Dodaq yarıqlarının cərrahi müalicəsi
Məqsəd. Dodaq yarıqlarının cərrahi müalicəsində məqsəd normal anatomik xətləri yaratmaqdır. Nəticələr həm funksional həm də kosmetik baxımdan qəbul olunmalıdır. Çalışmaq lazımdır ki, sağlam və funksional dairəvi əzələ, bərabər filtrum şırımları və filtrum çuxuru olan, mukokutanoz birləşmənin düzgün ağ xəttlə sərhədləndiyi “cupid yayı” və mərkəsində vermillion qabarcığına malik bir dodaq formalaşsın. Əməliyyat zamanı burun dəliklərini, burun döşəməsi və bərabər burun dəlikləri astanası ilə düzəldilən simmetrik qanad qığırdağı və düzgün burun çəpəri ilə dəstəklənən bir kolumella düzəltmək nəzərdə tutulur.
Zaman. Əməliyyatın planlaşdırılması həyatın ilk 48 saatından başlayıb 6 ayına kimi uzadıla bilər. Əməliiyatın gecikdirilməsinin tərəfdarları uşağın böyüməsi nəticəsində, dodaq toxumasının çox olması nəticəsində cərrahi işləmənin rahat olmasına istinad edirlər. Bundan əlavə, vaxtın keçməsi xəstəni daha düzgün izləmək, validenylərin deformasiya ilə yaxından tanış olması, reablitasiyası və korreksiyası ilə əlaqəli problemləri daha sadə qəbul etməsinə gətirib çıxarır.
Əməliyyatın nə vaxt aparılmasında qəti bir fikir olmasa da, bir çox cərrahlar 10 həftəlik, təqribən 4,5 kq bədən çəkisinə və an azı 10 q% hemoqlobinə, 10 000-dən az leykositə malik olan xəstəni (“Onlar qaydası”) əməliiyat etməyi məsləhət görürlər. Heç bir əks göstərişləri olmayan xəstələri 2-3 aylığında əməliyyat etmək optimal hesab olunur. Bu vaxt ərzində uşağın müqaviməti və anesteziyaya davamiyyəti artır, əməliyyat sahəsi böyümüş olur. Həmçinin, premaxilla və prolabium-un protuziyasının qarşısını almaq üçün bəzi ekstraoral ləvazimatlardan istifadə olunur. Ancaq bu ekstraoral ləvazimatların istifadəsi xüsusi nəzarət altında olmalıdır, çünki uşaq üçün bu çox narahatlıq yaradır.
Erkən əməliyyat aşağıdakı üstünlüklərə malikdir: valideynlərin və yaxın qohumların psixoloji baxımdan əziyyət çəkməməsi, bağlanmış dodağın maksilyar qövsün üzərini örtməsi, cavan toxumalarda yaxşılaşma potensialının daha çox olması, cərrahi travmaya qarşı daha rezistent olması, anadan alınan immunitetin çox olması, növbəti illərdə təkrar hospitalizasiyanın olmaması və əməliyyat zamanı mikroskopdan istifadə etməmək.
Dodağın bərpasında çətinlik yarandıqda ilkin dodaq adheziyası etmək məqsədə uyğundur (Randall-Graham dodaq adheziyası metodu). Beləliklə, bu metod alt nahiyədəki maksilyar və premaksilyar segmentlərin bükülməsinin qarşısını alıb, digər tərəfdən büzülmüş qonşu toxumaların da uzanıb yerinə gəlməsinə şərait yaradır. Bu metodda qəti olaraq əməliyyatları 8 həftə əvvəl aparmaq lazımdır. Qüsur yarıq kənarlarından müvafiq hissələr çıxarılaraq hazırlanan dördbucaq şəkilli fleblə bağlanır. Bu əməliyyatla 4 vacib nəticə əldə etmək olur.
Alveolun ön hisssəsi bağlanır.
Burun qanadının istiqaməti düzəldilir.
Lokal böyümə prosesi stimulə edilir.
Sonrakı əməliyyatlar üçün lazımı qədər toxuma ehtiyatı qalır.
Dostları ilə paylaş: |