Təsnifat. Embriloji baxımdan dodaq, alveolyar çıxıntı və damaq yarıqlarını tam olaraq qiymətləndirmək lazımdır. Lakin cərrahi baxımdan hər yarığa görə cərrahi şərtlər dəyişdiyinə görə subqruplara ayırmaq məqsədə uyğundur. Normal bitişmə kəsici dəlikdə (foramen incisivum) göründüyünə görə tasnifat kəsici dəliyə görə aparılır.
İCA (İnternational Cleft lip and palate Assocation) təsnifatı :
Birincili damaq yarıqları(arxa tərəfdə foramen incisivum -la sərhəd):
Dodaq yarıqları:
Sərt damaq yarıqları (qeyri-komplekt və komplekt formaları)
Submukoz yarıqları Mandibulyar yarıqlar: Alt dodaq yarıqları
Mandibula yarıqları
Alt dodaq sinusları Nazo-okulyar yarıqlar (Burun qanadından medial kantusa1 qədər gedir).
Oro-okulyar yarıqlar (Ağız bucağından palbebral çökəkliyə qədər gedir).
Oro-aural yarıqlar (Ağız bbucağından qulağa qədər uzanır)2.
Spina adlı alim 1974-cü ildə yuxarıda göstərilən təsnifatı dəyişdirərək sadəşmiş hala gətirmişdir:
I Qrup:Foramen incisivum-un ön tərəfində olan yarıqlar (alveolyar yarığı olan və olmayan dodaq yarığı) - Preinsisiv yarıqlar: Bir tərəfli (total və hissəvi)
İki tərəfli (total və hissəvi)
Mərkəzi (total və hissəvi)
II Qrup: Foramen incisivum-un ön və arxa tərəfindəki yarıqlar (dodaq, alveol və damaq yarıqları) - Transinsisiv yarıqlar: Bir tərəfli
İki tərəfli
III Qrup: Foramen incisivum-un arxasında olan yarıqlar:
Total