Qreft ilə akseptor yataq arasında tam təmasa mane olan səbəblər:
Qreftin üzərinə uyğun olmayan təzyiqin gəlməsi. Təzyiq lazımi qədər deyilsə, qıvrılmalar meydana çıxır, qreft çox gərgindirsə, akseptor yatağın girinti-çıxıntıları mane olmaz.
Qreftin altına mayenin yığılması. Qan, serum və irin qrefti yatağından ayırır.
Qreft ilə yatağı arasında hərəkətin olması. Kapillyar inkişaf pozulur, bir ətrafa qreft köçürülürsə, həmin oynaqda immobilizasiya üçün atel (atel - qırıq sümükləri, çıxığı və ya hər hansı bədən hissəsini təsbit etmək üçün alət) istifadə olunur. Gövdədə dəri qreftləri olduqda xəstə müəyyən vəziyyətdə saxlanılır, təzyiq və bükülmələrin qarşısı alınır. Üzdəki qreftləri immobilizasiya etmək, üz əzələlərinin hərəkitinin qarşını almaq çətin olduğu üçün bu nahiyəyə lokal təzyiqedici sarğı tətbiq olunmalıdır.