Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə114/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   110   111   112   113   114   115   116   117   ...   303
Qanaxmaya nəzarət. Üzün zədələnmələrində qanaxmalar şiddətli olsalar da, yaxın məsafədən açılmış atəş yaralanmalardan əlavə orqanizmin şokuna gətirib çıxaran kəskin qanaxmaya az rast gəlinir. Kəskin arterial qanaxmalar a.maksillaris eksterna, a.temporalis superficialis, a.angularis kimi arteriyaların xəsarətindən ola bilər. Bu arteriyalardan olan qanaxmalara yara üzərinə sıxıcı sarğı qoymaqla nəzarət edilir. Sonra damarlar yara xəttindən tapılıb bağlanılır. Qanaxmanın ən təhlükəli tərəfi qanın yuxarı tənəffüs yoluna keçməsidir. Xəstə külli miqdarda qan udarsa, mədə qıcıqlanması və qusma baş verir, bu isə müalicəni çətinləşdirir.

Üzün təcrid olunmuş yaralanmalarında şok nadir hallarda olur. Gözə penetrasiya etmiş yaralanmalar ağrı və yanğı hissi ilə şok sindromu yaradır. Geniş fassial zədələnmələrdə sümük sınıqları olsa da, ağrı az rast gəlinir. Əgər şok müşahidə olunarsa, şoku əmələ gətirən başqa xəsarətlər düşünülməli və əsas səbəbə istiqamətlənməlidir.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin