Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə100/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   96   97   98   99   100   101   102   103   ...   303
Çənəaltı vəzilərin şişləri
Çənəaltı vəzilərin şişlərdən çoxu iltihabi xəstəliklər nəticəsində yaranır. Burada lokalizasiya olan şişlərin maliqnizasiyası parotis şişlərindən daha yüksəkdir.

Rastgəlmə tezliyi. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Ortalama yaş həddi xoşxassəli şişlər üçün 37, bədxassəlilər üçün 45 yaşdır.

Patogenez. Bütün tüpürcək vəzilərinin xoşxassəli şişlərinin 15%-i, bədxassəli şişlərin 10-15%-i çənəaltı vəzilərdə lokalizasiyalaşır. Bütün çənəaltı şişlərin 60%-i xoşxassəli, bütün xoşxassəli çənəaltı şişlərin 95%-i xoşxassəli qarışıq şişlərdir. Bəzi hallarda Uartin şişi müşahidə oluna bilər. Rastgəlmə tezliklərinin müxtəlif olmasına baxmayaraq, bədxassəli şişlərin histoloji təsnifatı parotis şişlərindəki kimidir. Silindiroma 40-50% və mukoepitelioid karsinoma 20-25% arasında müşahidə olunur. Uzaq metastazlar parotis şişlərinə nisbətən iki dəfə çoxdur.

Diaqnoz. Parotis şişlərində olduğu kimi burada da xoşxassəli şişlər özlərini vəzidə bir böyümə kimi göstərirlər. Yavaş böyüyən törəmələr nəzərə çarpan bir simptom vermədiyi üçün çox böyük ölçülərə çata bilər.

Bəd xassəli şişlər özünü əsasən lokal invaziya və erkən metastazlarla göstərir. Ağrı çox vaxt müşahidə olunur. Fiziki və lokal müayinədə şişin dəriyə fiksasiya olması çənə və ağız əsasına yayılması, dilaltı və dil sinirləri zədələməsi gözlənə bilər.

Yumşaq toxuma rentgenoqrafiyası və sialoqrafiya dəqiq diaqnoz qoyulmasında faydalı ola bilər. Lakin sialoqrafiyanın şişin diaqnozu və təyinində faydası çox azdır. Maliqnizasiyaya şübhə varsa, əməliyyatdan öncə çənənin rentgenoqrafiyası aparılmalıdır.

Müalicə. Çənəaltı vəzinin lokalizasiyası kosmetik və funksional deformasiya yaratmadığı üçün anatomik olaraq diseksiyasında və tamamilə çıxarılmasında problem yaranmır. İynə ilə aspirasion biopsiya və insizion biopsiyasından uzaq durulmalıdır. Klinik olaraq diaqnoz qoya bilmiriksə, çənəaltı vəzinin rezeksiyası ilə dondurulmuş kəsiklərlə diaqnoz dəqiq qoyulur.

Maliqnizasiyalı şişlərdə asan diaqnoz qoyulur və müalicəsində şişin rezeksiyasından sonra eyni seansda boyunun radikal disseksiyası aparılır. Əsasən, vəzinin üzərində dəri və yumşaq toxumalar ağız əsası və çənə rezeksiyaları lazım gəlir. Çənənin stabilizasiyası və ağız boşluğu selikli qişasının əvəzedicisi əvvəlcədən nəzərə alınmalıdır.

Yumşaq toxuma qüsurlarını bağlamaq üçün ən çox boyun fleblərindən istifadə olunur. Üz sinirinin kənar çənə şaxəsini qoruya bilmədiyimiz vaxtlarda oral komissuranın yanındakı m.orbicalis oris-in bir hissəsinin fassial lata qrefti ilə çənənin alt kənarına köçürməklə sinir itkisini bərpa edə bilirik. Çənənin tamlığı və stabilizasiyasını saxlamaq üçün sümük qreftlərindən və xüsusi metal tellərdən istifadə olunur. Eyni seansda ağız boşluğu selikli qişasının tamlığını bərpa etmək üçün tərkibində temporal damarlar saxlayan gicgah fleblərindən, yaxud nazolabial fleblərdən istifadə olunur.

Radioterapiya palliativ bir metoddur və yalnız cərrahi müdaxilə aparıla bilməyən residivlərdə tətbiq edilir.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin