AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
A ZƏRBAYCAN TİBB UNİVERSİTETİ
“BƏYƏNİLMİŞDİR” “TƏSDİQ EDİRƏM”
Azərbaycan Tibb Universitetinin Azərbaycan Tibb Universitetinin
Tədris-metodik və innovasiya Mərkəzi Metodik Komissiyasının
şöbəsinin müdiri sədri
prof.A.İ.QURBANOV ə.e.x., prof.S.C.ƏLİYEV
______________________ _______________________
15.09.2015-ci il
Protokol № ________________
QEYRİ-ÜZVİ KİMYA
fənni üzrə
P R O Q R A M
BAKI – 2016
İPF-B05
Qeyri-üzvi kimya üzrə tədris proqramı
050806-Əczaçılıq
Azərbaycan Tibb Universitetinin ümumi və toksikoloji
kimya kafedrasının müdiri, əczaçılıq elmləri
doktoru, prof.Q.B. İskəndərovun redaktəsi ilə
kafedranın əməkdaşı dosent E.L. Əhmədov
tərəfindən tərtib edilmişdir.
Rəy verənlər: 1. Prof. İlyaslı T.M., Bakı Dövlət Universitetinin
Ümimi və qeyri-üzvi kimya kafedrasının müdiri.
2. Prof. Süleymanov Ə.S., Azərbaycan Tibb
Universitetinin Ümumi və toksikoloji kimya
kafedrası.
GİRİŞ
Azərbaycan Tibb Universitetində fəaliyyət göstərən əczaçılıq fakultəsinin əsas tədris fənlərindən birini qeyri-üzvi kimya təşkil edir. Bu fakultənin I kurs tələbələri tədris ilinin II semestri müddətində mövcud tədris planı üzrə 14 saat mühazirə materialı dinləyir və 46 saat laboratoriya məşğələ dərsləri keçirlər.
Qeyri-üzvi kimya kursunun başlıca vəzifəsi gələcək gənc mütəxəssislərə tibbdə geniş istifadə olunan qeyri-üzvi maddələrin çevrilmə və qarşılıqlı təsir məhsullarının elmi əsaslarla proqnozlaşdırılması üzrə ən mühüm vərdişlərin yaradılması və möhkəmləşdirilməsindən ibarətdir. Həmçinin nəzərə alınmalıdır ki, bu fakultədə məntiqi ardıcıllıqla sonradan tədris olunacaq analitik kimya, üzvi kimya və fiziki kimya fənlərinin də nəzəri təməli qeyri-üzvi kimya fənninin tədrisi prosesində qoyulur və o, bu fənlərin tələbələr tərəfindən mənimsənilməsində müəyyən həlledici əhəmiyyət kəsb edir.
Qeyri-üzvi kimyanın tədrisində əsas məqsəd tələbələrə bütün maddi aləmin ilkin əsasını təşkil edən element atomları, onların əsasında əmələ gələn kimyəvi birləşmələr, molekulların quruluşu, kimyəvi rabitələrin təbiəti, və bunların təzahür formaları kimi meydana çıxan fiziki-kimyəvi xassələri haqqında sistematik biliklərin aşılanmasıdır.
Proqram əsasən elementlərin kimyasına həsr olunmuşdur. Elementlərin alınma üsulları və onların kimyəvi xassələri, tibbdə və əczaçılıqda tətbiqi haqqında geniş məlumatlar verilmişdir.
Fənnin məqsədi: qeyri-üzvi maddələr və onların çevrilmə məhsullarının xassələri haqqında tələbələrdə dərin nəzəri biliklər və əməli vərdişlər aşılamaqdır.
Tələbə nəyi öyrənməlidir:
1. Kimyəvi elementlərin dövrü sistemdə mövqeyini, alınmasını və fiziki-kimyəvi
xassələrini.
2. Əczaçılıq fəaliyyətində qeyri-üzvi kimyanın əhəmiyyətini.
3. Çox işlənən bəzi kationların xassələrini.
4. Əczaçılıq əhəmiyyətli maddələrin fiziki-kimyəvi xassələrini.
Tələbə nəyə yiyələnməlidir:
1. Əczaçılıq əhəmiyyətli qeyri-üzvi maddələrin kimyəvi reaksiyalarını yerinə
yetirməyə.
2. Çox işlənən turşu, qələvi və duzları kimyəvi cəhətdən fərqləndirməyə.
3. Vacib ionları əməli cəhətdən aşkar etməyə.
4. Əczaçılıq əhəmiyyətli ionları fiziki-kimyəvi xassələrinə görə identifikasiya
etməyə.
Mövcud tədris planı üzrə əczaçılıq fakültəsində qeyri-üzvi kimya kursunun öyrənilməsinə aşağıdakı həcmdə tədris saatları ayrılır.
Tədris Mühazirə Laboratoriya Cəmi Yekun
semestri məşğələləri
II 14 46 60 imtahan
P R O Q R A M
Kimya fənni və onun vəzifələri. Kimya təbiət elmlərindən biri kimi. Kimyanın inkişaf mərhələləri və onun digər təbiət elmləri ilə əlaqəsi. Kimyanın tibbdə və əczaçılıqda rolu.
Dostları ilə paylaş: |