin bank debitor borcu və ya ehtiyatlar şəklində “dəyişkən girov” da qəbul edə bilər. Bu halda bank girovun real identifikasiyasını və onun nəzarət altında olmasını yəqin etmək üçün ehtiyat tədbirləri görə bilər. Məsələn, müəssisə debitor borcu müqabilində kredit alanda o, bütün əmtəə satışları barədə banka məlumat verməyə borcludur, debitorların yekun hesabları bankda girov qoyulmalıdır. Müştərilər hesablar üzrə ödəniş etdikdə pullar bankın nəzarəti altında olan xüsusi girov hesabına daxil olur. Eyni qayda ilə müəssisə xammal ehtiyatlarının müqabilində borc pul alanda bank həmin ehtiyatların müstəqil anbar şirkətində saxlanmasını təkid edəcəkdir. Əmtəələr üçün anbar şəhadətnaməsi bankda olduğu müddətdə bankın icazəsi olmadan həmin əmtəələr satıla bilməz.

Bankların kreditlər üzrə müəyyən etdiyi faiz dərəcəsi həm borc kapital cəlb edilməsi üçün alternativ xərcləri, həm də bankın kredit bölməsinin xərclərini ödəmək üçün kifayət həcmdə olmalıdır. Nəticədə iri daimi borc alanlar bu qənaətə gəlirlər ki, bank sistemindən istifadə etməmək, özlərinin qiymətli kağızlar şəklində qısamüddətli öhdəliklərini buraxmaq daha ucuz başa gələr. Bu cür borcların əsas olmaması istiqrazlardır. Lakin maliyyə menecerləri yadda saxlamalıdırlar ki, pulun çatışmadığı çətin dövrdə bank özünün daimi müştərilərinə üstünlük verəcəkdir. Buna görə də müəssisələrin yalnız az bir qismi hətta istiqrazların asanlıqla satıldığı yaxşı vaxtlarda da banklardan daim yan keçirlər.

Debitor borcunun idarə edilməsi – debitorlar öz vəzifələrini yerinə yetirərkən əlavə mənfəət əldə edilməsinə yönəlmiş müəssisənin debitor borcunun formalaşması və onun vəziyyətinə nəzarətlə bağlı tədbirlər kompleksidir. Müəssisə öz məhsulunu kreditlə satdıqda və ya resursları tədarük edənlərə avans ödədikdə debitor borcu yaranır. Debitor borcunun idarə edilməsi beş ardıcıl mərhələdən ibarətdir.

Birinci mərhələ – müəssisənin öz məhsullarını satması və malgöndərənlərin məhsullarını alması üçün normal şərtlər müəyyən etməsi. Bu mərhələdə debitor borcunun idarə edilməsi üzrə menecerlər yüklənib yola salınmış məhsulun haqqının ödənilmə dövrünün uzunluğu və alıcının faktiki olaraq kreditləşməsinə görə qiymət əlavəsinin məbləği barədə qərar qəbul etməlidirlər. İnkişaf etmiş ölkələrdə əksər sahələrdə bu şərtlər standartlaşdırılmışdır, Azərbaycanda isə bu proses hələlik rüşeym halındadır.

İkinci mərhələ – hər bir alıcının kredit qabiliyyətinin qiymətləndirilməsi. Alıcı barədə informasiya mənbələri çox müxtəlifdir – satıcının özünün iş təcrübəsi, başqa borcverənlərin təcrübəsi, kredit agentliyinin qiymətləndirməsi, alıcının bankda yoxlanması, onun qiymətli kağızlarının bazar qiyməti, alıcının maliyyə hesabatının təhlili. Böyük həcmli kredit informasiyası ilə işləyən müəssisələr adətən müxtəlif informasiya mənbələrini birləşdirir, bu məqsədlə sərhəd vəziyyətlərini aşkar hallardan fərqləndirməyə imkan verən formal kredit qiymətləndirmə sistemlərindən istifadə edirlər.

