Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə98/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   94   95   96   97   98   99   100   101   ...   303
Müalicə. Parotisin cərrahiyyəsi parotis şişlərinin patologiyasını, parotid nahiyəni və rekonstruksiyanı yaxşı bilən cərrah tərəfindən aparılmalıdır. Bu sahədə residirvlər azalmış, xəstələrin yaşaması yüksək faizlərə gəlib çatmışdır.

Protisin anatomiyası haqqında qısa məlumat vermək faydalı olar. Parotis vəzi yuxarıdan almacıq qövsü, aşağıdan çənə bucağından 3 sm aşağıya, arxa tərəfdən məməyəbənzər sümüyə, ön tərəfdən isə çənə sümüyünün ön kənarına qədər gedir. Xarici səthdən qalın fassiya ilə örtülür və medial səthi qanadabənzər çuxur və udlağın yan divarı ilə qonşudur. Üz siniri vəzini səthi və dərin olmaqla iki paya bölür. Səthi pay dərin paylardan böyükdür, çənə əsasına və şaxəsinə möhkəm yapışmış olur. Üz siniri stylomastoid foramen ilə kəllə əsasını tərk edir və styloid çıxıntının yanından ön tərəfə doğru irəliləyərək xarıcı qulaq keçəcəyindən 1 sm aşağıda parotisə daxil olur. Parotisə daxil olduqdan dərhal sonra tempofasialservikofasial şaxələrə ayrılır.

Parotisdə lokalizasiyalaşan kütlə olduqda onu səthi parotidektomiya ilə biopsiya etmək lazımdır. Dərhal aparilan dondurulmuş kəsiklərlə diaqnoz qoyulur. Vəzinin bu nahiyəsində rast glinən xoş xassəli qarışıq şişlərdə aparılan səthi paraditektomiya lazımi nəticələr almağa imkan verir.

Dondurulmuş preparatda maliqnizasiya olarsa, paratidektomiya aparılmalıdır. Total parotidektomiyalarda üz siniri də rezeksiya edilir. Bu metodla müalicə olunan xoş xassəli şişlərdə residiv 25-30%-dən 10%-ə enir. Xoş xassəli qarışıq şişlərdə uğurlu rezeksiya ilk dəfə aparılanda müşahidə olunur. İkincili müdaxilələrdən sonra residiv 30%-ə çatır. Təkrar əməliyyat aparılmış xoş xassəli qarışıq şişlərin müalicəsi, maliqnizasiya olmuş şişlərdən çətindir. Xoş və ya bəd xassəli olmasından asılı olmayaraq parotis şişlərində lazımi sərhəddə rezeksiya aparmaq çox çətindir.

Parotid nahiyənin çoxşaxəli anatomiyasının olması nahiyənin bəd xassəli şişlərində qonşu strukturların tutlmasına gətirib çıxarır. Əsasən, rezeksiya zamanı üzərində olan dərinin kənarlaşdırılması səbəbindən sonradan fleb rekonstruksiyasına ehtiyac olur. Əgər çənəyə invaziya edibsə, çənə sümüyünün rezeksiyası göstərişdir. Məməyəbənzər, almacıq və gicgah sümüklərində rezeksiya aparılmalıdır. Medial səthlərə yayılarsa, udlağın yan divarının rezeksiyası aparılır.

Üz sinirinin rezeksiyasına göstəriş şişin histoloji kriteriyları ilə deyil, sinirə yaxınlığı və ona invaziya edə bilmə qabiliyyətinə bağlıdır. Rezeksiya edilən şaxələrin bərpasında n.auricularis və ya boyun kələfi şaxələrindən istifadə olunur. Əgər üz sinirinin davamlılığı pozulubsa, tarsorafi mütləq olaraq tətbiq olunmalıdır. Əzələ transferləri ikincili və selektiv rekonstruksiyalarda tətbiq olunur. Üst və alt göz qapaqlarında m.temporalis-in, ağız bitişmələrində m.coronoideus transferi çox gözəl nəticələr əldə etməyə ikman verir. Tək səhifəli rekonstruktiv müdaxilələrdə həmin tərəfdəki nazolabial ilgək yaratmaqla bərabər, qarşı tərəfdə front nevroektomiya və intraoral hissəvi miomektomiya ica edilir.

Parotisin maliqnizasiyalarında radikal boyun disseksiyası əsas göstəriş deyildir. Klinik olaraq sübhəli limfa düyünləri varsa, eyni seansda boyun diseksiyası da aparılır. Skvamoz hüceyrəli və diferensasiya olunmamış xərçənglərdə parotisin rezeksiyası ilə yuxarı vidaci limfa düyünləri də xaric edilir və boyunda metastazlar müşahidə olunsa, boyun disseksiyası aparılır.

Parotisin bədxassəli şişlərin təqribən 10%-i radiosensitivdir. Anaplastik şiş rezeksiyalarında cərrahi sərhədlərin şübhəli olduğu və cərrahi müdaxilə aparıla bilməyən residiv hallarda radioterapiyaya göstəriş vardır.

Tüklü dəridəki bədxassəli melanoma və skvamoz hüceyrəli karsinomaların rezeksiyası zamanı boyun limfa düyünlərində metastaz varsa, eyni seansda səthi parotidektomiya da aparılır. Çünki bir qədər əvvəl qeyd etdiyimiz efferent limfalar parotid bölgədən keçərək drenaj olunmalıdır.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin