Nevus cell xalı. Bu xalların üç böyük kategoriyası vardır: junction (düyünlü), compound (qarışıq) və intradermal. Compound xallar bir qədər qabarıq olur. Junction xallarının mərkəzi hündür, periferiyası isə piqmentasiyalı olur. Ziyilvari piqmentasiyalı xalların 75%-i junction tipdədir. Yaşlılarda isə yarımkürə şəklində olan xalların çoxu intradermaldır. Piqmentli papillomalar da intradermaldır.
Xal hüceyrələrinin epidermal və ya sinir mənşəli olduqları haqqında fərziyyələr vardır. Junction və compound xalların maliqnizasiya riski vardır. Ayaqda, cinsiyyət üzvlərində, əl və dizin aşağı nahiyələrində çox vaxt junction xallar olduğu üçün eksizya aparılmalıdır. Maliqnizasiya transformasiyası riski olduğundan, mümkün qədər total eksiziya biopsiyası aparılmalıdır. Bəzən tüklü piqmentli xallarda follikulit nəticəsində dəyişikliklər olur. Bunlar müalicə edildikdən sonra konservativ eksizya, biopsiya və ya koaqulyasiya aparılır.
Tüklü və ya tüksüz xallarda eksizya ən yaxşı müalicə metodu sayılır. Amma əvvəlcə epilyasiya, sonra xalın əsasından eksizya və əsasın koaqulyasiyası aparılır. Sonuncu metod polimorf intradermal xallarda da istifadə oluna bilər.
Dostları ilə paylaş: |