Mühazirə 1 Toksikoloji kimya fənni, vəzifəsi, məqsədi. Kimyəvi- toksikoloji analiz və növləri. Digər fənlərlə əlaqəsi



Yüklə 184,78 Kb.
tarix17.01.2019
ölçüsü184,78 Kb.
#99083
növüMühazirə


Mühazirə 1

Toksikoloji kimya fənni, vəzifəsi, məqsədi. Kimyəvi-

toksikoloji analiz və növləri. Digər fənlərlə əlaqəsi.

Kimyəvi-toksikoloji analizin obyektləri, xüsusiyyətləri.
Toksikoloji kimya həm toksikologiya, həm də kimya ilə bilavasitə bağlı bir elmdir. Toksikologiya özü tibb elmidir. Onun adı 2 yunan sözlərindən əmələ gəlmişdir: toxikon–zəhər, loqus–elm, təlim deməkdir. Deməli, toksikologiya zəhərlər, onların xassələri və canlı orqanizmə (insan, heyvan, bitki) təsirləri haqqında elmdir. Toksikologiyanın bilavasitə kimya ilə qarşılıqlı əlaqəsini əks etdirən toksikoloji kimyanın təyinatı isə nisbətən fərqlidir.

Toksikoloji kimya zəhərli (toksik) maddələr və onların canlı orqanizm şəraitində parçalanma məhsullarının (meta-bolitlərinin) daxili üzvlərdə, toxumalarda, bioloji mayelərdə və digər müvafiq obyektlərdə analiz üsullarını öyrədən elmdir. Digər məlum analiz növlərindən fərqli olaraq toksikoloji kimyanın istifadə etdiyi üsullar aşağıdakı ardıcıl mərhələlərdən ibarətdir:

1. Zəhərli maddələr və onların orqanizmdə parçalanma məhsullarının müvafiq tədqiqat obyektlərindən təcrid edilməsi. Təcrid etmə dedikdə toksik məna kəsb edən maddənin müvafiq tədqiqat obyektindən maye fazaya (distillat, çıxarış, mine-ralizat və s) keçirilməsi əməliyyatı başa düşülür. Əgər zəhərli maddə bioloji mayelərin (qan, sidik, mədə yuyuntusu) tərkibindədirsə, bu zaman təcrid etmə həmin maddənin ekstrak-siya edilməsindən, yəni sulu fazadan su ilə qarışmayan üzvi həlledici fazaya keçirilməsindən ibarətdir.

2. Təcrid edilmiş toksik maddələrin kənar qarışıqlardan (piylər, zülallar, aminturşular və s.) təmizlənməsi. Toksikoloji kimya sahəsinin bir çox mütəxəssisləri bu iki mərhələni, yəni təcridetmə və təmizləmə əməliyyatlarını birləşdirərək bir mərhələ – toksik maddələrin çıxarılması və ya ayrılması – kimi qəbul edirlər və bu cür də təqdim olunur.

3. Təcrid edilmiş toksik maddələrin aşkar edilməsi (vəsfi

analizi).

4. Toksik maddələrin miqdari təyini.

Toksik maddələrin tədqiqat obyektlərində tam sübutu bu mərhələlərin yerinə yetirilməsinin vacibliyini tələb etdiyi üçün toksikoloji kimyanın qarşısında duran vəzifələr də bir qədər artır və mərhələlər üzrə daha da dəqiqləşir.

Toksikoloji kimya zəhərli maddələr və onların meta-bolitlərinin tədqiqat obyektlərindən təcrid olunma üsullarını təkmilləşdirir və yeni üsullar işləyib hazırlayır. Həmçinin zəhərli maddələrin müxtəlif obyektlərdən təcrid etmə üsullarının nəzəri əsaslarını müəyyən edir. Toksikoloji kimya tədqiqat obyek-tlərindən təcrid edilmiş zəhərli maddələrin kənar qarışıqlardan təmizləmə üsullarını öyrənir və bunun üçün yeni üsullar təklif edir. Bu fənn zəhərli maddələri aşkar etmək üçün məlum vəsfi reaksiyaların aparılma şəraitini təkmilləşdirir və sübutedici qabiliyyətи daha çox olan yeni reaksiyalar təklif edir. Toksikoloji kimya tədqiqat obyektindən çıxarılmış maddələrin lazım gəldikdə miqdari təyinini aparmaq məqsədilə istifadə edilən məlum fiziki-kimyəvi üsulları təkmilləşdirir, yeni fotometrik reaksiyalar axtarır və onların əsasında müasir üsullar işləyib hazırlayır. Toksikoloji kimyanın qarşısında duran ən vacib məsələlərdən biri də orqanizmə daxil olan maddələrin biokimyəvi çevrilmə məhsulları olan metabolitlərin hər tərəfli tədqiqi – onların eksperiment və model təcrübə əsasında bioloji sistemlərdən təcridi, fiziki-kimyəvi xassələrinin, kimyəvi təbiətlərinin və quruluşlarının araşdırılması və bunun əsasında nativ maddədən fərqli müvafiq sübutedici üsulların işlənib hazırlanmasıdır.

Toksikoloji kimya da digər elmlər kimi əməli xidmət sahələrinə malikdir. Bunlara bütövlükdə kimyəvi-toksikoloji analiz deyilir. Deməli, toksikoloji kimya elm, kimyəvi-toksikoloji analiz isə onun xidmət sahəsidir. Bu iki anlayışı, yəni toksikoloji kimya və kimyəvi-toksikoloji analiz anlayışlarını bir-birilə qarışdırmaq və eyniləşdirmək heç cür olmaz.

Kimyəvi-toksikoloji analiz zəhərli və şiddətli təsirə malik maddələrin tədqiqat obyektindən təcridi, təmizlənməsi, vəsfi və miqdari təyini üçün təcrübədə istifadə edilən və elmi cəhətdən əsaslandırılmış üsulların toplusudur. Hazırda kimyəvi-toksikoloji analizin tədqiqat obyektləri sayca çox, təbiətcə müxtəlif oldu-ğundan və bu sıraya tək toksik maddələr yox, bütün yаd (yabançı) maddələr aid edildiyindən, kimyəvi-toksikoloji analizin bir sıra bölmələri mövcuddur:

1. Məhkəmə-kimyəvi analiz. Zəhərli maddənin ölüm dozası təsirindən ölmüş şəxslərin meyitindən götürülmüş obyekt-lərin tərkibində olan toksik maddələrin tədqiqi ilə məşğul olur. Bu analiz məhkəmə-tibbi ekspertiza bürolarının nəzdində fəaliy-yət göstərən məhkəmə-kimyа şöbəsinin əməkdaşları – kimyaçı-ekspertlər tərəfindən yerinə yetirilir. Kimyaçı-ekspertlər yalnız ali təhsilli əczaçı mütəxəssislərdən olа bilir.

2. Kəskin zəhərlənmənin laborator diaqnostikası. Zəhərli maddənin toksik dozası təsirindən zəhərlənmiş şəxslərin bədənin-dən götürülmüş bioloji mayelər və qusuntu kütləsinin tərkibində həmin maddənin axtarılması və tədqiqi ilə məşğul olur. Bu analiz adətən toksikoloji mərkəz və böyük klinikaların nəzdində təşkil edilmiş xüsusi laboratoriyalarda müvafiq əməkdaşlar – kimyaçı-laborantlar tərəfindən yerinə yetirilir. Bunun öhdəsindən layi-qincə gəlmək üçün yenə də həmin vəzifənin ali təhsilli əczaçılar tərəfindən aparılması tövsiyə edilir.

3) Dopinq-nəzarət. Orqanizmin dözümlülük qabiliy-yətinin kimyəvi maddələr hesabına artırılması dopinq adlanır. Həmin kimyəvi maddələrə isə dopinq maddələr deyilir. Dopinq maddələr idman yarışlarında rəqib üzərində süni qələbəyə nail olmaq üçün gizli istifadə edilir. Həmin maddələrin bədəndə aşkar edilməsi dopinq-nəzarət sistemi vasitəsilə həyata keçirilir. Yüksək həssaslıq, seçicilik və dəqiqliyə malik xüsusi cihazlar istifadə etməklə dopinq maddələr qanda təyin edilir. Dopinq-nəzarət adətən böyük şəhərlərdə (məs: Moskva) fəaliyyət göstərən xüsusi laboratoriyaların əməkdaşları tərəfindən aparılır. Həmin əməkdaşlar əksər halda yenə də ali təhsilə malik əczaçılardır.

Azərbaycan Respublikasında dopinq-nəzarəti sahəsində elmi işlər aparılır və ümidvarıq ki, yaxın vaxtlarda bu növ analiz

öz tətbiqini tapacaqdır.

4. Sanitar-kimyəvi analiz. Sənaye müəssisələrinin hava-sının tərkibində zəhərli və sağlamlıq üçün təhlükə yaradan maddələrin aşkar və miqdarca təyin edilməsi ilə məşğul olur. İstehsalat müəssisələrində texniki təhlükəsizlik və əmək mühafizə qaydaları pozulduqda havanın tərkibinin tədqiqi məsələsi ortaya çıxır və bu kimyəvi-toksikoloji analiz sahəsində çalışan ali təhsilli əczaçı mütəxəssislər tərəfindən aparılır. Sanitar-kimyəvi analiz sahəsində çalışan mütəxəssislər də eyni prinsipə əsaslanan kim-yəvi-toksikoloji analiz üsullarından istifadə edirlər.

Kimyəvi-toksikoloji analizin yuxarıda göstərilən dörd böl-məsi əsasən əməli (təcrübi) sahələrdə tətbiq edilir. Həmin analiz üsulları eyni müvəffəqiyyətlə müvafiq elm sahələrində də istifadə olunur. Bu cəhətdən 2 analiz növünü xüsusən göstərmək yerinə düşür: farmakokinetik və bioəczaçılıq analizləri.

5. Farmakokinetik analiz. Dərman maddələrinin farmako-kinetik qanunauyğunluqlarını aşkar etmək məqsədilə tətbiq edilir. Maddələrin farmakokinetik qanunauyğunluqları məlum deyilsə yüksək səmərəli farmakoterapiyaya nail olmaq mümkün deyildir. Farmakokinetik tədqiqatlar adətən model təcrübə əsasında labo-ratoriya heyvanları üzərində aparılır. Heyvanlara dərman mad-dələri yeridildikdən sonra müəyyən müddətlər keçdikdə fasilə ilə ara nöqtələrdə dövrü olaraq heyvanların qanında həmin dərman maddələrinin miqdarı təyin edilir və onların orqanizmdə taleyi müəyyənləşdirilir. Dərman maddələrinin qanda qatılığının müəy-yən edilməsi yenə də kimyəvi-toksikoloji analiz üsulları ilə həyata keçir.

6. Bioəczaçılıq analizi. Dərman maddələrinin bioəczaçılıq parametrlərinin müəyyən edilməsinə xidmət edir. Ümumiyyətlə, bioəczaçılıq sahəsində aparılan tədqiqatların məqsədi yüksək müa-licə səmərəsi verə biləcək dərman forması (növü) və onların optimal yeridilmə üsullarını axtarmaqla məşğul olmaqdır. Müx-təlif dərman formalarının müqayisəli bioəczaçılıq tədqiqi yalnız kimyəvi-toksikoloji analiz üsulları əsasında aparılır.



Toksikoloji kimyanın digər fənlərlə əlaqəsi
Toksikoloji kimya əczaçılıq ixtisas fənlərindən biri hesab olunur. Bu sahə üzrə ixtisaslaşmış mütəxəssis kimyaçı-ekspert kimi fəaliyyət göstərir.

Toksikoloji kimya bir çox fənlərin kəsişdiyi mənbədən qidalanır və onlarla sıx əlaqədə inkişaf edir. Bu fənn ilk növbədə aşağıdakı fənlərlə daha sıx bağlıdır: 1) tibb 2) kimya 3) biolo-giya 4) dərmanşünaslıq (əczaçılıq) 5) fizika və cihazqayırma

Toksikoloji kimya bir əczaçılıq ixtisas fənni kimi tibb fənlərinin, ilk növbədə isə toksikologiya və məhkəmə təbabətinin tələbindən meydana gəlmiş və onlarla hazırda da möhkəm tellərlə bağlıdır. Çünki bir çox vacib məsələlərin həll edilməsində tok-sikoloji kimyanın üsullarından istifadə edirlər. Bu fənн həmçinin tibbin digər sahəsi farmakologiya ilə sıx əlaqədədir.

Toksikoloji kimyanın möhkəm əlaqədə olduğu ikinci sahə kimya fənləridir. Bir çox zəhərli maddələrin metal və qeyri-metal birləşmələrindən ibarət olması toksikoloji kimyanı qeyri-üzvi kimya ilə yaxınlaşdırır. Üzvi kimyanın bir sıra üzvi reaktivlər, boya maddələri, indikatorlar, dərman preparatları və s. maddə-lərin sintezi, həmçinin üzvi birləşmələrin funksional qruplara görə analizi sahəsində əldə etdiyi son nailiyyətlər yeni analitik reaksiya və üsulların meydana gəlməsinə səbəb olmuşdur. Həmin reaksiya və üsullar kimyəvi-toksikoloji analiz təcrübəsində geniş istifadə olunur. Bu isə toksikoloji kimyanın üzvi kimya ilə möhkəm əlaqəsini bir daha əyani sübut edir. Müasir kimyəvi-toksikoloji analiz təcrübəsində bir çox analitik üsulların istifadə edilməsi həmin fənlə analitik kimyanın sıx bağlı olduğunu göstərir. Toksikoloji kimyada bir sıra fiziki və fiziki-kimyəvi analiz üsullarının (ekstraksiya, xromatoqrafiya, elektroforez, kolorimetriya, fotokolorimetriya, spektrofotometriya və s.) tətbiqi onun fiziki və kolloid kimya ilə möhkəm əlaqəsindən xəbər verir. Zəhərli maddələrin toksikokinetikası (orqanizmə sorulma, paylan-ma və с.) prosesinin mexanizmini izah etdikdə fiziki və kolloid kimya fənni üzrə məlum anlayışlardan (diffuziya, osmos, adsorbsiya, desorbsiya və s.) bir daha istifadə olunur.

Toksikoloji kimya biologiya fənləri ilə də sıx bağlıdır. Onlardan əsasən botanika və biokimyanı göstərmək olar. Bir çox zəhərli bitkilərin kimyəvi-toksikoloji analizin obyekti olması toksikoloji kimyanı botanika ilə əlaqələndirir. Zəhərli və həmçinin dərman maddələrinin orqanizm şəraitində müvafiq çevrilmələrə məruz qalmalarının mexanizminin biokimyəvi hadisələr və qanunauyğunluqlar əsasında izah olunması toksikoloji kimyanın biokimya ilə möhkəm əlaqəsindən xəbər verir.

Toksikoloji kimya əczaçılıq ixtisas fənlərindən biri kimi dərmanşünaslıq, yəni əczaçılıq fənlərinin özləri ilə də qırılmaz tellərlə bağlıdır. İlk növbədə əczaçılıq kimyası və farmakoqnoziya fənlərini demək olar. Əczaçılıq kimyasında öyrənilən bir çox dərman maddələri və üsullar kimyəvi-toksikoloji analiz təcrübə-sində də istifadə olunur. Farmakoqnoziya kursunda öyrənilən bir çox bitki xammalları, onların müvafiq bioloji fəal maddələri və dərman preparatları toksikoloji məna kəsb edirlər və toksikoloji kimya nöqteyi nəzərindən tədqiq olunurlar.