Debitor borcunun idarə edilməsinin üçüncü mərhələsi – alıcı ilə müqavilə formasının müəyyən edilməsidir. Satışların ən riskli forması açıq hesab üzrə satışlardır. Bu halda malgöndərənlə alıcı arasında müqavilə bağlanmır, alıcının satıcıya pul borclu olmasını təsdiqləyən yeganə amil isə satıcının mühasibat kitabındakı qeyd və alıcı tərəfindən hesablanmış qaimə və hesabdır. Buna görə də kontrakt etikası normalarının təsərrüfat həyatında imperativə çevrilmədiyi şəraitdə daha ətraflı və formallaşdırılmış müqavilələr tərtib etmək zəruridir. İnkişaf etmiş ölkələrdə, eləcə də beynəlxalq ticarətdə debitor borcunun idarə edilməsi vasitələri kimi kommersiya vekselindən, akseptləşdirilmiş ticarət vekselindən və akkreditivdən istifadə edilir. Kommersiya vekseli aşağıdakı qaydada tətbiq edilir. Satıcı alıcının əmtəənin haqqını ödəməyə borclu olması barədə veksel tərtib edir və onu malın yüklənib yola salınması barədə sənədlərlə birlikdə alıcının bankına göndərir. Əgər ödəniş dərhal icra edilərsə, bu cür veksel təqdim ediləndə dərhal ödənilən təqdim edənə köçürmə vekseli hesab olunur. Əks halda həmin veksel müəyyən müddətdən sonra ödənilən müddətli köçürmə veksel hesab edilir. Vekselin təqdim edilən və ya müddətli olmasından asılı olaraq alıcı ya ödənişi həyata keçirir, ya da vekselin üzərinə “akseptləşdirilmişdir” (“qəbul edilmişdir”) sözünü və öz imzasını əlavə etməklə borcu qəbul edir. Bundan sonra bank malın yüklənib yola salınması barədə sənədləri alıcıya, pulu və ya akseptləşdirilmiş ticarət vekselini isə satıcıya verir. Satıcı akseptləşdirilmiş ticarət vekselini ödənilmə tarixinə qədər saxlaya bilər və ya ondan borcun təminatı kimi istifadə edə bilər.

Alıcının tədiyyə qabiliyyətinə daha yüksək dərəcədə əmin olmaq istəyən ixracatçı alıcının özündən və ya onun bankından geri çağırıla bilməyən akkreditiv rəsmiləşdirilməsini xahiş edə bilər. Bu halda bank ixracatçıya bildiriş göndərir ki, ixracatçının bankında onun xeyrinə kredit açılmışdır. Bundan sonra ixracatçı alıcının bankının adına köçürmə veksel tərtib edir və onu akkreditiv və yükün göndərilməsi haqda sənədlərlə birlikdə öz bankına təqdim edir. İxracatçının bankı vekselin akseptləşdirilməsini və ya pulun ödənilməsini təşkil edir və sənədləri alıcının bankına göndərir.

Alıcının kredit qabiliyyəti qiymətləndirildikdən və onunla müqavilə forması müəyyən edildikdən sonra onun kreditinin “əsas” limitlərini təyin etmək lazımdır. Bu halda yadda saxlamaq lazımdır ki, menecerin debitor borcunun idarə edilməsi üzrə işi şübhəli borcların sayını minimuma endirməkdən ibarət deyil, mənfəəti maksimallaşdırmaqdan ibarətdir. Bu, o deməkdir ki, ödəniş ehtimalının gözlənilən mənfəətə hasili ödənişin olmaması ehtimalının əmtəələrin maya dəyərinə hasilindən çox olduqda menecer alıcının kredit limitlərini artırmalıdır. Buna görə də çox vaxt kredit üçün sifariş verən şəxsin daimi və etibarlı alıcıya çevrilməsi ehtimalı olduqda “sərhəd vəziyyətində” olan sifarişçiləri qəbul etmək məsləhətdir.

Nəhayət, debitor borcunun idarə edilməsinin sonuncu, beşinci mərhələsi debitorların öz borclarını ödəmək öhdəliklərini yerinə yetirmələrinə nəzarətdən ibarətdir.


Yüklə 301,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin