Donor sahələr. Yerləşdiyi nahiyədən asılı olaraq dəri rənginə, strukturuna, damarlanmasına, qalınlığına, tüklü olmasına görə fərqlənir. Ona görə də, donor sahənin akseptor sahəyə yaxın nahiyədə olması
Donor sahələr. Yerləşdiyi nahiyədən asılı olaraq dəri rənginə, strukturuna, damarlanmasına, qalınlığına, tüklü olmasına görə fərqlənir. Ona görə də, donor sahənin akseptor sahəyə yaxın nahiyədə olması məqsədəuyğundur.
Natamam dəri qreftləri üçün donor sahələr. Ən çox aşağıdakı sahələrdən istifadə olunur :
Budun içəri səthi və yuxarı ətrafın proksimal hissəsi
Bir sözlə desək, bədənin bütün düz səthləri istifadə edilə bilər. Qarın divarı, sağrı və budun iç səthinə natamam dəri qreftləri daha çox istifadə olunur. Nahiyənin sahəsinə nisbətən böyük ölçülərdə dəri qreftləri götürülə bilər. Ancaq qreftlər sarımtıl, açıq və ya tünd-qəhvəyi rəngdə olurlar. Nazik qreftlər qalınlara nisbətən daha tünd rəngdə görsənirlər. Eyni zamanda, günəş şualarına daha həssas, daha tünd piqmentasiyaya malik və bu piqment uzunmüüdətli olur. Üz dərisinə yaxşı uyğunlaşa bilmir.
Qreft alındıqdan sonra bir sıra izlər qala bilər. Bu izlərin alt paltarların altında qalan nahiyələrdə olması məqsədəuyğundur. Bu səbəbdən, ən uyğun sahələr qarının alt nahiyəsi, budun iç səthi və sağrı nahiyəsidir. Ancaq qasığın tüklü hissəsi qreftə daxil edilməməlidir. Eləcə də sümük çıxıntıları üzərindən qreft alınmamalıdır. Bu sahələrdən 10x20 sm ölçülərində qreft alınarsa, təqribən 46 ml qanaxma olur. Donor sahəyə aşağı konstentrasiyalı vazokonstruktiv maddələr yerli istifadə olunarsa, qanaxma azalır.