Nəhayət, toksikoloji kimya fizika və cihazqayırma ilə sıx əlaqəlidir. Yeri gəldikdə kimyəvi-toksikoloji analiz təcrübəsində bəzi fiziki üsullardan da istifadə olunur. Zəhərli maddələrin fiziki və fiziki-kimyəvi üsullarla tədqiqi müasir cihazlar istifadə etmədən mümkün deyildir. Odur ki, kimyəvi-toksikoloji analizin inkişafı müəyyən dərəcədə cihazqayırma sənayesinin inkişaf səviyyəsindən asılıdır.

Yuxarıda göstərdiyimiz qısa xülasədən aydın olduğu kimi toksikoloji kimya bir çox fənlərin yardımı olmadan təkbaşına inkişaf edə bilməz, yəni qarşılıqlı münasibət çərçivəsində fəaliyyət göstərməlidir. Belə ki, tibb fənləri, ilk növbədə məhkəmə təbabəti və toksikologiya, toksikoloji kimya qarşısında həllи vacib олан müəyyən məsələ qaldırır. Kimya və əczaçılıq fənləri isə, ilk növbədə analitik kimya və əczaçılıq kimyası, qaldırılmış məsə-lənin müsbət həllinə nail olmaq məqsədilə müvafiq analiz üsulları təklif və təqdim edirlər.

Yaranmış qarşılıqlı münasibətin inkişafında toksikoloji kimyanın özü də biganə qalmır, öz növbəsində digər elm sahələrinin inkişafına müsbət təsir göstərir. Belə ki, əczaçılıq sahəsində meydana gəlmiş bioəczaçılıq istiqamətinin daha da inkişaf etməsi üçün özünün işləyib hazırladığı kimyəvi-toksi-koloji analiz üsullarınы təklif və təqdim edir.

Göstərilən bu məsələlərin reallaşması üçün digər vacib amil kimyəvi-toksikoloji analiz сahəsində fəaliyyət göstərən mütəxəssisin ixtisasca düzgün seçilməsidir. Kimyəvi-toksikoloji analiz sahəsində çalışan mütəxəssis ixtisasca ali təhsilli əczaçı olmalıdır. Yalnız ali təhsilli əczaçının, başqa heç kəsin, savadı və səriştəsi imkan verir ki, qarşıya qoyulan məsələnin öhdəsindən bacarıqla gələ bilsin və onun müsbət həllinə nail olsun. Çünki tibb, kimya, biologiya və dərmanşünaslıq sahəsində müvafiq hazırlığı olan yeganə ixtisas sahibi ali təhsilli əczaçıdır. Bu məsələdə yalnız bir istiqamətdə hazırlanan həkim, kimyaçı, bioloq əczaçını heç cür əvəz edə bilməz və odur ki, kimyaçı-ekspert vəzifəsində də fəaliyyət göstərməməlidir.



Toksikologiya elminin bölmələri
Yuxarıda göstərdiyimiz kimi zəhər və onun orqanizmə göstərdiyi təsiri toksikologiya elmi öyrənir. Müasir toksikolo-giyanın ən vacib bölmələri bunlardır: məhkəmə toksikologiyası, kliniki toksikologiya, sənaye toksikologiyası, zəhərli bitkilər toksikologiyası.

Məhkəmə toksikologiyası məhkəmə təbabətinin müvafiq bir sahəsidir. Bu özünə və başqasına intihar məqsədilə zəhərin istifadə edilməsi nəticəsində baş verən zəhərlənməni, həmçinin bədbəxt təsadüf nəticəsində törənmiş zəhərlənməni öyrənir. Tibb, kənd təsərrüfatı, məişət, sənaye və xalq təsərrüfatının digər sahə-lərində yeni kimyəvi birləşmələrin istifadə edilməsi və onlardan bəzilərinin toksik xassəyə malik olmaları ilə əlaqədar məhkəmə toksikologiyasının vəzifəsi, məzmunu və həcmi fasiləsiz olaraq artır.

Məhkəmə toksikologiyasının qarşısında duran vəzifələrin müsbət həllində zəhərlənməyə səbəb olan müxtəlif maddələrin tədqiqи üsullarını öyrənən toksikoloji kimyanın böyük əhəmiyyəti

vardır.


