Azərbaycan respublikasi naziRLƏr kabineti yaninda


Qəzəb vulkanını ləpələndirir



Yüklə 1,16 Mb.
səhifə49/76
tarix02.01.2022
ölçüsü1,16 Mb.
#12229
1   ...   45   46   47   48   49   50   51   52   ...   76
Qəzəb vulkanını ləpələndirir (Vahabzadə B. Qəlbi dolu gecələr. Bakı, 2003: 461)

Şair xalqın qəzəbini, hiddətini şimşək, vulkan sözləri vasitəsilə yaratdığı deyimlərdə daha güclü bir biçimdə verə bilmişdir.

Dilçilikdə frazeologiyaya həsr olunmuş araşdırmalarda frazeoloji vahidlərin formalaşması, bir qayda olaraq, dilin milli-mədəni özünəməxsusluğu ilə əlaqələndirilir. Bu cəhət frazeoloji vahidlərin formalaşma yollarına da təsirsiz ötüşmür. Əlbəttə, frazeoloji vahidlərin yaranma yolları müxtəlifdir. Onlardan biri də dənizçilik leksikası əsasında əmələ gələnlərdir. Hər bir dilin milli xüsusiyyətlərindən asılı olaraq dənizçilik leksikası əsasında yaranan frazeoloji vahidlərin spesifik cəhətləri ola bilər. Aydındır ki, ingilis və Azərbaycan dillərinin öz linqvistik qayda-qanunları vardır. Elə bu qayda-qanunlara, orijinallığa əsasən də həmin dillərin diferensial əlamətləri meydana çıxır. Lakin xalqların və dillərin əlaqəsinin daha da yaxınlaşdığı, dillər arasında kommunikasiyanın xeyli dərəcədə artdığı bu dövrdə frazeoloji vahidlərin leksik-semantik özəlliyinin, həmçinin də ümumi cəhətlərin dərindən tədqiqi tipoloji dilçiliyin qarşısında mühüm bir məsələ kimi durur.

Apardığımız araşdırmalar da göstərir ki, dənizçilik terminləri frazeoloji birləşmələrin tərkibində aktiv işlənməkdədir. Məs.: «Все руки на палубу!» (ing. All hands on deck! «Свистать всех наверх!»).

Belələrini frazeoloji səciyyəli dənizçilik terminləri də adlandırmaq olar. Bədii dildə bir çox terminlər funksionallaşan mənasından fərqlənərək məcaziliyə meyil göstərir. Dənizçilik terminlərinin bəziləri də funksionallaşan mənasından uzaqlaşdıqca həm ümumişlək sözlərlə sistem əlaqəliliyi daha da genişlənir, həm də «bədii dona bürünür». İngilis dilində frazeoloji vahidlər çox yayıldığı üçün dənizçilik terminologiyasında da öz əksini bu və ya digər dərəcədə tapır. Yəni ingilis dilində elə frazeoloji vahidlər mövcuddur ki, sırf dənizçiliyin müxtəlif sahələrinə aiddir və həmin sahələrdə istifadə olunur. Həmin frazeoloji terminləri 2 qrupa ayırmaq olar:

1) sırf dənizçilik sahəsinə aid olanlar;

2) məcazi xarakter daşıyan dənizçiliyə dair frazeoloji vahid­lər.

Sırf dənizçiliyə aid frazeologizmləri ifadə etmək üçün lüğətlərdə onların qarşısında frz (frazeologiya) işarəsi qeyd olunur. Məsələn,



Acknowledge. Frz. Etiraf etmək, boynuna götürmək; təsdiq etmək, razılıq bildirmək, təşəkkür etmək; break ground- lövbərdən çıxarmaq; on ones beam-ends- böyrü üstə qoymaq (gəmiyə aid).

İkinci qrupa daxil olan dənizçiliyə aid frazeoloji vahidlər isə həm də məcazi mənada işlədilir. Lüğətlərdə belə hallarda həmin vahidin qarşısında məc (məcazi) söz-işarəsi göstərilir. Məs.: all hands to the pumps- hamı nasosa.

Bu forma əslində elliptik səciyyə daşıyır. Həmin frazeoloji vahiddin əsas nüvə mənası «Bütün qüvvə mübarizəyə» elliptik konstruksiyasıdır.

Dənizçiliklə əlaqədar frazeoloji məna adi terminlər vasitəsilə də üzə çıxır. Məsələn, absorb- özünə\canına çəkmək (İADTL*- 1: 28), accelate-sürətini artırmaq (gəminin, 29), afterglow-şəfəq (gün batandan sonra səmada qalan parıltı; xoş xatirə, 42).

İndi isə ayrı-ayrı dənizçilik terminləri əsasında yaranan frazeologizmləri, atalar sözləri və məsəlləri aydınlaşdıraq:


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin