Dəri qreftinin bitişməsi üçün lazım olan şərtlər. Üç vacib nöqtə diqqət mərkəzində olmalıdır:
Akseptor sahədə qan dövranının yaxşı olması
Akseptor sahə ilə dəri qreftinin tam təması
Kifayət qədər və uyğun granulyasiyon toxumanın olması
Akseptor sahədəki qan dövranının kifayət qədər olması.Akseptor sahədəki qan dövranı qranulyasiya toxumasını qidalandıra biləcək qədər olmalıdır. Dəri qrefti yaxşı bir vaskulyar yataq üzərində yerləşdirilməlidir. Lakin dəri qrefti kiçik bir avaskulyar şəraitdə də yaşaya bilir (“bridging fenomen”). Bu vəziyyət kollateral damarların dəri qrefti ilə birləşməsi nəicəsində olur. İdeal şəraitdə kollateral dövran, hər hansı tərəfdən 0.5 sm məsafəni qidalandıra bilir. Bu, xüsusilə, açıq vətər və sinirin örtülməsində əhəmiyyətlidir. Kifayət qədər qan dövranı olan, normal şəkildə hazırlanmış akseptor sahədə 1 sm və ya daha kiçik ölçülü açıq vətər və ya sinir varsa, bütün bu sahəni bir bütöv dəri qefti ilə örtmək mümkündür. Lakin bu cür hallarda qreftdəki damarlanma daha uzun müddətdə inkişaf edir. Vətər və sinir həm xarici təsirlərdən qorunmuş, həm də onun autolizinin və ölümünün qarşısı alınmış olur.
ətrafında kövşək birləşdirici toxuma (paratenon) olmayan vətərlər - xarici səthləri avaskulyar olduğu üçün, üstlərinə qoyulmuş dəri qreftlərini qidalandırmırlar.
çox qatlı yastı epitel üzərində qreft bitişmir.
radiasiyaya məruz qalmış sahələr - qan damarları ətrafında fibroz toxuma yarandığından qanla təchizatı pisdir.
piy toxuması - tərkibində derma və fassiya kimi toxumalara nisbətən daha az qan damarları vardır.
yaşlı qranulyasiya toxumaları. Qranulyasiya toxumaları vaxt keçdikcə vaskulyarizasiyasını itirib, fibroz toxumaya çevrilir, infeksiyalaşır. Bu sahələrə erkən qreft qoyulması lazımdır. Belə toxumalara misal xronik xoralardır.
yaşlı və diabetli xəstələrdə arteriosklerotik dəyişikliklər olur. Xüsusilə, topuq və ayaqdakı yaralarda bu vəziyyət nəzərə çarpandır.
infeksiyalaşmış sahələrdə qreft bitişmir.
perinevriumu olmayan sinirin üzərində qreft bitişmir.
təzyiq altında qalan sümük çıxıntılar üzərinə qreft qoyulmamalıdır.