Kimyəvi maddələrin toksikoloji mənasının bir çox amillərdən asılı olmasını göstərmək də yerinə düşər. Bu amillər sırasına həmin maddələrin orqanizmə göstərdiyi toksik təsirləri, tibb və xalq təsərrüfatının müxtəlif sahələrində эениш tətbiq olunmaları, əhalinin əksər kütləsi üçün asan tapılması və s. aiddir.

Zəhərli maddə ilə zəhərlənmə iki nöqteyi-nəzərdən öyrənilə bilər: toksikodinamika və toksikokinetika.

Toksikodinamika zəhərli maddənin orqanizmə təsir mexanizmini öyrənir. Toksikokinetika iсə zəhərli maddənin orqanizmdə taleyini, davranışını, yəni onlarla baş verən prosesləri öyrənir. Bir sözlə zəhərin bədənə sorulması, üzv və toxumalar üzrə paylanması, müvafiq birləşmələr (metabolitlər) şəklinə çevrilməsi, bədəndən xaric olması və s. bu kimi məsələlərin araşdırılması toksikokinetikanın məşğuliyyətidir. Zəhərli maddə-lərin toksikokinetikasını bilmək kimyəvi-toksikoloji analiz üçün daxili üzv və bioloji mayelərin düzgün seçilməsinə, tədqiqatın nəticələrinin obyektiv qiymətləndirilməsinə və zəhərlənmənin səbəbini müəyyən etməklə əlaqədar bir sıra digər vacib məsələ-lərin həll edilməsinə zəmin yaradır.

Щяр бир кимйяви-токсиколоъи анализин нятижяляри тядгигат обйектини дцзэцн сечмякдян, кимйяви-токсиколоъи анализин гайдаларына дягиг риайят етмякдян, тядгигат цсулларыны дцзэцн апармагдан вя бир чох диэяр амиллярдян асылыдыр.



Kimyəvi-toksikoloji analizin obyektləri
Kimyəvi-toksikoloji analizin xarakter əlamətlərindən biri tədqiqat obyektlərinin müxtəlifliyidir. Bu obyektləri aşağıdakı qruplara bölmək olar:

1. Bədəndən götürülən obyektlər. Bunlar zəhərli maddələr təsirindən ölmцш və ya əksinə ölməmiş şəxslərin bədənindən götürülür. Bu obyektləri 2 qrupa bölmək olar: a) zəhərlənmə nəticəsində ölmüş şəxslərin meyitindən götürülən daxili üzvlər, toxumalar, bioloji mayelər (qan, sidik), qusuntu kütləsi, nəcis, dırnaq, saç və s. göstərmək olar. Bu cür obyektlər məhkəmə-kimyəvi analiz aparmaq üçün istifadə edilir. б) zəhərli maddənin toksik dozasını qəbul etmiş şəxslərin bədənindən götürülən bioloji mayelər (qan, sidik), nəcis, qusuntu kütləsi, mədə yuyuntusu və s. göstərmək olar. Bunlar isə kəskin zəhərlənmənin laborator diaqnostikasını yerinə yetirmək üçün işlənir.

Hər iki qrupa daxil olan obyektlər gələcəkdə daha əlverişli hesab olunan adla, yəni «bioloji material» kimi təqdim ediləcəkdir.

2. Bədənə qəbul etdikdə zəhərlənməyə səbəb olan obyekt-lər. Buraya qida qalığı, ərzaq məhsulları, su, müxtəlif içkilər, bitki hissələri, dərmanlar, müxtəlif kimyəvi maddələr və s. aiddir. Bu qrupa həmçinin zəhərlənmə baş verənə qədər zəhərlənmiş şəxsin olduğu yaşayış və ya istehsalat binalarının havası da daхildir.



3. Təmas obyektləri. Buraya isə paltar, paltar üzərində qalmış ləkələr, dərman saxlanmış şüşə qab, zəhərli qida qəbuledilmiş qab-qacaq, həmçinin üzərində cinayət izləri saxlamış əşyalar və digər bu kimi maddi sübutlar aiddir.
Yüklə 184,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin